Himayə olunan fahişəxanalar və barlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 6 366
Səs ver:
(səs: 3)
Əxlaqsızlıq yuvaları saxlayanlar, onları himayə edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır

Artıq heç kimə sirr deyil ki, bu gün paytaxt Bakıda, eləcə də ölkənin digər bölgələrində fəaliyyət göstərən əxlaqsızlıq yuvaları - gecə klubları, disko barlar, sauna və masaj salonları, otellər və digər bu tip obyektlərin böyük əksəriyyəti bəzi yüksək vəzifəli məmurlar tərəfindən himayə olunduğundan heç kim onlara müdaxilə edə bilmir. Məhz elə bu səbəbdən də son illər ölkədə fahişəxanaların sayı durmadan artmaqdadır. Nəzərinizə çatdıraq ki, əxlaqsızlıq yuvalarında orta yaşlı qadınlarla yanaşı, yetkinlik yaşına çatmayan qızlar da müştərilərə intim xidmət göstərir, can bazarlığı edirlər.

Mövzu ilə əlaqədar apardığımız araşdırmaların nəticəsi olaraq deyə bilərik ki, bu tip əxlaqsızlıq yuvalarına əsasən Bakının Suraxanı, Xətai, Nəsimi, Səbail və Nizami rayonlarında daha çox rast gəlinir. Lakin nədənsə adıçəkilən rayonların polis idarələri, eləcə də digər aidiyyəti qurumlar əxlaqsızlıq yuvaları ilə bağlı müvafiq tədbirlər görməkdə bir o qədər də maraqlı deyillər. Daha dəqiq desək, polis əməkdaşları bu cür önəmli məsələni görməzdən gəlirlər. Maraqlıdır, görəsən niyə? Məgər, bu boyda qanun pozuntusuna göz yummaq olar?.. Görünür, əxlaqsızlıq yuvalarına himayədarlıq edənlər, bu tip obyektləri işlədənlər, qadın alverilə məşğul olan, azyaşlı qızları müəyyən məbləğ pulun qarşılığında satışa çıxaran «mama roza»lar, «sutenyor»lar, bir sözlə, insan ticarətinin genişlənməsinə şərait yaradan və qadınları cinsi istismara məruz qoyanlar hələ də anlamırlar ki, bu kimi hallar mövcud qanunvericilikdə öz tənzimini bu şəkildə tapıb. Belə ki, Cinayət Məcəlləsinin «Əxlaqsızlıq yuvaları saxlama» adlı 244-cü maddəsinə əsasən bu hal sübut edilərsə:

244.1. Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

244.2. Eyni əməllər:

244.2.1. təkrar törədildikdə;

244.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Sauna və ya bu tipli obyektlərdə kişilə qadının əylənməsi, hətta cinsi əlaqədə olduqları üçün məsuliyyətə cəlb edilmələrinə gəlincə, bu, indiki Cinayət Məcəlləsində əks olunmayıb. Yəni mövcud Cinayət Məcəlləsində göstərilməyib ki, saunada və yaxud digər yerlərdə istirahət edərkən kişilə qadın arasındakı cinsi əlaqəyə görə həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunsunlar. Məcəllədə belə bir maddə yoxdur. Yəni kişilə qadın, qızla oğlan saunalarda və başqa yerlərdə hər hansı bir hərəkət etdikləri üçün onların cinayət məsuliyyətinə cəlb olunması Cinayət Məcəlləsində heç bir maddə ilə göstərilməyib. Odur ki, bu tip hadisələrdə həmin obyektlərin sahibləri birbaşa məsuliyyət daşıyır. Çünki fahişəliyə təhriketmə, əxlaqsızlıq yuvası saxlamaq birbaşa cinayət əməlidir və buna görə qanunvericilikdə müvafiq cəza tədbirləri nəzərdə tutulub.

Heç kimə sirr deyil ki, əxlaqsızlıq yuvaları gənc nəslin təlim-tərbiyəsinə mənfi təsir göstərməklə, fahişəliyin daha geniş miqyas almasına münbit şərait yaratmaqla yanaşı, Azərbaycanın genafonunu da ciddi təhlükə qarşısında qoyur. Çünki pritonlarda intim xidmət göstərən qadınlar müştərilərin müxtəlif yoluxucu və sağalmaz xəstəliklərə düçar olmalarına gətirib çıxarır. Odur ki, əgər fahişəliyə qarşı mübarizə aparmaq istəyiriksə, o zaman yüngül həyat tərzi keçirən qadınlarla bərabər, əxlaqsızlıq yuvaları saxlayanları, onları himayə edənləri, barların, otellərin, sauna və disko klubların sahiblərini və «sutenyor»ları, «mama rozaları» cinayət məsulliyətinə cəlb etmək gərəkdir. Bunun üçün Avropa ölkələrinin təcrübəsindən yararlanmaq olar. Məsələn, bu gün əksər Qərb dövlətlərində fahişə qadınların xidmətlərindən istifadə edən müştərilər cinayət məsuliyyətinə cəlb edilir. Bu üsuldan yararlansaq, qısa zaman ərzində ölkədə fahişəliyin və əxlaqsızlıq yuvalarının kökünü kəsmək olar. Əgər polis əməkdaşları fahişəlikdən özlərinə qazanc mənbəyi düzəldən insanları cinayət məsuliyyətinə cəlb etsələr, onda tez bir zamanda sözügedən problemdən yaxa qurtara bilərik. Təbii ki, əgər istək olsa...

Bu arada, pritonlara himayədarlıq edənlər və bu tip obyektləri işlədənlər, həmçinin onların iyrənc əməllərinə göz yuman hüquq-mühafizə orqanlarının əməkdaşları bir məsələnin fərqinə varmırlar ki, məhz onların əxlaqsız hərəkətləri ucbatından ölkəmizin adı bir neçə dəfə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən arzuolunmaz siyahılara salınıb. Məsələn, ABŞ Dövlət Departamentinin «Trafficking in persons report 2011» hesabatında qeyd olunur ki, hazırda Bakının mərkəzi küçələrində fəaliyyət göstərən bar, disko klublar fahişəxanalara çevrilib. Həmin klublar günün günorta çağı priton kimi fəaliyyət göstərir. Ən dəhşətlisi isə həmin barlarda son illərlə müqayisədə indi daha çox azyaşlı qızların cinsi istismara cəlb olunduğu nəzərə çarpır. Hətta Bakıda çay evi adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvaları da var. Onlar gizli şəkildə işləyir və kafeyə gələn müştərilərə fahişə «xidməti» təklif olunur. Həmçinin o da bildirilir ki, Azərbaycandakı otel, sauna və masaj mərkəzləri məmurlar tərəfindən himayə olunur. Təəssüflər olsun ki, bütün bunlar ölkəmizdə mövcud olan acı reallıqdır və hələ ki, bizlər bu reallığı dəyişmək gücündə, kim bilir bəlkə də istəyində deyilik...//resmixeber.az
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 6 366
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri