Tərkibi:
6 ədəd pomidor
1 ədəd soğan
2 ədəd uzunsov bibər
250 qram qiymə
1 çay qaşığı qırmızı istiot
1 çay qaşığı istiot
Duz
Yarım çay stəkanı maye yağ
1 xörək qaşığı pomidor tomatı
Hazırlanması:
Əvvəl pomidorları yuyaq və içlərini kiçik bir bıçaq köməyiylə çıxardaq. (Çıxartdığımız içləri pomidor qayğanağı üçün istifadə etmək üçün saxlaya bilərik)
Bir qazana maye yağı töküb istilədək. Doğradığımız soğanları da qazana qoyub, rəngi dəyişənə qədər qovuraq. Ardından uzunsov bibərləri əlavə edək və qovuraq. Əti əlavə edək və bişənə qədər ara-ara qarışdıraq. Qapağını bağlayaq.
Bişməsinə yaxın qırmızı istiot, istiot, duzu və tomatı əlavə edib qovuraq. Beləcə içliyimiz hazır oldu. Hazırladığımız içliyi pomidorların içinə dolduraq. Nimçəyə və ya soba qabına düzək. Azca su əlavə edin qaba. 200 dərəcəlik sobada bişməyə qoyun.