Rufina (22-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 3 244
Səs ver:
(səs: 0)
Gözlərim hər axşam axtarır səni
Ürəyim yollardan qayıtmır evə
Sənsiz dalğalar da tanımır məni
Neyləyir ürəyim heç yatmır evə

Payız gəldi, uçdu getdi quşlar
Səndə getdin, bax yağdı yağışlar
Payız gəldi, uçdu getdi quşlar
Səndə getdin, bax yağdı yağışlar
Payız gəldi, qərib oldu dəniz
Bu dənizin gözü yaşlı sənsiz
Bu dənizin gözü yaşlı sənsiz

Küçələr, döngələr izindən qalır
Yarpaq pıçıltısı səni səsindi
İşıqlar zil qara gözündən qalır
Bu şirin xatirə mənim bəsimdi

Payız gəldi uçdu getdi quşlar
Səndə getdin bax yağdı yağışlar.

Yanında əyləşmiş qadının gözlərinin dolduğunu hiss etdikdə musiqinin səsini kəsmişdi. Kəsildiyi an, yağış damlalarını maşının üzərinə saldığı səs onu rahatlatmışdı. 2 saatlıq yol boyu susmuşdu qadın. Özü də nəsə soruşmağa cürət etməmişdi.
"Payız gəldi, uçdu getdi quşlar
Səndə getdin, bax yağdı yağışlar"
Qadının dodaqlarındakı zümzümə xoş gəlmişdi ona. Başını döndərib ona baxdığında qəmli olduğunu hiss etmişdi. Sakit səslə ona qoşulub musiqini oxumağa başlamışdı. Bu səfər Rufina susaraq ona baxmışdı. Maraqla ona baxdığını görüb, səsini bir az da qaldırıb oxumağa davam etmişdi. Nəqarət bitdiyində yenə içəri sükutçökmüşdü. Yalnız yağışın səsi vardı...
- Saxla...
Zəif səsi yağışın tappıltısına qarışıb yox olmuşdu. Nə edcəyini bilməyən adam bir andaca əyləci basmışdı. Sual dolu baxışlarla ona baxarkən, o, çoxdan kəmərini açıb maşından enmişdi belə.
- Dayan... - onu saxlaya biləcəyini anlamış, kəmərini açaraq özü də enmişdi. Yağış güclü olmasa belə, islatmaq üçün kifayət idi.
- Rufina, əyləş maşına. Xəstələnərsən... - qadın isə ona əhəmiyyət vermədən yolun ortasındaca qollarını yana açmışdı.
- Rufina! - başını endirib ətrafa boylandığında yolun sol hissəsindəki qayalıq diqqətini çəkmişdi.
- Hey, dayan! - qayalığa tərəf qaçıb bir metrliyiyində saxlamışdı hərəkətini. Özünə nəsə edəcəyi qorxusuyla ona tərəf qaçıb arxadan belinə dolamışdı əllərini. O isə, buna da əhəmiyyət verməmişdi. Yağış damlaları göz yaşına qarışıb yerə damlayırdı.
- Sənə nifrət edirəəm! - səsi əks səda vermişdi. Dərin nəfəs alırdı. - Eşidirsən?! Sənə nifrət edirəm Nəzirxan! Təkrar dünyaya gəlsən belə, yenə o silahı alar, yenə bir an düşünmədən səni öldürərdim!!! Aaaaa!!!
Qışqıraraq hönkürtü vururdu. Bir an olsun onun belini buraxmayan adam isə sevdiyi qadının bu cür çöküşünə bir şey edə bilmədiyi üçün ürəyi parçalanırdı.
- Bəsdi Rufina, gedək artıq. Soyuqdu...
Dinləmirdi bu qadın onu. Ya eşitmirdi, yada eşitmək istəmirdi.
- Rufina bəsdi bəsdi! Ölənlə ölünməz! Mən varam eşidirsən, mən varam! Niyə görmürsən məni?! Niyə yanında olduğumu hiss etmirsən? Niyə özünlə bərabər mənə də əzab verirsən?!
Dizləri boşalmışdı. Adam isə onu yerə düşməyə qoymamışdı, bərk-bərk sıxmışdə özünə.
-Səni sevirəm Rufina. Gör artıq məni...
Qulağında duyduğu nəfəs son nöqtə olmuşdu. Ağlamağını kəsib maşına getmək istədiyini bildirdikdə, etiraz etmədən qucağına almışdı adam onu. Maşına qədər göz gözə idilər. Adam o gözlərdə itib batarkən, qadın bunun əksi sadəcə öz əksini görürdü. Yad idi hər şey, hər kəs hətta daim yanında olduğunu söyləyən adam belə. Anlaya bilmirdi, niyə yaddaşında yalnız iki adam qalmışdı. Niyə onun üçün hər şeyi edən adamı xatırlamırdı?
Arxa qapını açaraq oturacağa uzatmışdı onu.
- Paketlərdə geyimlərin var, üzərini dəyiş mən səni burda gözləyərəm.
Qapını örtüb yolun digər tərəfində yarpaqları tam tökülməmiş şamın altına qaçmışdı. Açıq havaya nisbətən az tökürdü bura.
Soyuq buz kkmi kəssə də dözürdü. Əlini cibinə atıb əzilmiş siqar qutusunu çıxartdı. Nəmlənmişdi. Birini çıxarıb damağına qoydu. Yandırmaq üçün kibrit çıxartdığında daha betər günə qalan qutunu söyüşlə atmışdı. Ardınca da siqarı. Yolun irəlisinə boylandığında hələ də çöllük olduğunu görmüşdü. Bir az da irəli getmək istədiyində maşından gələn siqnalla baxışları ora yönəlmişdi. Deyəsən Rufina əynini dəyişmişdi. Nə qədər soyuq olmasına baxmayaraq getmək istəmirdi. Onu təsəlli edəcək, ovudacaq tək bir cümləsi yox idi. Yalnız quru canı qalmışdı, onu da ki, görmürdü...
İkinci siqnal səsiylə ağır addımlarla maşına yaxınlaşmışdı. Qapını açəb nəmli paltarlarla maşına əyləşmişdi. Heç narahat olmamışdı onun üçün. Çənəsi əsmişdi adamın üzüntüdən. Kobud barmaqlarıyla çənəsini sıxıb bağırmışdı. Bu da arxadakı qadının qorxmasına bəs edirdi.
- Qorxma, - arxaya dönüb qapıya qısılan qadının əlini tutmuşdu. - Üzr istəyirəm. Sənə soyuqdu? -başıyla təsdiqlədiyində istiliyi bir az da artırmışdı. - Mavi paketdə qalın jaketim olmalıdı. Keçir əyninə. Arxada balış var, istəsən uzan - Bir söz demədən dediyini etmişdi. Balışı da başının altına yerləşdirib yumaq kimi yığılmışdı. Gülümsəyib önə dönərək maşını işə salmışdı. - Bir iki saatlıq yolumuz qalıb. Sən yat, oyandığında orda olarıq...

Maşın hərəkətini saxladığında gözlərini qırpışdıraraq açdı. Kürəyi tutulmyşdu. Qaşları düyümlü halda dikəldiyində havanın qaraldığını anlamışdı.
-Gəl canım... - arxa qapını açan adam əlindən tutaraq enməsinə kömək etdi. Maşın kənd evlərindən birinin qarşısında dayanmışdı. Heç bir söz soruşmadan adamın böyründə həyət qapısından içəri keçmişdi. Heçnə maraqlı gəlmirdi ona. Ayaq altında xışıldayan yarpaqlar xaric.
- Bibi , ay bibii... - adamın səsinə qorxmuşdu.
- Can bibi. Bibi sənə qurban ay oğul xoş gəlmisiz.
Başı yaylıqlı, üzərində dizdən aşağı olan xalatlı qadın qollarını açaraq onlara tərəf gəlmişdi.
- Sənə qurban olum ay bala. Haralardasan unutmusan bibini. Bıy, başına dönüm, bu gözəl qızım kimdi? Adə, olmaya qız qaçırmısan? - böyrundən dümsükləyib zarafat etməsi üzündə azca təbəssüm əmələ gətirmişdi. Amcaq diqqəti daha çox pillələri güclə enən 4-5 yaşlı qız və arxasındakı qadında idi.
- Şamil əmiiiii - nəhayət ki, 4 pilləni sonlandırıb qaçaraq adamın üstünə gəldiyində nəsə xatırlamış kimi səksənmişdi.
- Əmi ölərəm sənə. - qucağına alıb firlatmağa başlayınca şən qəhqəhəsi ətrafa yayılmışdı körpənin. - Bilirsən əmi nə qədər darıxmışdım sənin üçün? Gör sənə nələr almışam nələr.
Kənardan yad kimi izləmək sıxmışdı onu. Ancaq bunu uzun çəkməyə qoymamışdı bibi.
- ay qızım sən niyə kənarda durmusan, gəl bura bir öpdün səni Gülsüm bibin - nəfəs almasına imkan vermədən yazıq qızı qucaqlayıb öpüşlərə qərq etmişdi. - gör qaranlıqda necə işıq saçır ölməmiş. Bibin sizə qurban.
- Kamil hanı ay bibi?
- Gələcək ürəyimin yarısı, gəlin keçək içəri. Nəgayət ki, görüşmə bitmiş, hər kəs içəri keçmişdi. İçərisi olduqca isti və çox xoş gəlmişdi Rufinaya. Evin baş hissəsində iri odun sobası vardı, Üzərində 3 qazan, iki çaydan yerləşmişdi. Otağa yayılan qoxulardan dadlı yeməklər olduğunu anlamaq olurdu. Və vazkeçilməz ağ qara tüklü pişik sobanın böyründə salınmış döşəkçədə yaşlı bir kişinin yanında yumaq kimi yığılıb şirin yuxuya getmişdi. Otaqda daha bir divan qarşısında televizor, ortada böyük yemək masası vardı. Otaq olduqca geniş idi. Ən azı 8-9 nəfərlik.
- Gəl bacı, keçək otağa üstünü dəyiş rahatla.
Bibinin gəlini Rufinanın qoluna girib otaqlardan birinə aparmaq istədiyində tərpənmədən Şamilə baxmışdı. Yadlıq etdiyini anlayıb, qulağına əyilərək " qorxma get, mən burdayam " söyləmişdi. Başını aşağı yuxarı hərəkət etdirib gəlinlə birgə otağa keçdiyində Şamil birnəfəsə qızın vəziyyətini bibisinə açıqlamışdı.
- Vay vay, yazıq qız. Heç narahat olma, mən onun da bibisiyəm artıq. Onun yaxşı olmağı üçün hər şey etməyə hazıram.
Şamil gülümsəyib sobanın üstündəki qazanlara işarə etmişdi.
- Həə, gör bibin sənin üçün nələr bişirib. Bəh bəh, barmaqlarını yalayacaqsan. Bax bu sənə kənd çolpası, bax bu plov, üç bacı. Hamısı da sevdiyin yeməklər. Vəfasız, səndə bibini görməyə gəlmə.. - zarafatyana qulağını çəkmiş, ardınca gözləri çöl qapıdan içəri keçən yoldaşı və oğluna çevrilmişdi. - Boo, harda qaldız, gəlin baxın kim gəlib. - toppuş qollariyla Şamili onların üstünə itələmişdi.
- Oooo qardaş... - Kamil qollarını açıb oğlanı bütün gücü ilə sıxmışdı. - Sən azıb düşmüsən deyəsən. - Kamil və atası ilə görüşdükdən sonra yerdə uzanmış babanı da salamlamışdı.
- Ay oğul, get bax gör Rufina qızım niyə gəlmədi, bir şeyə ehtiyacı olar. Bunu gözləyirmiş kimi, cəld otağa yaxınlaşıb qapını döymək istədiyində içəridə gedən söhbət diqqətini çəkmişdi...
- Ay bacı, vallah peşman olmazsan, Şamiı çox yaxşı oğlandı. Dürüst, mərd. Demək olar ki, uşaqlığımız bir keçib.
- Hmmm, - dodaqaltı mızıldanan Rufina gəlinin ona verdiyi jaketi əyninə keçirmişdi.
- Sən onu sevirsən? - anidən verilən sualla fikri uzaqlara getmişdi. Şamili öpməsi göz önündə canlanınca çilli yanaqları qızarmışdı.
- Yaxşı, utanma bacı. Gözəl saçların var bu arada. Rəngini sevdim. Kamil icazə vermir məndə xına yaxım.
- Mənim saçımın təbii rəngidi. - dodağını yana çəkib aynada öz əksinə baxmışdı. Onsuz da buruq idi saçları, yağış baxımsızlıq daha da pis hala gətirmişdi. - Saç rezinin var?
- Olmazmı, burda nə qədər istəsən. Buyur, nə lazım olsa məndən istəyə bilərsən.
Başıyla təşəkkür edib birini almışdı. Öz saçı rəngində olanı. Saçlarını ortada toplayıb, toppuz yığmışdı.
- Gəl, anaya kömək etməliyəm. Süfrəni açaq.
Cavab vermədən çıxmışdı otaqdan. Qapı önündə Şamili görüb hər ikisi duruxmuşdu.
- Mmən... Bir şey lazımmı deyə... - Şamil də özünü itirob cümləsini tamamlamaqda çətinlik çəkmişdi.
- Ay bala, harda qaldız. Gəlin yemək soyuyacaq...
Hamı birlikdə süfrə arxasına keçmişdilər. Hər kəs deyib gülür, köhnələrdən söhbət edir, Rufina isə kimsəyə qarışmadan kənardan sakit şəkildə edilən söhbətlərə qulaq asırdı.
- Sabah gedirik də hə? - Bibisi oğluna göz vuran Şamil gözaltı Rufinaya baxmışdı.
- Ooo, illər sonra səni belə istəkli görmüşəm, heç qaçıraram?
- Ay bala hara belə? Uşaq dünən gəlib, qoy dincəlsin. - ağzındakı tikəni udub narazıçılıq etmişdi. - Eh, siz gedin, mən gəlinlərimlə qalaram.
Tikəsi boğazında qalan Şamil öskerməyə başlamışdı. Rufina isə bir az da yığılmışdı utandığından.
- Ay bibi, Rufina da bizimlə gələcək. Ona kəndi gəzdirəcəm.
- Nə deyim ay bala, elə olsun. Sabah nə bişirim sizin üçün? Rufina qızım? Ürəyin istəyən bir şey varmı?
- Çox sağ olun...
- Mən Sənin şor qutabını istəyirəm.
Dodaqlarını yığıb sağa sola yelləmişdi başını Gülsüm bibi. Yemək sonrası dəmli çay da içib televizor qarşısına yığılmışdılar. Səhərdən qovrulan fındıq və yer fındığını qarşılarına töküb türk serialı izləməyə başlamışdılar.
Kənardan bu sevimli kənd ailəsini izləyən Rufinaya çox xoş gəlmişdi hər şey. Keyf almağa başlayırdı artıq.
Bax qızım, bu sarı ilan var ha, bu gədəni salıb toruna. Bax bax, necə aktyorluq edir... Vay səni ifritəə...
Ovcundakı fındıqları bir-bir ağzına atan qadın gözünü televizordan ayırmadan filmi Rufinaya anlatmağa çalışırdı.
Bir müddət sonra, onun yorğunluğunu hiss edən Şamil bibisinin qulağına əyilib yer hazırlamasını istəmişdi. Rufinanın yerini balaca Mədinənin yanında açmışdılar. Yazıq oğlan isə sobanın böyründə pişiklə birgə yatmalı olmuşdu...
Səhər xoruz banlamasına ilk gözünü açan Rufina olmuşdu. Bu cür oyanılmağa adət etməmişdi. Üzərini geyinib Mədinəni oyatmadan otandan çıxmışdı. Şamil baba və pişiyin xorultuları bir-birinə qarışmışdı. Bir neçə dəqiqə onları təbəssümlə izləyib evdən çıxmışdı. Gecə çatdıqlarından həyətə baxmağa imkanı olmamışdı. Həyət demək olar ki, meyvə bağından ibarət idi. Hər sort meyvə tapmaq olardı. Həyəti bir az da dolanıb arxa hissəsinə keçmişdi. Bura fındıq bağıydı deyəsən. Ağacların altı rəngarəng yarpaqlarla örtülü idi. Ovuc ovuc aldığı yarpaqları başı üstünə atır, ətrafa səpələnməsindən həzz alaraq qəhqəhə atırdı boş və çılpaq bağa. Sevmişdi buranı, həmdə bir gecədə. Bəlkə, Şamil olmasaydı hələ də bəyazlardan ibarət o dörd divar arasında qalmışdı. Amma indi hər şey fərqli idi. Bu adam onu cənnətə qonaq etmişdi...

Yazar: Dəniz
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 244
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri