Anti selulit qidalanma

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 3 173
Səs ver:
(səs: 1)
Portağallı ispanaq salatı

Vəsaitlər: 100 qr. ispanaq yarpağı, 1 portağal, yarım qırmızı soğan, 3 ədəd çiy badam, 3 ədəd çiy fındıq , 1 ovuc qoz.

Hazırlanması: İspanaqları yaxşıca yuyun. Qurutduqdan sonra əllə doğrayın. 1 portağalı pərdələrini mümkün olduğunca ayırd edərək kiçik parçalara ayırın. Soğanı incə incə  doğrayın. İspanaq salatınıza yağlı toxumları əlavə edin. Tum vəsaitləri geniş bir kasada xırmanlayıb, xidmət edəcəyiniz qaba yerləşdirin. 
Sousu üçün: Yarım çay stəkanı portağal suyu, ¼ portağal qabığı rəndəsi, ¼ limon qabığı rəndəsi. 1 yemək qaşığı zeytunyağı, dəniz duzu (istənildiyi qədər) istifadə edin.

Quşqonmaz qovurma

Vəsaitlər: 1 dəstə quşqonmaz, 2 ədəd təzə soğan, 1 çay qaşığı toz qırmızı bibər, 1 çay qaşığı sous, 2 yemək qaşığı zeytun yağı

Hazırlanması: Təzə soğan və quşqonmazı kub formasında doğrayın. 2 yemək qaşığı zeytunyağı ilə qovurun. Üzərinə 1 çay qaşığı sous və 1 çay qaşığı toz qırmızı bibər əlavə edin.Az odda 10 dəqiqə qapağı bağlı bir qabda bişirin. 
 
/Mənbə.Qadınlar.biz/
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 173
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri