Kompotları menyudan çıxarmayın

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 2 510
Səs ver:
(səs: 0)
Alma kompotu
Alma kompotu tüpürcək ifrazına səbəb olur və həzm prosesinə rahatlaşdırır. Bundan başqa bağırsaq, ürək, böyrək xəstəliklərinə və yüksək qan təzyiqinə effektiv təsir edir.

Armud kompotu
Mədə xətləlikləri zamanı xeyirlidir. Həmçinin ürək, böyrək, qaraciyər, mədəaltı vəz, ciddi əsəb pozuntuları zamanı, infeksion xəstəliklərdə, anemiya və vərəmdə istifadə olunur.

Şaftalı kompotu
İştahı aradan qaldırır və həzmi normallaşdırır. Qaraciyərin işini yaxşılaşdırır, anemiyanın qarşısını alır və vərəm xəstələrinə də ciddi tövsiyə olunur.

Ərik kompotu
Əgər ürəyinizdən şikayət edirsinizsə, böyrək və qaraciyəriniz sizi narahat edirsə, o zaman çoxlu ərik kompotu qəbul edin. Mədə-bağırsaq xəstəlikləri olanlara isə o qədər də tövsiyə olunmur.

Albalı kompotu
Mədə-bağırsaq xəstəlikləri zamanı yaxşı təsir göstərir.

Çiyələk kompotu

Tərkibi vitamin C və pektinlə zəngindir. O, xoşagələn ətirə malikdir və pəhrizlər zamanı da istifadə olunur. Demək olar ki, hər növ xəstəliklərdə istifadə olunur.

Qarağat kompotu
Çox faydalı kompotlardan biridir. Hətta nar kompotundan daha tez qanda hemoqlobinin səviyyəsin qaldırır. Tərkibindəki pektin maddəsi orqanizimdən duzları və şlakları təmizləyir. Tərkibindəki kalsium və dəmir qan yaradan orqanlarının işini yaxşılaşdırır və ürəyə qüvvət verir.

Heyva kompotu
Tərkibində tanin və pektin maddəsi var. İltihab əleyhinə və büzücü təsir göstərir. Bağırsaq xəstəlikləri zamanı faydalıdır. Vərəm və anemiyalı xəstələrə tövsiyə olunur.

Gavalı kompotu
Mədənin işini asanlaşdıran və stabilləşdirən maddələrlə zəngindir. Tərkibindək yüksək dərəcədə karbohidrat olduğundan böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkənlər üçün çox faydalıdır. Ateroskleroz, anemiya, revmatizm, podaqra, ürək xəstəliklərinə effektiv təsir göstərir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 510
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri