Fransada və bəzi digər ölkələrdə pendir əsas qida qəbulundan sonra yeyilir. Bu çox gözəl və sağlam ənənədir.
Pendir çox faydalı diyetik məhsuldur. Hər qida qəbulundan sonra 2-3 nazik tikə bərk pendir yeyin.
- Qida qəbulundan sonra yedikdə pendir həzm prosesləri yaxşılaşdırır və sürətləndirir.
- Pendir dişlər üçün çox xeyirlidir. Mütəxəssislərin
fikirinə görə, hər qida qəbulundan 1-2 tikə pendir yedikdə bu kariesin
inkişafının qarşısını alır.
Kalsiumla zəngin olan pendir dişləri möhkəmləndirir.
Həmçinin pendir ağız suyunun miqdarını artırır. Ağız suyu mikrobları
öldürmək xüsusiyyətlərə malikdir.
- Pendir endorfinlərlə zəngindir. Endorfinlər
əhval-ruhiyəni yaxşılaşdırır, stresi azaldır. Lakin onu da nəzərə almaq
lazımdır ki, yatmazdan əvvəl pendir yemək olmaz. Bu yuxuya getməyə mane
olacaq.
Hipertoniyadan əziyyət çəkən, qanda xolesterinin səviyyəsi yüksək olan insanlara pendirin qəbulunu azaltmaq lazımdır.