Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 45)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 822
Səs ver:
(səs: 0)
İkinci dəftər
45


Anamgildəki öz köhnə otağımda əvvəlki səliqəmi bərpa eləmişəm. Bir qədər darısqallıq da olsa, çarpayımı, yazı stolumu öz yerinə qoymuşam. Gündüzlər balkona açılan pəncərədən baxanda, ilk növbədə, məhəccərin dəmir şəbəkələri arxasında ucalan, üstünə noğul-noğul çəhrayı çiçəklər səpələnmiş yasəmən ağacı, uzaqda isə, sanki mavi səmada rəsm edilmiş qədim Şərq üslublu mənzərə görünür. Şəhərin amfiteatr qaydasında cərgələnən yöndəmsiz binaları fonunda qonşu məscidin günbəzi, minarəsi dikəlir. Gecələr göylər lacivərd rəngə boyanır, ay doğur, yasəmən ağacının çiçəkləri ulduzlara çevrilir. Pəncərəm güya divardan asılmış bir şəkil çərçivəsidir ki, təbiət ona özünün ecazkar boyalarla işlənmiş gözəl rəsmlərini salır: evdə tək darıxmamaq üçün onları mən göstərir. Atamın xasiyyəti yaman dəyişib; söhbətcil, deyib-gülən olub. Hər həftə məni uşaq təki yanına salıb gəzməyə, kino, teatr tamaşalarına aparır. Anam pərvanə kimi başıma dolanır. Qohumlarımız tez-tez bizə gəlirlər. Əmim arvadı, dayıdostum, hərdən gecəyədək oturub laqqırtı vururlar. Bilirlər ki, ürəyim sınıqdır. Hamısı ona görədir. Məni xiffət etməyə qoymurlar. Bağdan köçəni Qönçəbəyim də bir-iki yol anama baş çəkib. Keçən dəfə mənə yenə "göyçək balam” dedi. Doğma bir qayğıkeşliklə maraqlandı:
—Eşitdim institutu dəyişirsən, göyçək balam, doğrudurmu?
—Bəli, Qönçəbəyim xala.
Ancaq onunla göz-gözə durmaqdan sıxıldım, üzünə yox, yerə baxdım. Çoxdandı görməmişdim, birçəkləri ağarmışdı arvadın.
Bu səhər qəribə bir hiss keçirdim. Ad günümdə Eminin mənə bağışladığı oyuncaq meymunu yazı stolumun dolabçasında gördüm. O vaxt evdən köçəndə özüm qoymuşdum. Götürüb oynatdım, sonra divardan, qabaqkı yerindən asdım. Ancaq… elə bildim ki, bunun üçün onun özündən icazə almalıydım.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 822
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri