♥♡☆♡ İlk müsahibəm ruh əkizimlə ♥♡☆♡✌

Müəllif: Üzel..
Şərhlər: 14
Baxılıb: 2 298
Səs ver:
(səs: 0)
Əvvəla hamınızı salamlayıram.Necəsiz əzizlərim? :08: Görürəm ki,bu saytda çoxdandı müsahibə alınmır userlərdən.Məndə qərara gəldim ki,müsahibəni sizlərdən özüm alım.(Əvvələr jurnalist olmaq istəmişəm amma neynək arzum ürəyimdə qaldı..)Nə isə.. Və ilk müsahibimdə mənim ruh əkizim Aylin...-dir.
İndidən deyim ki,xəbərə "maraqlı idiiii","çoox sağolll","təşəkkür edirəmmm" kimi rəylər yazacaqsızsa heç yazmayın.Şərh yazacaqsızsa qısa,fikrinizi yığcam deyə bilərsiz.Amma belə də deyil.Ən azından əməyə hörmət edin.Keçən dəfə hazırladığım özəl xəbərlərdə belə şərhlərlə az rastlaşmadım.O dəfə heç nə demədim.Amma mən bu xəbəri hazırlamağa nə yalan deyim 2 saatımı sərf elədim.Əgər belə şərh görsəm heç kim məndən inciməsin adminə deyəcəm silsin elə şərhləri.Məncə hamıya aydın oldu hər şey...

Vaxtınızdan ayırıb müsahibəni sonacan oxuyanlara təşəkkür edirəm.Buyurun.. :08: Ümidvaram bəyənərsiz.)


♥♡☆♡ İlk müsahibəm ruh əkizimlə ♥♡☆♡✌

1.Salam.Necəsən?
- Çox sağol əzizim yaxşıyam.
Hamınızı salamlayıram Qadınla.com




2.Yəqin bu sualı cavabını bilməzdən əvvəl özünə çox verirdin;Səncə insan dünyaya niyə gəlib?
- Düzdü özümə çox verirəm bəzən deyirəm mən niyə varam və qaqam demiş öz özümə deyirəmki Allah dünya boş qalmasın deyə yaradəb insanlarə təbiki zarafat edirəm.
Düşünürəm Tanrı biz insanları ətrafımıza, təbiətə dünyaya xeyir vermək üçün yaradıb.Və bizi beləcə sınayır cənnətə layiq namizəd seçirdə deyə bilərik. Mən belə düşünürəm




3.Birdən deyək ki,yolda gedəndə oğlan gördün,ateistdi və sən də bunu anladın.Ona qısa konkret nə deyərsən?
- Heçnə Allahın cəzası helə o olubki ona ateist olub nə deyim e :dv:



4.Bəs birdən başlasa Allahın varlığının qeyri-mümkünlüyünnən (Əstəğfürüllah) çərənləməyə nə deyərsən?
- Deyərəm ki "mən sənə dinsizsən insan deyilsən dedim?Yox sənində mənim dinimə inancıma qarışmağa haqqın yoxdur.Hər kəs öz işinə qarışsa yaxşı olar helə deyilmi?Amma sənə pis baxmıram.Sən dinsiz olduğunu bilirsən.Amma dinim var deyib ortalıqdan gızınlır varki din nıdi islam nıdi onuda bilmir.Müslümanam demıklı müslüman olunmur.Bunun 5 əsas şərti varki onuda müslümanlar bilir...
Sən yoluna mən yoluma mən səni anladım bu cahilliyini normal qarşıladım amma başqası olsa sınin indi sağlam sümüyün yox idi.İlk və sonun olsun! Allah hər şeyi görür"




5.Yalan danışmısan heç?
- Danışmışam,yalansız insanmı var??Amma kiminsə başına bəla açacaq yalan danışmamışam



6.Səncə cahilləri necə cəzalandırmaq lazımdı?
- Ona elmi, dünyanı,insanlığı anlatmaqla qəlbi, ruhu cahil adama nə qədər çalışsanda cahil olaraq qalır.Bu saydıqlarım isə onlara işgəncə kimi gəlir:dv:



7.Bu yaxınlarda ən çox dinədiyin mahnı və səbəbi?
- Məna Əliyev : "ümidsiz biri" çünki ümidsizəm özümə nifrət etməyə başlayıram...



8.Ətrafındakı imansız qızlara münasibətini bilmək istəyirəm.
- Təbiki pisdir bayaq dediyim məsələyə toxunmaq istəyirəm o qədər dindən danışıb əməl etməyənlər varki mən qızlar tanıyıram ki,hicab taxır amma o hicabın altında etmədikləri şey yoxdu.Qızlar tanıyıram 14-15 yaşında ( bacılarda bagışlasın bu sözümə görə) özlərin təslim etmək xülyasına dalırlar.Belələrinə söz demək belə artıqdı...



9.Sənin gələcəydə sahibi olmaq istədiyin peşəni bilirəm.Bəs olmaq ağlının ucundan belı keçməyən peşə hansıdı?
- Həkimlik.Yəni xoşum gəlmir.Amma həkimlərə xüsusi sinpatiyam var :23:



10.Sükutlar zamanı ən çox düşündüyün nə olur?
- Gün ərzində və ya ömrüm boyunca etdiyim səhvlər



11.Biraz da əvvələ gedək..necə bir uşaq olmusan,uşaqlığın necə keçib?
- Ayy danışıyım :xeyal: dıcıl biri olmuşam bir yerdı dayanmırmışam anam helə deyirki hərəktdən dayananda çənəsi başlayırdı :23: Çox dəjəl xata olmuşam.:09: amma onu deyimki heçkimə zərərim yoxuydu anam xaric :09: arvadın qab qacağın qırırdım o cəhənnəm mənə görə müalicə alırdı əsəbinə görə
əsəbləşdirirdim sonra qonşumuzda xalamən yanəna qaçırdım ki,mənə heçnə edə bilməsin :09::23: indi deyirki sən böyüdündə məni yenə əsəbləşdirirsən :dv: deyəmki napıyın bənde böyleyim:23: :02:
demık o gün nəysə ibdidai sinif müəllimimlə wassapda danışıram deyir " oy səni men stulda otuzdura bilmirdim".Bu sözünə o qədər gülmüşəm ki,bir anlıq xatırladım yazıq məllimə əlimdən şəkib deyirim məllimə axırda məni o partada otuzdurduze ondan danışın:23: eh nəysə kaş yenə uşaq olsam,kaş yenə hamənə əsəbləşdirib xalamın yanına qaçsam :uhu:




12.Balaca olanda o uşaq ağlınla nədən qorxurdun? ən çox qorxudan,tüklərini biz-biz edən nə olub?
- Nə yalan deyim uşaq vaxtı heç nədən qorxmamışam.Həmişə əhli kef yaşamısam qorxularım olmayıb amma indi qorxularım çoxdu :09:



13.Hamı düşünür ki,quşlar azad varlıqlardır.Çünki hər yerə uça bilərlər.Və sual verirlər ki,quşlar hər yerə Gedə biləcəykən niyə eyni yerdə qalırlar?Bu sualı sənə verirərm.Niyə yaşadığın yerdəsən,səni orda tutan nədir?
- Məni yaşadığım yerdə tutan ailəm və sevdiklərimdi tək arzum Ağdamdan yalnız üniverstedə görə ayrılmaqdı hər nə qədər burda üzsüz insanlarda görsəmdə bir o qədərdə seviləcək insan görmüşəm.Gözümü açanda burda olmuşam daha nə deyim ə :heart: .



14.Bəzi xatirələr var..İtirilmiş vüqarlar..həyat axıb gedərkən sənin sən olub ağlından keçən gözəllikləri etdiyin vaxtlar olub?
- Edirəm bəlkə qəribədi amma mən dostlarımın yanında mən mənlikdən çıxıram başqa bir aləm oluram bütün dərdim sərim unudulur.Gülüş səslerim o qədər zövq verirki özümə ümidsiz anlarımda o zövqlə təsəlli edirəm özümü ona bəlkə inanmazsız amma mən bütün gözəl anlarımı toplayanda hamısı dostlarımın xatirələridi.Amma nə yalan deyim bəzən elə gözəlliklər edirəm edirəm amma sonra özümə əsəbləşirəm nem mənə gözəllik kimi görünən bəlkə başqasına pislik kimi görünür,amma mən çalışıram ki,mənim gözəlliklərim hamının,hamının gözəllikləri mənim olsun :xeyal: .



15.Kitab yazarı olsaydın kitabının adı nə olardı? Lev Tolstoy kimi 12 cildlik kitab olmasa da, yazsan öz həyatında öyrəndiklərini yazardın yoxsa ümumiyyətlə başqasının həyatını?
- Mən yazar olsaydım Cek London kimi öz həyatimi başqa bir obrazın üzərində yazardım.Öz həyatımı yaşadıqlarımı gördüklərimi hər nə qədər təcrübəm varsa hamısını...
Kitabımın adı "Pis yaşadım amma gözəl öldüm" -olardı




16.Real həyatda bu yerində olmasaydın, harada olmaq istərdin?
- Bu sualı tam başa düşmədim olarki səhv cavab verərəm.
Mən helə olmaq istədiyim yerdəyəm pesmançılıqlarıma ümidsizliyimə rağmən istədiyim yerdəyəm,çünki yaşadıqlarım səbəbsiz deyil.Haməsı mənə bir şey öyrədir peşmanşılıq olmasa mən pisi yaxşını necə seçəcəm?




17.Səni ən çox nə sevindirə və nə təəccübləndirə bilər?
- Ən çox mən və bacımın Uni-yə qəbul olması.Başqa ağlıma gəlmir.Düzü xırda çox şey var məni xoşbəxt edəcək amma indilik tək arzum bu il bacımın uniyə qəbul olmasıdı.



18.Səndə olan hansı xüsusiyyətin bütün insanlarda olmasını istərdin?
- Optimistlik, pozitiflik və ən əsası özünə istəmədiyini başqasına istəməmək



19.Yolda gedərkən özünlə qarşılaşsan, nə edərdin?
- Ona yazığım gələrdi ən azından heç kimin görmədiyi acını onda görüb ona sarılardım...



20.İnsanlarla onların xasiyyətlərinə görə davranırsan, yoxsa özün necə istəsən o cür davranırsan?
- Hər insana xasiyyətinə görə davranıram bu iki üzlülük deyil sadəcə lazım olanı etməkdi deyə düşünürəm.



21.Yavaş-yavaş gəlirik sona.Suallarımdan bezmədin ki?
- Yox canim sualların mənə zövq verir canım kankim.



22.Bəs oldumu ki,"kaş bu sualıda versəyid mənə"deyib ürəyindən keçirsəən?Oldusa o sualı yaz və cavablandır. :)
- Yox,helə bir sual yoxdu



23.Sonda isə sənə təşəkkürümü bildirirəm dəyərli vaxtını ayırıb suallara cavab verdiyin üçün. :heart: Sağol canım.
- Əsil sən sağol canım əlinə sağlıq suallarına bayıldım çox ideolojik suallar idi.Əziyət çəkib oxuyan qızlarada təşəkkürümü bildirirəm.Ümidvaram sıxılmadan oxudunuz :02: :xeyal:


(səs: 0)
Şərhlər: 14
Baxılıb: 2 298
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri