Tərkibi:
Yumurta - 6 ədəd
Qarğıdalı nişastası - 50 qr.
Süd - 1 stəkan
Kərə yağı - 80 qr.
Balaca soğan - 1 ədəd
Göbələk - 4 ədəd
Duru yağ
Duz, qırmızı və qara istiot zövqə görə
Hazırlanması:
Yumurtaları sındırıb, üzərinə nişasta, duz, qara istiot və süd töküb,
möhkəm qarışdırın. Göbələkləri suda bişirin. Tavaya duru yağ töküb,
doğranmış soğanı 10 dəqiqə qızardın. Üzərinə qara istiot töküb
qarışdırın. Göbələkləri yumurta qarışığının içərisinə əlavə edib,
qarışdırdıqdan sonra soğanların üzərinə tökün. Bişənə yaxın doğranmış
kərə yağını əlavə edin.