Rufina (15-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 3 363
Səs ver:
(səs: 0)
Həyatın ədalətsiz qanunları. Çox, həddindən artıq çox sıxılmışdım bu qanunlarından, ədalətsizliyindən. Hər gün yeni bir xəbər, hər gün yeni bir acı. Yoxmuydu bunun bir sonu? Allah niyə bu qədər yük qoymuşdu boynuma?
Son sürətlə xəstəxanaya çatmışdım. Yol boyu Hicran nə olduğunu, niyə qışqıraraq ağladığımı soruşsa da, cavab verəcək halda deyildim. Xəstəxanaya daxil olduğumda önümə çıxan tibb bacısının yaxasından yapışaraq Alxazın yerini soruşmuşdum. Dəliymiş kimi baxırdı və əgər Hicran qızı əlimdən almasaydı bəlkə ordaca döyərdim yazığı. Qəbuldan hələdə əməliyyatda olduğunu öyrəndiyimdə qaçaraq üst mərtəbəyə çıxmışdım. Əməliyyatxananın qapısı önündə bir qadın çökmüş, bərbad vəziyyətdə idi. Birdə cavan oğlan vardı, hansı ki, hər hərəkətindən əzab çəkdiyi bəlli olan. Məni gördükdə qadına hiss etdirmədən yanıma yaxınlaşmışdı köhnə tanışlar kimi.
- Ssəni istədi, zəng etməyə bilməzdim. - azacıq susub özünü ələ almağa çalışdı. - sonra da əməliyyata aldılar.
Təskinlik olsun deyə sarılmışdım adama. Hicran isə kənardan üzgün baxışla bizi izləyirdi.
- Oğluum. 2 saatdı çıxıb biri bir söz demir.
Qadının fəryadına, əliylə əməliyyatxananın qapısını döyməsinə daha çox dözməmiş, Elxandan aralanıb qadına tərəf getmişdim. Məni görüncə çaşqın nəzərlərlə baxmışdı üzümə.
- Sən.. - ardını gətirə bilməmişdi. Əməliyyatxananın qapısı açılmış, həkim yorğun halda çıxmışdı içəridən. Məni unudub ətəyindən yapışmışdı. - nə oldu, necədi balam?
- Onurğa beyni zədələnib, bunu demək hələ tezdi lakin özünüzü alışdırsanız yaxşı olar. Boyundan aşağı iflic qalma ehtimalı olduqca yüksəkdir.
- Siz nə danışırsız? Mənim oğlum idmançıdır, güclüdür. Nə iflic??
Həkim ehmalca qadının əllərini üzərindən çəkib içəridən çıxan tibb bacısına nəsə işarə etmiş və uzaqlaşmışdı.
-Yalan deyir, inanmıram. Siz həkimlər beləsiz, pul üçün hər yalanı deyərsiniz! Ola bilməz , ola bilməz.
Elxan yere düşən anasını tibb bacısının köməkliyi ilə qaldırıb palatalardan birinə aparmışdı. Ardınca da Alxazı çıxartmışdılar. Onu gördüyümdə gözlərim irilənmişdi və əgər Hicran olmasaydı bəlkə də eləcə yerə yıxılmışdım. Ürəyimin üstünə sanki ağır daş basmışdılar, nəfəs almaqda olduqca güclük çəkirdim. Rəngi ağappaq idi, ölü rəngi kimi. Nəfəs alması aparata bağlı idi, ayırsaydılar dayanacaqdı. Üzündə o qədər də yara izi yox idi. Çox güman ki, heç vaxt kask taxmayan Alxaz, kaskdan istifadə etmişdi. Aman Tanrıç, bunu bəlkə də özü istəmişdi. Onun qəza keçirməyinin günahkarı mən idim. Bir əl boğazıma sarılıb məni boğmağa başlamışdı. Mən bədbəxt insan idim! Hər şeydən məhrum...
Reanimasiya şöbəsinin önündə vurnuxan Elxana yaxınlaşıb əlimi çiyninə qoymuşdu. Gözləri yaşlı idi.
- Anlaya bilmirəm, o həmişə diqqətli idi. Bu cür qəzanın olması ağlabatan iş deyil. Maşının içində də kimsə olmayıb. Sui-qəst kimi bir şeydi. Nömrəsini də çıxarıblar əclaflar.
İlk ağlıma gələn atam olmuşdu. Yəni qatil idi? Bele bir şey edə bilərdi?? Son dəfə bir-birilərinə nifrətlə baxmışdılar və mənim Alxazla getməyimi istəməmişdi. Görəsən Nurla sevgili olduqlarından xəbərdar idi?
- Rufu, mən getməliyəm. Əmi neçə dəfə zəng edib. Səninlə birgə olduğumu deyəndə hədsiz sevindi. Məncə, artıq o da yumşalıb. Barışın artıq, qayıt evə.
Bildiklərimi bilsəydi, əminəm ki, bu cür danişmazdı və o evi həmin saat tərk edərdi.
- Sən get, danışarıq. Hə,unutmadan, maşını da apar. Onun heç nəyini istəmirəm.
- Xeyr Rufina xanım. Maşın sizə məxsusdur, mən taxı çağırmışam.
İndilərdə gəlməlidir, Allah köməy olsun Elxan. - oğlana gülümsəyib mənə dil çıxararaq sürətlə uzaqlaşmışdı. Bunlar nə vaxt belə səmimi oldular ki?

Gözlərimi açdığımda Elxanla anasının həkimlə danışdığını görmüşdüm. Daha doğrusu qadın ağlayırdı. Həkim olduqca soyuqqanlı görünürdü.
- O belə yaşaya bilməz həkim. Qurban olum, bir şey edin. Əgər problem puldursa, mən evimi de sataram. Yetər ki, o yenidən ayağa qalxsın.
- Baxın, yenə də deyirəm, məsələ pul məsələsi deyil. Amma siz ümidinizi itirməyin. Tibb olduqca inkişaf edib, indi olmasa belə belke 5 il 10 il sonra yenidən ayağa qalxa biləcək. Mümkünsə, əhvalını yüksək tutmağa çalışın.
Həkimin hissiz şəkildə sözünü deyib getməsi ananı bir daha yıxmışdı. Və məni...
Alxaz belə yaşaya bilməzdi. Ən çoxu bir ay. Bu qəddar həkim isə ona 5 il kəsmişdi. Bu vəziyyət oxuduğum bir romanı xatırlatmışdı mənə. 30 yaşında əlil bir adam. Ailəsinin və sevdiyi qadının raxılığı ilə ölümü seçmişdi. Roman o qədər təsir etmişdi ki, bir həftə özümə gələ bilməmişdim. Bəs indi? Sevdiyim adamın ölümünü səssizcə izləməli olacaqdım? Bir il ya bir ömür bu təsir üstümdən getməyəcəkdi?
Allahım, mən nələr düşünürdüm? Düşüncələrimdə Alxazı öldürmüşdüm artıq... Əlimlə ağzımı qapamışdım, ağlamağımın kimsənin duymasını istəmirdim. Necə yaşayacaqdım? Əgər o yaşamağı seçərdisə, mən onunla bir ömür yaşamağa belə razıyam. Ancaq mən onu tanıyırdımsa, o ölümü seçəcəkdi, romandakı kimi...
Gözünə eynək taxmış, təxminən 38-40 yaşlı həkimin önündə durmuş, mənə ümidverici bir şey söyləməsini istəyirdim.
- Həkim, mən müalicələrin, hər şeyin pulunu ödəməyə hazıram. Nə lazımdırsa edin, təki qısa zamanda Alxaz ayağa qalxsın. O belə yaşamaya bilməz.
Həkim isə susmuşdu, susqunluğu hər şeyi söylədiyi halda, mən xoş bir söz eşitmək istəyirdim.
- Rufina xanım, atanıza hörmətim sonsuzdur, əgər mümkün olsaydı əlimdən gələni edərdim. Təəssüf edirəm... Edə biləcəyim bir şey yoxdur.
Bəlkədə barışmalıydım bu vəziyyətlə. Bəs ölümüylə necə barışacaqdım?

Gecəni xəstəxanada keçirmiş, Alxazın ailəsini tək buraxmamışdım. Hələ ki, onu görməyə heç kimi buraxmırdılar. Ancaq elə çox istəyirdim ki, onu görməyi, onunla damışmağı. Həkimlə danışsam, bəlkə də icazə verərdi, ancaq anasından öncə bunu etmək istəmirdim.
Boynum ağrıdığından , həmdə təmiz havaya ehtiyacım olduğundan, xəstəxananın həyətinə enmişdim. Əslində bir az da yalnız qalıb ağlamaq istəyirdim. Son vaxtlar burnumun suyu qurumurdu. Alxazla ilk qarşılaşmağımızı xatırlayınca, ağlamağım bir az da sürətlənmişdi. Muncuq deyirdi mənə, həqiqətən də o ayının yanında muncuq boyda qalırdım. Cibimdəki salfetlə üz gözümü təmizləyib, gecədən bəri söndürdüyüm telefonu yandırmışdım. Şamilin zəng və mesajlarının həddi hesabı yox idi. Əgər Alxaz qəza keçirməsəydi, bəlkə də gecəni bir keçirəcəkdik.
Az keçməmiş Şamildən növbəti zəng gəlmişdi. Zəngi açıb ağlamağa başladığımda qışqərmağını kəsib, harda olduöumu, niyə ağladığımə soruşmuşdu.
- Alxaz qəza keçirib, xəstəxanadayam...
Xəstəxananın ünvanını öyrənib, gəlirəm söyləmişdi. Telefonu təkrar söndürüb cibimə atmiş, binaya doğru addımlamağa başlamışdım. Elə yorğun və yuxusuz idim ki, sanki aylarla durmadan işləmişdim.
Pilləkənləri çıxdığımda, arxadan Hicranın səsini eşidib ayaq saxlamalı olmuşdum.
- Canım, gecəni burda qalmısan? Bərbad görünürsən, gəl bura.
Hicran məni özünə çəkib sarılmışdı. Gözümü silib başımı qaldırdığımda xəstəxananın önündəki qara maşın və mənə tərəf baxan iki adamı görüb şüphəyə düşmüşdüm.
Adamlar da, onları gördüyümü anlayıb, maşına əyləşib uzaqlaşmışdılar. İçimi bunun qəza olmadığına dair bir hiss bürümüşdü.Atamın əli ola bilərdi bu işdə, əgər vardısa heç düşünmədən onu polisə təslim edəcəkdim...
İçəri keçdiyimizdə, Elxandan anasının Alxazın yanına buraxıldığını öyrənmişdim. Buna az da olsa sevinmişdim. Qadının buna ehtiyacı vardı. 10 dəqiqə sonra tibb bacısının içəri girməsiylə çıxmışdı. Gözləri qızarmışdı, beli bükülmüşdü. Təbii ki, nece olduğunu soruşmaq düşüncəsizlik olardı. Mənə baxıb təkrar dolmuşdu gözləri.
- Gözünü açan kimi səni soruşdu... Rufina... Sən... - ətrafa baxınıb alçaq səslə - Nurun bacısısan?
- Nəə?? - Hicranla Elxan eyni reaksiyanı vermişdi. Mənsə susaraq başımı aşağı dikmişdim.
- Oğlumu məhv etdiniz.. Ola bilər günahkar siz deyilsiz, ancaq səbəbkar siz oldunuz...
Qadının sözləri sanki bir ox olub qəlbimə saplanmışdı. O haqqlı idi...
- İstəməsəniz mən gedə bilərəm...
- Getməyini istəmirəm.. Çünki oğlumun sənə ehtiyacı var..İçəridə tibb bacısı nə etməli olduğunu söyləyər.
Oğlunun köməyi ilə uzaqlaşmışdı üzümə baxmadan.
- Rufu , nə deyirdi bu qadın? Nur kimdi ? Sənin bacın var??
- Bu barədə sonra danışsaq? Mən Alxazı görməliyəm.
Başıyla razılıq verdiyində icəri keçmişdim. Tibb bacısının köməkliyi ilə qoruyucu geyimi geyinib Alxazın yanına getmişdim. Gözləri qapalı idi, başının üstündə aparat iki saniyədən bir siqnal verirdi. Qoluna sistem qoşulmuşdu.
Uzanıb buz kimi hərəkətsiz qalan əlini tutmuşdum. O hiss etməmişdi belə... Bayaqdan güclə sıxdığım yaş yanağıma diyirlənmişdi.
Ancaq həkim dönə-dönə onun yanında ağlamamağı tapşırmışdı.
Cəldliklə yox etmişdim o yaşı.
- Alxaz... - pıçıltıma gözlərini açıb mənə baxmışdı, gülümsəmişdi.
- Gələcəyini bilirdim... - sonra nə düşündüsə gülüşü yox olmuşdu. - Səni onunla...
Gerisini gətirə bilməmişdi əsəbdən, hər zamankı kimi çənəsi əsmişdi.
- Sən bunları düşünmə. Hər şey yaxşı olacaq. Əsas odur ki, yanındayam. Həmişə də olacam.
- Bu halımla mı? Sən sıxılarsan və yenə gedərsən...
- Belə danışma...
- Haqqlı olduğumu bilirsən.
-Yox sən heçnə bilmirsən! - gözlərim dolmuşdu və söylədikləri içimi o qədər acıtmışdı ki qarşımda xəstə biri olduğunu unudaraq danışırdım. - Səndən uzaq durmağımın haqqlı səbəbləri vardı. Ancaq indi anlayıram ki, səhv etmişəm, həmdə böyük səhv.
- Hansı səbəblər? Ağlıma belə gətirmək istəmirəm! Sən məgər ona məcbur idin?
- Çünki, Nur mənim bacımdır! Mən bunu bilə-bilə bacarmazdım, heç sən də bacarmazdın.
Artıq tuta bilməmişdim içimdəkini. Ancaq sakit qarşılamışdı.
- Mən bunu bilirdim. Ancaq səndən yenə də uzaq durmadım. Sən bunu hardan öyrəndin?
- Nə önəmi var ki...
- Vaxtınız doldu, mümkünsə çıxın..
Tibb bacısının içəri girməsiylə məcbur çıxmalı olmuşdum. Lakin Alxazın söylədikləri hələ də qulaqlarımda cingildəyirdi. Hardan öyrənmişdi görəsən? Anası söyləmişdi? Mən necə də axmaq idim, içəri getməmişdən öncə qadın bunu üzümə vurduğu halda acıdan, diqqət etməmişdim. Səsindəki sakitlik, bunu çoxdan bildiyini göstərirdi. Bəs niyə deməmişdi??
Yenə suallar içində batmışdım. Hicran da ortalıqda yox idi. Alt mərtəbəyə endiyimdə, qəbulun önündə Elxanla anasını gərgin halda danışdıqlarını görmüşdüm. Yaxınlaşıb dinlədiyimdə, xəstəxana xərclərindən danışdıqlarını öyrənmişdim. Özəl xəstəxanaya gəldikləri üçün, ödəməyə güclərinin çatmadığını anlamışdım. Məndə də istədikləri məbləğ yox idi. Çarəsiz, atamdan istəməli olacaqdım və heç cür ona ağız açmaq istəmirdim.
- Ana, sən Nurla Rufinanın bacı olduğunu hardan öyrəndin?
Söhbətin məndən getdiyini eşidib daha da yaxınlaşmışdım onlara.
- Alxaz söylədi. Başqa bir şey də dedi, bununla sənin maraqlanmağını istədi.
Qadın ətrafa boylanıb alçaq səslə:
- Bu işdə Nəzirxanın əli olduğunu və bunu üzə çıxartmağını istədi. Yoxsa o adam ikinci qızının da ölüm fərmanını verə bilər...
Yıxılmamaq üçün divara tutunmuşdum. Duyduqlarım məni artıq öldürmüşdü...

Yazar: Dəniz
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 363
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri