Fobiya - təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır.
Tez-tez müşahidə edilirsə, təşviş pozuntuları adlanan müxtəlif növ nevrozlar təzahürü kimi təyin edilir. Fobiya dayanıqlı şəkildə qorxunun yaranmasıdır. Onun çox sayda mənbələri vardır. Çox qəribə fobiyalar vardır: pelidofobiya — keçəllərdən qorxmaq, alektrofobiya — toyuqlardan qorxmaq, triskaidekafobiya — 13 rəqəmindən qorxmaq, fobofobiya — qorxmaq qorxusu və s.
Qaranlıqdan qorxmaq - akluofobiya
İnsanlardan qorxmaq – antropofobiya
Küçədən qorxmaq - agirofobiya
Pişikdən qorxmaq – ailurofobiya
Hündür yerdən qorxmaq - akrofobiya
Maşın və ya nəqliyyat qorxmaq - amaksofobiya
Arılardan qorxmaq - apifobiya
Mükəmməl olmamaq və ya ola bilməməkdən qorxmaq -atelofobiya
Kitablardan qorxmaq – bibliofobiya
Qusmaqdan qorxmaq – emetofobiya
Ruhdan qorxmaq - fozmofobiya
Sevməkdən qorxmaq – filemafobiya
Evlilikdən qorxmaq - gametofobiya
Oğruluq və ya hər hansı bir cinayətin qurbanı olmaqdan qorxmaq – harpaksofobiya
Bəzi cümlə və sözlərdən qorxmaq – logofobiya
Cəzalandırılmaqdan qorxmaq – mastigofobiya
Kökəlməkdən qorxmaq - obesofobiya
Avtobusdan qorxmaq - okofobiya
Müflis olmaqdan qorxmaq - penyafobiya
Diri - diri dəfn olunmaqdan qorxmaq – tafefobiya
Gözəl qadınlardan qorxmaq – venüstrafobiya
Qısqanclıqdan qorxmaq - zelofobiya