Sulu küftə resepti

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 513
Səs ver:
(səs: 1)
Tərkibi:
400 qr qiymə,
2 dilim bayat çörək,
1 orta boy soğan,
Nanə,
istiot,
kəklikotu,
duz,
Arzuya görə pul bibər,
1 yemək qaşığı un,
1 şirniyyat qaşığı tomat,
2 stəkan su,
maye yağ,

Hazırlanması:
Qiyməni dərin bir qaba alın.
Soğanları soyub yuyun.
Sonra soğanları rəndələyin.
Boyat çörəyi dilimləyib , suda isladın.
Çörək isladandan sonra azca suyunu sıxın.
Suyunu çox sıxıb qurutmayın .
Suyu çox qurumuş olarsa küftələr bərk ola bilər.
Ona görə də çörəkləri sulu edin ki, küftələr yumşaq olsun.
Çörəyi mümkün olduğu qədər rəndənin iri dişindən keçirdib qiyməyə qatın.
Ədviyyatlarını da əlavə edib qarışdırın.
Yuvarlaq bir az qalın küftələr hazırlayın.
Bir tavaya duru yağ əlavə edin.
Tavanı elə seçin ki, həm qızardıb , həm də bişirə biləsiniz.
Küftələrin hər iki tərəfini xəfifcə qızardın.
Qızartdığınız yağ yanmayıb təmiz qalmışdırsa 2-3 qaşıq unu həmin yağda qovurun.
Qoxusu çıxan una tomatı əlavə edib bir müddət daha davam edin.
Suyu ( soyuq olamalıdır.
İsti olarsa un yapışıb topaclanar. ) yavaşça əlavə edib unu gözəlcə açın .
Pokurdama başlayan sosa küftələri əlavə edib , bişənə qədər qaynadın.
Bu sürə 10-12 daəqiqəyə də tamamlana bilər.
Beləliklə, sürətli və pratik bir sulu küftə əldə etmiş olacaqsınız.
Üzərinə kəklikotu gəzdirib servis edin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 513
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri