Yeni evlənmiş ər həyat yoldaşını “zapravkada” unutdu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 326
Səs ver:
(səs: 2)

 


Aylenin həyat yoldaşı arvadının avtobusda yatdığından əmin imiş.

Almaniya sakini bir neçə saat əvvəl nikah bağladığı arvadını yanacaqdoldurma stansiyasında unudub və onun yoxluğunu yalnız 200 kilometr yol qət etdikdən sonra aşkarlayıb.

 

Qadınlar.Biz oxu.az-a istinadən xəbər verir ki, Almaniyanın Hessen federal torpağında baş vermiş hadisə haqqında FFH radiostansiyasına unudulmuş arvad – 33 yaşlı Aylen Novak özü danışıb.

 

Onun sözlərinə görə, əri yanacaq doldurmaq üçün öz mikroavtobusunu Kirhhaym bələdiyyəsində saxlayıb, gəlin isə ayaqyoluna gedib. Geri qayıdan Novak mikroavtobusun artıq getdiyini, bütün pulları və telefonunun da maşında qaldığını aşkarlayıb.

 

Öz növbəsində Aylenin reportajda adı çəkilməyən əri bildiirb ki, arvadının mikroavtobusun arxasında yatdığını düşünüb və musiqi dinləyərək yoluna davam edib. Yalnız Aşağı Saksoniyada Braunşveyqə çatan şübhələnib. O görüb ki, onlarla gedən uşaqlar özlərini səs-küylü aparırlar və onları heç kim sakitləşdirmir.

 

Öz növbəsində Aylen ilk əvvəl ərinin başının xarab olduğunu düşünüb, lakin sonradan ürəyi yumşalıb. O, radioya müsahibəsində daha küsmədiyini bildirib. Ər-arvadın bir-birinə qovuşmasına isə polislər kömək olublar.

 

(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 326
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri