Lavantalı və qarağatlı keks resepti

Müəllif: ulduz
Şərhlər: 5
Baxılıb: 3 855
Səs ver:
(səs: 1)
Tərkibi:
Keks üçün:

3 yumurta
3/4 stəkan şəkər tozu
1/2 stəkan günəbaxan yağı
2 yemək qaşığı süzmə
1 stəkan süd
1 çay qaşığı qurudulmuş lavanda
2,5 stəkan un
1 paket qabartma tozu
Qarağat, lavandalı sous üçün:
300 qram maskarpone pendiri
250 qram qarağat (mürəbbəsi də ola bilər)
2 yemək qaşığı bal
1/2 stəkan süd
2 damcı lavanda aroması

Hazırlanması:
Südü zəif odda qaynadın. Qurudulmuş lavanda toxumlarını südə əlavə edib qarışdırın. Kiçik çay süzgəci ilə südü süzüb otaq temperaturunda soyudun.

Yumurtalara şəkər tozu əlavə edib şəkər dənələri tamamilə əriyənə qədər mikserlə qarışdırın. Daha sonra qaba günəbaxan yağı, süzmə və lavanda ətirli süd, axırda isə ələnmiş un və qabartma tozu qatın. Bunları da qarışdıra-qarışdıra edin.

Keks xəmirini dibi yağlanmış və ya yağlı kağız qoyduğumuz qəlibə tökün və əvvəlcədən isidilmiş 170 dərəcə sobada 40-45 dəqiqə bişirin.

Qarağat və lavanda qoxulu sous üçün:

Qarağatı püre halına gətirin. Maskarpone pendiri, bal, süd və lavanda aromasını qarışdırıb qatı olmayan sous hazırlayın. Keks qabaranda sobadan çıxarın. Otaq temperaturunda soyuduqdan sonra keksi qəlibdən çıxarıb siniyə qoyun. Hazırladığınız sousu üzərində tökün. Qurudulmuş lavanda toxumları ilə bəzəyib servis edin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 855
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri