Bulqurlu sulu küftə resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 3 246
Səs ver:
(səs: 1)
Lazım olanlar:
500 qram qıyma
1 orta boy rəndələnmiş soğan
1,5 çay stəkanı bulqur
2 xörək qaşığı bibər tomatı
1 xörək qaşığı pomidor tomatı
1 xörək qaşığı quru nanə
Qarğıdalı yağı
İstiot
Duz

Hazırlanması:
Qıymanı böyük bir kasanın içərisinə qoyub, üzərinə soğan, bulqur, bir az duz və istiot əlavə edib yoğurun. Yoğurma əsnasında ona bir az su əlavə etmək lazımdır, amma çox yox. Çünki yarma dağılmamalıdır. Yaxşıca yoğurduqdan sonra qarışımdan fındıq böyüklüyündə parçalar qoparıb, küftə kimi yumrulayın. Yanınızda kasada bir az su qoyun, ara-sıra əlinizi bu suya batıraraq daha asan yumrulayarsınız. Hamısını bitirdikdən sonra qazana yağı, bibər və pomidor tomatını töküb qovurun. Üzərinə təxminən 6 stəkan su və bir az daha duz əlavə edib qaynamasını gözləyin. Su qaynamağa başlayanda küftələri içərisinə atın. Küftələr bişəndə, ayrıca bir tavaya bir az yağ əlavə edib qızdırın və üzərinə nanə tökün. Daha sonra bu qarışımı yeməyinizin üzərinə gəzdirin və onu ocaqdan götürün. Xörək bişdikdə suyu sizə az gələrsə, bir az qaynamış su əlavə edə bilərsiniz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 246
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri