Bilirəm sən xoşbəxt deyilsən indi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 617
Səs ver:
(səs: 1)
Qürurun,evini yıxar deyirdim..
Süzdürüb gözünü,gülürdün mənə,
Qarşına başqası çıxar deyirdim,
Mənə nə yaşatdın,yaşadar sənə...

Sən isə düz başa düşməzdin məni...
Bu mənim qarğışım deyildi, əsla...
Demək istəmişdim o vaxtlar yəni,
Qəlbimi qırırsan hansı əsasla?

Günahdır sevəni günahkar bilmək,
Sevgini qoy günah bilməsin heç kim,
Tutaq ki, günahdır sevib-sevilmək,
Həvvanı nə ücün yaratdı Rəbbim?!

Məncə yerdə qalmaz bu nalə ,bu ah,
Sən mənə sevməyi elədin haram,
Sevməyim günahsa, cəza ver Allah,
Boynuma alıram mən, günahkaram...

Yox! Mənim günahım sevmək deyil ki,
Mən sənə nə qədər izah etmişəm,
Bir günah axtarsan, sadəcə bi lki,
Mən səni sevməklə günah etmişəm...

Sən mənim qəlbimi qırardın hər gün,
İzah da etməzdin günahım nədir?!
Səhv səndə olsa da,mən üzgün-üzgün,
Deyərdim bağışla, günah məndədir...

Hazırlıq görərdim, özəl bir günə,
Sən yerə atardın gül verəndə mən,
Bəlkə də düşündün baş əydim sənə,
Əyilib gülləri götürəndə mən...

Unutmaq,sənə heç gəlməsin asan...
Ötsə də fəsillər,keçsə də zaman,
Gedəndə qapını elə çırpmısan,
Aça da bilmirəm utandıgımdan...

Bilirəm sən xoşbəxt deyilsən indi...
Qürurun, mənliyin qırılıb sənin...
Qarşına çıxan öz əməllərindi,
Üzünə çox qapı çırpılıb sənin...

Demişdim,qürurlu olma bu qədər.
Vicdanın önündə,sən baş əyərsən...
Yenidən qayıtmaq istəsən əgər,
Əvvəlcə qapıdan üzr istəyərsən...
 
Müəllif : Xəzər Süleymanlı
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 617
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri