Seirin_sesi_ayten xanımla müsahibəm

Müəllif: Ay_işığı
Şərhlər: 14
Baxılıb: 7 241
Səs ver:
(səs: 1)
Seirin_sesi_ayten xanımla müsahibəm

Hər kəsə Allahın Salamı əziz xanımlar:03

Uzun zamandır bu arzum vardı sayitmiz üçün edim həmdə o qızın səsinin vurğunuyam nəhayət ki alindira bildim Rəbbimin izni ilə ilk öncə sayit rəhbərimizə öz təşəkkürümü bildirirəm icazə verdi sonra Aytən xanıma qəbul etdi
Deməli Instagram da bir səhifə var çox bəyəndiyim səhifə səhifə bundan ibarətdir ki orda şairlərin şeirləri səsləndirir Aytən xanım gəlin çox uzatmadan keçək müsahibəyə:


1.Salam mənim gözəl səsli bacım necəsən ilk öncə özünü təqdim et?
-Mən Aytən Qarabağlı 1982 ci il təvəllüdlü Cəbrayil rayonunun Soltanli kəndində anadan olmuşam


2 Sənə klassik suallar verməyəcəm çünki səni daha dərindən tanımaq istərdim Aytən nece insandır necə xanımdır?
Aytən hamı kimi adi sadə bir insandir. Hamı qədər sevincli hamı qədər üzgün hamı qədər çətinlik hamı qədər xoşbəxtlik görən sadəcə bəzilərindən fərqli.olaraq özünü şeirlərdə tapıb duyğularını sətirlərlə ifadə etməyi sevən biri


3 Və necə qərara gəldinki bu səhifəni açdın?
Səyfəni əvvəlcə açanda sırf xobbi üçün sevdiyim şeirləri musiqiləri paylaşmaq baş zamanımı keçirtmək üçün açmışdım. Sadəcə zamanla izləyicilərin mənim.öz ifamda olan şeirlərə daha çox rəğbət bəslədiyini sevildiyini gördüm. Və daha çox öz ifamda sevdiyim şeirləri paylaşmağa başladım. Hal hazırda daha çox demək olarki şeirlər paylaşıram


4 Və səsində niyə bu qədər qəmginlik var şəxsən öz payıma deyirəm mən qulaq asanda bütün iliglərimə qədər hiss edirəm......
Minnətdaram dəyərli düşüncəsiniz üçün ,yaşadığın hissi dinləyiciyə olduğu kimi çatdırmaq və bunu bacardığını bilmək əlbətde gözəl hisdir. İfa elədiyim şeirlərin duyğularını,o şeiri yazan şairin hisslərinə tercuman olmağı onu dinləyiciyə olduğu kimi çatdırmağı özümdə məsuliyyət kimi hiss edirəm. Bunu eləməsəm o sətirlərə o yazara hər sətirə süzülən yasanmisliga haqsızlıq etmiş olaram.Bunuda elimden gəldiyi qədər etmete çalışıram


5 Səhifədə gördüyüm qədər çox şairlərin ifalarına yer verirsen hansı daha çox qəlbinin sarı siminə toxunur
Mən gördüyünüz kimi daha çox gənc şairlərin seyirlerine esidilmiyen dinlenilmeyen şeirləri səsləndirməyə üstünlük verirem. Dogrudur ele şeir varki onu özüme daha yaxın hiss edirəm. Sanki adama ele gəlir ki bəzi şeirlər sırf sənin üçün yazılıb. Ama ümumilikdə götürsək mən sevmədiyim beyenmediyim duyğusunu hiss etmediyim şeiri ifa elemirem.


6 Bu qədər şeir həvəskarisan yəqin ki özündə cızma qaran olar varsa bölüşsən mənə daha çox sevinc bəxş edər
Xeyir çox əfsuslar olsun ki seslendirdiyim.gozel seyirler kimi şeirlər yaza bilmirəm amma çox isderdim....


7 Səncə insanı nə yaralayar
Çox şey yaralayar İnsanı elbetdeki. Ama məncə ən çox güvəndiyin biri terefendin aldadilmaq.....


8 Yəqin hamımızın həyatında müəyyən qədər bir sevgi payı var səndə də olmamış olmaz səncə sevgi nədir sevgi insana qəm bəxş edir yoxsa xoşbəxtlik?
Sevgi insan üçün yaşamaq üçün ən vacib amillərdən duyğulardan biridir. Heç kimin sevgi hissi olmadan sevginin ne olduğunu bilmeden yasamagina inanmaq olmaz. Ama əzəldən bele bilmisik bele görmüşük sevgi o zaman dasdanlara şeirlərə hekayələrə mövzu olurki o sevgi nakam olsun sonu üzüntü ayrılıq olsun. Her kes leyli ile məcnunu bilir hamı esliynen keremi bilir ama heç kim eliynen ayseli bilmir esitmiyib :) çünki onlar qovuşub aile qurub xoşbəxt olub. Elbetdeki teki Allah her bir kese sonu xoşbəxt biten hekayələrin qəhramanı olmağı qismət eləsin. Ama dasdanlara musiqiyə dönen sevgi xoşbəxt sonlugu gormeyen sevgidir


9 Qarsiliqsiz sevgi sizcə insanı pis edir yoxsa sevib yarı yolda qoymaq hansı daha çox əzab verər
Qarşılıqsız sevgi bir ümiddir gozlemdir. Əgər kimisə qelbden sevirsənsə onun seni sevib sevmemeyinin o qədərdə əhəmiyyəti yoxdur belkede.
Bir şeirdə deyildiyi kimi
Səni səvmeyimçün deyilsen gerek
Mən səni sənsiz də sevə bilerem

Məncə sevib yarı yolda qoymaq daha çox ezab verər


10 Bildiyimiz kimi elə cəmiyyətdə yaşayırıq ki hər şey daha da çox çətinliyə doğru gedirik bu yolda çox insanın yasanlara taqəti dözümü qalmayır intiharı çıxış yolu bilib edirlər sizcə belə olan halda nə etmək lazımdır
Bayaə qeyd etdiyim.kimi her bir insan çətinliklə uzlesir her bir insan yolun.sonunda olduğunu.dusunduyu bir an olur. Ama Məhəmməd peyğəmbərimizin (s.v.s) gözəl bir kəlamı var " Sanmaki dərd tək səndə var! Sendeki dərdi nemət sananlar var"
Yeni neqeder özümüzü çarəsiz gorsekde çarə her zaman vardır əlbət ölüm çıxış yolu deyil məncə o sadəcə qorxlaqlarin seçdiyi qurtulusdur Bu heyatdan.getmek.yox bu həyatı yaşayıb hemen çətinliyə qalib gelmek esl qehramanliqdir məncə


11 Yəqin çox sayda izləyici sayın var yəqin ki bu səni sevindirir bəziləri də üzdə yanındayam deyirlər üzünü çevirən kimi başlayırlar dedi qoduya o insanlar sənin üçün nə məna kəsib edir
Əlbətde sevindirici hisdir səsinizin daha çox insana catmasini bilmək ifaların paylaşımları altına yazılan gözəl sözlər təriflər əvəzsiz bir hisdir
Ele insanlar Heç bir məna kəsb eləmir. Evvel eseblesirdim .sebeb axdirirdim ki, nə üçün belə edirlər ellerine ne keçir. Amma zamanla onları umursamamaga başladım sanki yoxdur ele bir insan ve ele.bir prablem ve inanin.cox yungulesdim her kese məsləhət görürəm. Sizi eseblesdirem deyərsiz insanlara dəyərli vaxdinizi ve düşüncələrinizi sərf etməyin onları görmezden.gelmek ele en boyuk ceza olar onlar ucun


12 və mənə daha maraqlı gələn odur ki ev işləri gündəlik yaşam tərzi ilə buranı necə idarə edirsən
Evvel qeyd etdiyim.kimi.men bu ise xobbi olaraq başlamışdım hal.hazirda düzdür günümün.cox hissəsi səslənmə deyir seçimi.musiqi seçimi paylaşımlarq getsede esas onceliyim evim.aylem övladlarım onlara vaxdimi sərf edirəm qalan zamanda ise bu işlə.mesqul.oluram


13 İzləyicilərə sözün nə olar
Hər birinə öz minnətdarlığımı teşekkürumu.bildirirem. Eger ki kimlərinsə hislerine.tercuman ola bilirəmsə öz səsimlə bunnan.boyuk qazanc ola bilmez menim mükafatım.izleyicilerimin sevgisi ve rəgbetidir


14 Və ya mənə sözün sualın nə olar
Çox sağolun Minnətdaram vaxtınızı ayırdığınız səmimi söhbətimiz üçün və məni öz oxucularinizla tanış etmək imkanı yaratdığınız üçün.


15 bir daha təşəkkür edirəm təklifimi qəbul etdin və bir mesaj yazdigimda cavab yazdın
Siz sağolun minnetdaram beyendiyiniz ve o mesajı yazdığınız üçün




Beləcə sonuna gəldik çıxdıq bir daha təşəkkür edirəm sayit rəhbərinə belə şərait yaratdığına görə və Aytən xanıma səmimi müsahibəsinə görə
Xahiş edirəm tşk yazmayın burda əziyyət var göz haqqınızı halal edin

(səs: 1)
Şərhlər: 14
Baxılıb: 7 241
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri