Rufina (16-cı bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 3 412
Səs ver:
(səs: 0)
İnsan iki halda yetim qalar. Valideynləri həyatdan köçərkən, birdə həyatda ikən analı atalı yetim olmaq...
Mən ikincisinə aid idim. Valideynlərim sağ ikən yetim qalmışdım. Belə də ata ana olardımı? Öz əlləri ilə övladını ölümə yollayan ata olardımı?
Ciynimdə hiss etdiyim toxunuşla geri dönmüşdüm. Şamil gəlmişdi. Birdə o vardı.. Onunla yeni həyata addım atdım deyərkən, burxularaq yıxılmışdım. Nə deyəcəkdim? Necə baxacaqdım üzünə?? Alxaz kimi qayğılı görünürdü.
- Bu necə olub?
Atam etdirib. Mənim atam qatildir! İçim bunu fəryad etdiyi halda dilim susmuşdu. Danışan yalnız gözlərim idi...
- Yaxşı görünmürsən, gəl əyləş. - qolumdan tutub skamyaların birinə aparmışdı.
- Nəsə istəyirsən? Su alım sənə?
Ayağa qalxmaq istədiyində əlindən tutub mane olmuşdum.
- Heçnə istəmirəm.
- Nə istəyirsən bəs? De, edim.
Gozlərinə baxmışdım. Elə sevgiylə, səmimiyyətlə baxırdı ki, utanmışdəm özümdən.
- Bağışla məni. Hər şey üçün. Dünən...
- Şşşt - barmağıyla susmağıma işarə etmişdi. - vəziyyət belə ikən səndən nəsə istəməyə, tələb etməyə haqqım yoxdur. Belə də olmalı idi.
- Sən çox yaxşısan... - sinəsinə sığınmışdım. Dağ kimi böyük sinəsinə...
Nə qədər belə qaldığımı xatırlamıram, o zaman ayıldım ki, Hicran başımın üstündə durub tərs-tərs məni izləyirdi.
- Hici, bir xəbərmi var?
- Yoo, heç narahat olma. Ee, bizi tanış etməyəcəksən?
Məni qabaqlayan Şamil əlini irəli uzatmışdı.
- Mən Şamil, Rufinanın yaxın dostuyam.
Əsəbdən dodağını çeynəmişdi. Bu onun adəti idi.
- Hmmmm, xeyirli olsun dostluğunuz! - qısqanclıq sezmişdim səsində. Azda olsa təbəssüm yaratmışdı üzümdə. Bu arada Şamilin böyüklüyü də gözümdən yayınmamışdı. Nə gözəl qəlbi vardı bu adamın...

Xəstəxanada qalmağın mənasız olduğunu görüb Şamildən məni evə aparmasını istəmişdim. Bir az uzaqlaşa bilərdim, həmdə nənəmdən xəstəxana xərcləri üçün pul istəyəcəkdim. Atama isə heç cür ağız açmazdım. Hələ öyrəndiklərimdən sonra...
Öz evimin qapısını döymək qəribə gəlmişdi mənə. Bir qonaq kimi. Atamın evdə olmadığını bilərək gəlmişdim. Nənəmi, bu evdə mənə doğma olan ikinci insanı görməyə gəlmişdim. Nifrət edirdim bu evə, valideynlərimə. Onun günahlarını, cinayətlərini necə üzə çıxaracağımı bilmirdim. Bir yolu olmalı idi...
- Xoş gəldiniz Rufina xanım. - Bu çox güman ki, yeni qulluqçuları idi. Nənəm yatağa düşən kimi qulluqçu almışdılar evə. Başımla salamını alıb içəri keçmişdim. Anamın hər zamanki kimi başı qarışıq idi. Bir ana övladına bu qədər laqeyd ola bilərdimi? Səfiyyə xalanın göstərdiyi ana nəvazişinin 1%ni görməmişdim anamdan. Evdən getdim, başıma bu qədər iş gəldi, bu qadın hələ də özü kimi rəfiqələrini başına toplayib qeybət edirdi.
- Qızım xoş gəldin. Gəl, qonaqlarımızı salamla. Qızımı tanıyırsınız, Rufina, işdən gəlib.
Gülmək tutmuşdu məni. Mən də Rufinayamsa, bu saxtakarlığa bir odun soxacaqdım.
- Heç gəlməyim, Vaxtım yoxdur evə qayitmalıyam. nənəmi görməyə gəlmişdim. 5 dəqiqəyə gedirəm, heç narahat olma.
Qonaqlar da anam kimi pərt olmuşdular. Kinayəli gülüşlə üst mərtəbəyə qalxmışdım.
Son pilləyə ayaq basdığımda qapı çırpılmasını duymuşdum. Demək, qonaqları getmişdi. Heç vecimə deyildi.
- Dayan! - Tam qapını açacaqkən arxadan əmrini vermişdi əziz anam!
- Buyurun Hüsniyyə xanım. Bir əmrinizmi vardı? Ayy, yoxsa qonaqların yola salmadığım üçün incidilər?
Üzümə yediyim sillədən susmalı olmuşdum.
- Bax sən ancaq busan! Nifrət edirəm sizə!
- Məni biabır etdin!
- Düşündüyün yalnız özünsən! Heç məni düşündünmü? Tək başına, nə edir, kiminlədi? Bəlkə pis yola düşmüşəm?!
Nəfəs alması yavaşımışdı, demək ki, sözlərim ona təsir etmişdi.
- Bir dəfə olsun saçıma sığal çəkib, digər analar kimi, nəyə ehtiyacın var qızım deyə soruşdunmu? Bir dəfə, yanıma gəlib mənimlə dərdləşdinmi? Niyə ağlayırsan, dərdin nədir deyə soruşdunmu?!
Niyə sevmədin məni ana?! Niyə?! Mənə qarşı bu qəddarlığın nədəndir?!
Başını aşağı salmışdı və səsi olduqca yavaş çıxmışdı.
- Sevdim. Bir ana övladını sevməyə bilərmi? Amma...
Əlimlə çiynindən geri itmişdim.
- Sevdinmi?! Aldatma özünü, mən onsuzda sənə inanan deyiləm!
- Sən doğulduğun andan mənə ancaq ayaq bağı oldun! Bax bundandır sənə olan qəddarlığım! Nəzirxanın münasibəti olduğunu öyrəndiyimdə o qədər yıxıldım ki! İntihar etmək istədim. Bacarmadım. Boşanmaq istədim... Hamilə olduğumu öyrəndim! Sən önümü kəsdin! Nəzirxanın necə bir insan olduğunu bilirdim, boşansaydım əgər məni bir qəpiksiz qoyacaqdı.
- Yəni sən, məni deyil də, pulu seçdin hə?! Bəs niyə abort etmədin məni? Niyə gətirdin məni dünyaya?! Bədbəxt etmək üçünmü?!
- Çünki, həkim gec olduğunu söylədi. Səni aldırsaydım, həyatım üçün təhlükəli ola bilərdi.
Daha bir zərbə.
- Sən məndən imtina etdin demək! Səndən nifrət etməkdə haqqlıyam.
- Mən bir qadın idim, sənə görə qürurumu ayaqlarım altına aldım. Sənə görə gəncliyimi hədər edərək, bir ömür o adamla keçirməyə məcbur oldum.
- Səni görmək istəmirəm! - otağın qapısını açıb özümü içəri atmış, arxamı söykəyərək yüksək səslə ağlamağa başlamışdım. Ağır yük almışdım çiyinlərimə. Bütün bunları görməzdən gələrək, yenə o cah-cəlallı həyatıma geri dönə bilərdim. O zaman sevgisiz, hissiz, bunlar kimi alçaq insan olacaqdım. Mən ömrümü belə keçirmək istəmirdim. Mən onlar kimi olmaq istəmirdim...
- Yaxın gəl... - nənəmin gözü yaşlı çağırışına yatağına tərəf qaçıb başımı ayaqlarına qapamışdım. - Bağışla məni, yanında ola bilmirəm, sənə dəstək ola bilmirəm. Allah bu qoca qarını öldürsün, sənə heç cür kömək edə bilmirəm.
- Yox yox, - gözlərimi silib gülümsəməyə çalışmışdım. - Düz demirsən nənə... Sənin varlığın mənim yaşamama daha bir səbəbdir.
- Mənim ağıllı balam. - başıma sığal çəkmişdi. - Səndən yaman nigaranam. Yanında olmaq üçün nələri verməzdim.
- Mən yaxşıyam nənə, sən məni düşünmə. Ayağa tez qalxıb bu cəhənnəmdən cıxmağa çalış.
Əlimlə balışa doğru diyirlənən yaşı qurutmuşdum.
- Bir az səninlə qala bilərəm?
- Əlbəttə qızım. gəl...
Əliylə yatağın digər tərəfini göstərmişdi. Buna olduqca sevinmişdim. Şamilə zəng edib məni gözləməməsini, gecikəcəyimi söyləsəmdə, getməkdən imtina etmişdi o.
- Ordan mənə bir musiqi qoş. Mənimkilərdən.
Nənəmin zövqünü yaxşı bilirdim. Masaüstü komputerinə yaxınlaşıb arxivlərdən bir musiqi qoşub nənəmin yanına girmişdim.
- Rufinam.. Mənim günəş qızım... - musiqi başlasada danışmağına davam edirdi. - Sən mənim əlimə doğuldun. Səni mən böyütdüm. Mən səni ölmüş qızımın yerinə qoydum.
Yataqda dikəlib nənəmə baxmışdım.
-Mənim bibim vardı?
-Vardı, ürək çatışmazlığından dünyasını dəyişdi. Nə isə. Bunu bil ki, sən mənim qızımsan.
Sən mənim bu evdə qalmağıma yeganə səbəbsən. Nə olur olsun, bildiyin, doğru yoldan çəkinmə. Nəzirxan sənin atandır, nə qədər pis olsa da. Əgər sənə ehtiyacı olduğunda onun ananın yanında olmasan, sənə haqqımı halal etmərəm. Pis yaxşı səni böyüdüblər. Bu sənə vəsiyyətim olsun.
- Ee nənə, danışma belə.
Başımı sinəsinə qoyub gözümü qapamışdım. Olduqca huzuru idim.
- Səni çox istəyirəm...

Demirəm ki, çiçək idin solmusan
Yuxu olub gözlərimə dolmusan
Ürəyimdə buz bağlayıb donmusan
Yenə səni mən unuda bilmirəm
Unuda bilmirəm, unuda bilmirəm.

Yollarında geri döndü ay gedən
Bilmədim ki, sən xoşbəxtsən yada mən
Qəm yükündən saçlarıma düşüb dən
Yenə səni mən unuda bilmirəm
Unuda bilmirəm unuda bilmirəm

Həsrətindi dağa enən duman çən
Sən gəlməsən necə xoşbəxt olum mən
Dağıtmısan bu dünyamı getmisəm
Yenə səni mən unuda bilmirəm
Unuda bilmirəm, unuda bilmirəm

Zeynəbin səsi hər ikimizə layla kimi gəlmişdi, dərin yuxuya aparmışdı. Xəstəxada onsuz yorğun gecə keçirmişdim. Nənəmlə sarılıb düz 3 saat oyanmadan yatmışdım. Oyandığımda artıq hava qaralmışdı. Gözümü ovuşdurub nənəmə baxdım. Yazıq qadın hələ də yuxuda idi. Əyilib öpmüşdüm. Buz kimi idi. Yorğanı üzərinə bərk-bərk basdırıb enmişdim yataqdan. Tərpənməmişdi belə.
Qapının açıldığını hiss etdiyimdə, səhv etmiş uşaqlar kimi özümü itirib qorxmuşdum. Gələn anam idi. Kədərlə baxmışdı mənə.
- Bir az danışa bilərik?
- Məncə danışacaq bir şey yoxdur. Mən getsəm yaxşıdır. Nənəmi oyadacaqsan.
- Doğurdan bu qadın niyə bərk yatıb? Heç belə etməzdi. Ana...
Anam yaxınlaşib nənəmin alnına əlini qoyduqda geri sıçramışdı.
- Aman Allahım. Ana.. Oyan Məryəm ana.. Nəzirxaaan!
Otaq başıma firlanmışdı.
- Nə olub, niyə qışqırırsan Hüsniyyə?
Məni görüb çaşmışdı, ardınca dərhal baxışlarını qaçırıb anama baxmışdı.
- Həkim çağır, vəziyyəti yaxşı deyil. Səsləyirəm, cavab vermir.
Əsməyə başlamışdım.
- Nənə... - pıçıltıma hər ikisidönüb mənə baxmışdı. - Nənəm öldü?? Yox , o ölə bilməz!
- Sakit ol qızım, - atam çiyinlərimdəntutub özünə sıxmışdı. - Nənən ölməyib, indi həkim çağıracam, müayinə edib , nə olduğunu bizə deyəcək. - ümidlə atama baxmışdım. - Mənə güvən...
söyləyib çıxmışdı otaqdan. Nənəmin yanına çöküb buz kimi əlini tutmuşdum.
- Qurban olum ölmə nənə. Mənim səndən başqa kimsəm yoxdu. Məni bu ədalətsiz dünyayla tək başıma buraxma.
Anamın əlini saçımda hiss etmişdim.
- Sən tək deyilsən qızım,biz varıq.
-Siz nə vaxt oldunuz ki, bundan sonrada olasız...
Qapı açılmasıyla atama tərəf getmişdim.
- Həkim beş dəqiqəyə burda olacaq. Xoşbəxtlikdən bizə yaxın yerdədi. Bir söz demədən təkrar nənəmin yanına qayitmişdim.
5 dəqiqə 5 il kimi gəlmişdi mənə. Həkimin gəlişiylə içimdə ümid yaranmışdı. Məni otaqdan çıxartmaq istəsələrdə, qışqıraraq onlara qarşı gəlmişdim. Həkim nənəmin nəbzini yoxlayıb atama baxmışdı. Başını ağır-ağır iki yana sallamışdı.
- Təəssüf edirəm...
Artıq dura bilməyib həkimin üstünə cummuşdum.
- Nəyə təəssüf edirsən?! Hələ nə etdin ki? Nəbzkni tutdun. Al bunları, - cantasını üstünə atmışdım. - al, müayinəmi edirsən, iynəmi vurursan, bir şey elə artıq!
Qışqırmağıma hər kəs qorxmuşdu.
- Ata, sən axı söz verdin, mənə güvən dedin?! Nə oldu hə?!
- Əlimdən bir şey gəlməz. - həkim ayağa qalxmışdı. - Bir saata yaxın olar, keçinib. Allah rəhmət eləsin...

Yazar: Dəniz
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 412
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri