Tərkibi • 2 ədəd yumurta • 1 ç.q dolusu duz • 1,5 st un • 1,5 st dan bir az süd • 1 x.q qədər şəkər tozu • duru yağ, çiyələk mürəbbəsi • Bir paket qabartma tozu və vanil Hazırlanmsı Əvvəlcə yumurtaları ağını sarıdan ayırın. Bir qarışdırıcı köməyi ilə vanil paketinin yarısını və yumurta ağlarını birlikdə çalın. Bəyazlayana qədər çalın və yumurta ağları ilə vanil çaldığımız kimi, yumurta sarılarını və şəkər tozunu fərqli bir qabda çalın. Çalınmış yumurta ağının içinə südü, duru yağı, qabartma tozunu, yarım paket vanil və duzu əlavə edin. Qarışdırmağa davam edərkən bir tərəfdən yavaş-yavaş unu əlavə etməyə başlayın. Eyni zamanda qarışdırmağa davam edin. Son olaraq əvvəldən hazırlamış olduğunuz yumurta axını, qarışığa əlavə edin. Konsistensiyasına çatdıqdan sonra vafle maşınınız olmasa da teplon tava və ya tost maşınına bir çömçə əlavə edərək 4-5 dəqiqə bişirərək alın. Daha sonra üzərinə çiyələk mürəbbəsi sürtərək servis edin.