Alma şirəsi ilə gümrahda qalın

Müəllif: Sweet Candy
Şərhlər: 8
Baxılıb: 1 785
Səs ver:
(səs: 0)
rtıq yavaş-yavaş qış mövsümünə giririk.
Havalarda da artıq göründüyü kimi çox soyuq keçir. Hal belə olunca xəstələnmə riski də artır. Xüsusilə mövsüm dəyişikliklərində xəstəliklərdən qorunmaq, daha sağlam və gümrah olmaq üçün immunitet sistemini gücləndirmək şərtdir. Bunun da ən yaxşı yolu meyvə şirəsindən keçir. Hər bir meyvə şirəsinin özünə xas faydaları var. Bunlardan biri də tam bir sağlamlıq anbarı olan alma suyudur. Ləzzəti damaqları şənləndirən alma şirəsi, xəstəliklərə qarşı isə güclü bir qoruyucudur.

Məhz alma şirəsinin faydaları;
Gündə bir stəkan alma suyu içmək qandakı xolesterin səviyyənizi tarazlıyar, ürək və damar sağlamlığınızı qoruyur.
Alma şirəsi metabolizmi sürətləndirdiyi kimi, sidik miqdarını da artırır.
Kilo problemi olan insanlarda şişlikləri aradan qaldırar.Mədə ürək bulanmasının qarşısını alar və həzmi asanlaşdırar.Yuxudan əvvəl alma şirəsi içmək rahatlaşdırar və asanlıqla yuxuya getməyinizi təmin edər.
Ac qarnına içilən bir stəkan alma şirəsi qanı təmizləyərək toksinlərin atılmasına dəstək olur.
Qastrit səbəbindən yaranan yanmaları azaldar.
Alma şirəsi yüksək təzyiq və ritm pozğunluğu olan xəstələrə də yaxşı gəlir.Bağırsaqların nizamlı işini təmin edir.Cildi gözəlləşdirir, dəriyə gənc və canlı bir görünüş qazandırar.
Fəal və gümrah olmağınızı təmin edir.
Pəhriz saxlıyanların şirin yemə istəyini aradan qaldırır.
Ürək və damar xəstəliklərinə qarşı qoruyucu funksiya daşıyır.
Tərkibindəki vitaminlər, kalsium və fosfor sayəsində bədən müqavimətini artıran alma suyu, xəstəliklərə qarşı yaxşı qoruyucu olduğunu söyləmişdik. Bu səbəblə ilin hər dövründə alma şirəsi istehlak etməkdə fayda var. Ancaq hazır meyvə suları yerinə təzə sıxılmış meyvə şirəsindən faydalanmaq lazımdır. Bunun üçün etməniz lazım olan çox sadə; Yaxşı bir meyvə suyu çəkən aparat alaraq həm özünüzə, həm də uşaqlarınıza gözəl meyvə şirələri hazırlaya bilərsiniz.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 1 785
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri