Röya: Bəlkə, sevgilisinin yanındadır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 775
Səs ver:
(səs: 0)
Əməkdar artist Röya Ayxan "Bizimləsən" verilişinin qonağı olub. 
Müğənni aparıcı Zaur Baxşəliyevin "Övladının tədbirlərinə gedəndə geyimini də özəl seçir. Amma tədbirdə təkcə ana gəlib, ata yoxdur. Orada natamamlıq hiss edirsən? Elə tədbir varmı ki, Hüseynin yanında həm atası, həm də anası olur?" sualına belə cavab verib:
"Onun üçün ayrıca hazırlaşıram. Biz bölüşmüşük: bəzi tədbirlərə Hüseyn anası ilə, bəzilərinə isə atasıyla gedir. Birlikdə getməmişik. Hələ cavanıq, onu qocalanda edəcəyik".
R.Ayxan daha sonra ailəsindən söz açıb:
"Mən ailəm üçün yaşayıram. Uşaqlıqdan söz verirdim ki, işləyəcəm, qalxacam, anamın, atamın evi olacaq, kirayədə yaşamayacağıq, anam paltar yumayacaq. Mən 4 yaşından qardaşlarımı xaricə oxumağa göndərdim. Bu il məzun olub, əsgər gedirlər. Məni bu gün ayaqüstə saxlayan onlardır. 
Problemlər heç vaxt bitmir. Qardaşlar böyüyür, başqa şeylər istəyir. Anam o gün zəng vurub ki, ikinci evə gəlməyib. Deyirəm ki, "Bəlkə, sevgilisinin yanındadır?" Həmin gecə səhərə kimi yatmadım. Onları qorumaq lazımdır, kimlərlə dostluq edirlər, bilməliyik".
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 775
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri