Bir cüt qanad (2-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 3 247
Səs ver:
(səs: 0)
Neçə saat yatdığımı bilməyərək sakitləçdiricinin təsirinin keçməsi ilə gözlərimi yavaş-yavaş açdım. Tərpənmədən gözlərimi tavana zillədim və bu gün olan hadisə haqqında düşünməyə başladım. Düzünü desəm, bunun yuxu, yoxsa həqiqət olduğunu ayırd etməyə çalışırdım. Çünki bir insanın ağzını açmadan danışması və ən əsası, beyninin içində onun səsini eşitməyin heç də mümkün bir hal deyildi, təbii ki, əgər fantastik bir filmdə rol almamısansa. Və mənim də belə bir üstünlüyüm olmadığına görə sizcə də qorxmaqda haqlı deyildimmi?
“ Qızılsaç, hazırsan?”
Bir anda başağrımı unudaraq uzandığım yerdən dik atıldım. Çılpaq ayaqlarımla soyuq döşəmənin üzərində durub boş qaranlıq otağa baxdım. Məndən başqa heç kim yox idi, amma yenə də həmin səsi eşitmişdim - düşüncələrimi pıçıldayan həmin səsi.
Tanrım, mənə kömək et, dəli olmaq istəmirəm, ancaq deyəsən, bu yolda heç bir maneə ilə rastlaşmadan son surətlə irəliləyirəm.

Otağımda pəncərə belə yox idi ki, bu səsin pəncərədən gəldiyini düşünərək bir az içimə su səpmiş olardım.
“ Qorxma, Qızılsaç. Dəli deyilsən. Buna əmin ola bilərsən.” Bu yenə baş vermişdi. Səsində, sanki, bir qıraqda durub mənim qorxu içində titrəməyimdən həzz alırmış kimi bir ifadə var idi.
“ Axı sən kimsən? Ya da nəsən?” – deyə qışqırdım bütün cəsarətimi toplayaraq. Ancaq buna baxmayaraq əsən ayaqlarıma söz keçirə bilmirdim.
Heç bir cavab gəlmədi. “ Nə istəyirsən?”
Yenə də cavab gəlmədi.
Birdən otağın qapısın açılaraq dəhlizdəki pəncərədən otağıma düşən ay işığının altında birinin siluetini gördüm. Əgər beş yaşında olsaydım, çoxdan çarpayının altında gizlənmişdim. Düzü, neçə yaşım olduğunu belə xatırlamırdım, amma ən azından beş yaşım olmadığından əmin idim.
Məni yıxılmadan saxlamaları üçün ayaqlarımdan xahiş etdim və bu xahişimi qəbul etdiklərinə inanaraq bir addım irəli getdim. Üzünü görməsəm də, siluetin mənə baxdığına and içə bilərdim. Və bunun üzərimdə yaratdığı hiss heç də ürəkaçan deyildi.
“ Salam, Qızılsaç.” Udqundum. Nə cavab verəcəyimi bilmədim. Qarşılığında ona nə deməliydim? Salam verməliydim, yoxsa sadəcə sakit dayanaraq davam etməsinimi gözləməliydim?
Ən yaxşısı sakit dayanmaqdır.
“ Amma az öncə belə düşünmürdün.” – dedi həmin siluet. Tanrım, bircə, düşüncələrimi oxuduğunu söyləmə. “ Səsin bütün otağı bürümüşdü. İndi nə oldu bəs? Hanı o cəsur qız?”

Az öncə irəli atdığım bir addımın əvəzinə iki addım geriyə getdim. “ Şey...” Bir az cəsarət. “ Nə istəyirsən?”
“ Bax belə, bir az cəsarət.”
“ Ağlımdan çıxmağını xahiş etsəm?” – dedim kinayə ilə.
“ Tanışdığımız sadəcə bir neçə saatdır və artıq sənin ağlındayam.” – deyə güldü və dayandığı yerindən üzünü görə biləcəyim qədər yaxınlaşdı ki, bu da onun həmin gənc polis olduğunu sübut etdi. Düzü, otağın qaranlığından aydın seçilməsə də, az öncəkindən yaxşı idi və bir insan üzü olduğunu gördükdən sonra az da olsa, rahatlamışdım.
“ Nəyi nəzərdə tutduğumu çox yaxşı bilirsən.” – səsimi bacardığım qədər sərt çıxartmağa çalışdım, ancaq bunu nə dərəcədə bacardığımdan xəbərsiz idim. “ Beynimin içində səyahətini bitirdinsə, artıq nə fikirləşdiyimi oxumağı burax! Bunu necə edirsənsə...”
“ Əmrinizlə, Qızılsaç.” – dedi yenə lağ edici səs tonu ilə.
“ Sən kimsən?” Görəsən, doğru sualımı verdim? Yoxsa bunun əvəzinə sən nəsən? sualını verməyim daha düzgün çıxardı, çünki artıq onun bir insan olmadığına dair heç bir şübhəm qalmamışdı.
“ Əslində məni tanıyırsan.” “ Anlamadım?”
“ Kim olduğumu bilməsən də, ya da düşündüyün kimi nə olduğumu, adımı bilirsən.” – cavab verdi həmin gənc polis.
“ Tapmacalar üçün heç də uyğun bir yer və zaman deyil !!!” “ Həm də çox əsəbiyik.”
“ Adın...” – xatırlatdım az öncə verdiyim sualımı.
“ Adımı bildiyini söylədiyimdə zarafat etmirdim. Çünki
mənə, səni adımdan xəbərdar etdiyini söylədi.” “ Söylədi? Kim?”

“ Çox səbirsizsən, Qızılsaç. Hər şeyin bir sırası var.” İşarət barmağını qaldıraraq dayanmağımı bildirdi. Sonra ətrafımda olduqca asta addımlarla dövr etməyə başladı. “ Adım Emmanuel.”
Emmanuel. Bu ki dayanmaq bilməyən pıçıltılardakı həmin addır.
“ Sənə adımı bildiyini demişdim.”
“ Axı bu necə...” Dərindən nəfəs aldım və növbəti sualıma keçdim. Çünki anlamadığım bir çox məsələ, almaq istədiyim bir çox cavab var idi. “ Sən nəsən? Və məndən nə istəyirsən?”
“ Mən...” Emmanuel cavab vermək üçün ağzını açarkən gələn səslərlə qapıya tərəf döndü.
Tibb bacısı bizi otaqda görən kimi qışqıraraq nəzarətçiləri çağırdı. “ Otaqda başqa biri var.”
Emmanuel qəfildən qolumdan tutaraq asta bir səslə “ söhbətimizi başqa yerdə davam etdirə bilərik?” – dedi və otaqdan çıxmaq üçün tək yol olan qapıya doğru qaçdı məni də arxası ilə dartaraq.
Tibb bacısı qollarını açaraq qapının düz qarşısında durdu. “ Bunu etməyi ağlınızdan keçirməyin. Onsuz da buradan qaça bilməyəcəksiz.”
“ Məsləhətinizə qulaq asacağıma söz verirəm. Ancaq bu gün yox.” Kobud qolları ilə tibb bacısını itələyərək yoldan çəkdi və dəhlizə çıxdı. Əvvəlcə sağa getmək üçün dönsə də, üzərimizə gələn böyük bir nəzarətçi ordusunun arasından xilas olmağımız qeyri-mümkün görünürdü. Ona görə dərhal sola döndü və heç bir yol olmadığını görüb dayandı. Önündəki pəncərəyə baxdı.
“ Onu heç düşünmə, çünki buraların pəncərələri açmaq qeyri-mümkündür. Həm bu baş versə belə, dördüncü mərtəbədə olduğumuzu xatırlatmaq istəyirəm.”

Gəncin bir əl hərəkəti ilə pəncərə açıldı və bunu necə bacardığını düşünmək belə istəmirdim. Qolumdan tutduğu əlini daha bərk sıxdı. “ Mənə inanırsan?” – soruşdu.
Heç tərəddüdsüz “ yox” – cavabını verdim.
“ Onsuz sənə başqa seçim təqdim edən də yoxdur, Qızılsaç.” – dedi və belimdən tutaraq məni özünə tərəf çəkdi. Pəncərəyə yaxınlaşaraq gəlməkdə olan nəzarətçilərə baxdı və ayağını qaldıraraq pəncərəyə çıxdı. “ Gözlərini yumsan, yaxşı olar.”
“ Bu...” Sözümü dinləmədən pəncərədən aşağı tullandı. Qorxudan göz qapaqlarımı bərk-bərk sıxaraq yummuşdum.
Hətta qışqırmağı belə unutmuşdum. İçimdə sağ qalmağım üçün Tanrıya sonsuz sayda dualar edərkən Emmanuelin səsini eşitdim.
“ Artıq gözlərini aça bilərsən.” – dediyi anda göz qapaqlarımı astaca qaldırdım və ayaqlarımın yerə dəydiyinin o zaman fərqinə vardım.
Tanrım,çox sağ ol.
“ Səni eşitdiyini heç düşünmürəm.”
Ətrafımdakı hər şeyin səsini batıran ürək döyüntülərimin müşayəti ilə dərindən nəfəs aldım.
Heç nə demədən xəstəxanadan xilas olduğumun və ən vacibi isə dördüncü mərtəbədən tək parça halında yerə ayaq basdığımın sevincini yaşamağa imkan tapmamış başım gicəllənməyə başladı.
Gözlərim yumulmağı qarşılarına məqsəd qoyarkən son eşitdiyim “ buradan dərhal uzaqlaşmaq lazımdır.” - sözləri ilə yıxılmamaq üçün Emmanuelin qolundan bərk yapışdım.

Yazar: Murad cəfərov
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 247
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri