Pomidor dolması resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 103
Səs ver:
(səs: 1)
Tərkibi:
6 ədəd pomidor
1 ədəd soğan
2 ədəd uzunsov bibər
250 qram qiymə
1 çay qaşığı qırmızı istiot
1 çay qaşığı istiot
Duz
Yarım çay stəkanı maye yağ
1 xörək qaşığı pomidor tomatı

Hazırlanması:
Əvvəl pomidorları yuyaq və içlərini kiçik bir bıçaq köməyiylə çıxardaq. (Çıxartdığımız içləri pomidor qayğanağı üçün istifadə etmək üçün saxlaya bilərik)

Bir qazana maye yağı töküb istilədək. Doğradığımız soğanları da qazana qoyub, rəngi dəyişənə qədər qovuraq. Ardından uzunsov bibərləri əlavə edək və qovuraq. Əti əlavə edək və bişənə qədər ara-ara qarışdıraq. Qapağını bağlayaq.

Bişməsinə yaxın  qırmızı istiot, istiot, duzu və tomatı əlavə edib qovuraq. Beləcə içliyimiz hazır oldu. Hazırladığımız içliyi pomidorların içinə dolduraq. Nimçəyə və ya soba qabına düzək. Azca su əlavə edin qaba. 200 dərəcəlik sobada bişməyə qoyun.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 103
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri