Rufina (17-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 3 250
Səs ver:
(səs: 0)
Divanda əyləşib dizlərimi də qarnıma yığmışdım. Qadınların pıçıltısı, söhbətləri, nənəm haqqında söylədikləri, mərsiyə söyləyən qadının səsi artıq əsəblərimə toxunurdu. İrəli geri hərəkətimi daha da sürətləndirmişdim. Kənardan yəgin ki, bir dəliyə bənzəyirdim. cəhənnəmə ki!! Mənim mənəm ölmüşdü. Mənim dayağım ölmüşdü. - - Susuuuuun!!! - hərəkətimi saxlayıb qışqırmışdım. - Danışmayın! Kimsə danışmasın onun haqqında!! Oxuma səndə oxuma! Burax!
Qolumdan tutan Hicranın əlini geri edib enmişdim. - Eşitmək istəmirəm səsinizi! Çıxın gedin!!!
- Ay qızım sakit ol. Özünü ələ al. Su gətirin ordan.
- Sakitəm mən!
Susmadığımı görən Hicran qolumdan çəkişdirməyə başlamışdı.
- Siz Allah, inciməyin. Nənəsini çox istəyirdi, ölümü ilə barışa bilmir hələdə. Qüsuruna baxmayın...
Anamın sösündən hiddətlənib Hicranı itələmişdim.
- Sən heç danışma! Qüsur mənim deyil, sənindi! Məcbur qalaraq məni dünyaya gətirən sənin! Həə, birdə qızını öldürən həyat yoldaşın Nəzirxanın! Səndə qüsur olmasaydı ərin gedib başqasıyla evlənməzdi!
Əsəbim və acım gözümü o qədər kor etmişdi ki, otaqda bizdən başqa insanların olduğunu unutmuşdum. Bir anda yüksələn pıçıltılar son nöqtə olmuşdu.
- Siz nə pıçıldaşırsız orda? Durun rədd olun!!!
Pıçıltılar artıq danışığa dönmüşdü.
- Ay Hüsniyyə, nənəsinin ölümü qızına ağır gəlib. Psixologiyası pozulub. Bunu həkimə zada aparın.
Bax bunu gərək deməyəydilər. Danışanın kimliyini artıq müəyyən etmişdim. Qadın üzərinə getdiyimi görüb arxa-arxaya getsədə, divara dirənmiş, gözləri qorxudan bərəlmişdi.
- Dəlimi dedin sən mənə? Al sənə dəli!!
Bir andaca qadinin saçlarına əl atıb ortalıqda fırlatmağımla səsi bütün evi başına götürmüşdü. Nə qədər əlimdən almağa çalışsalar da, bacara bilmirdilər. O anda durdum ki, üzümdə yanma hiss etmişdim. Məni vuran Səfiyyə xala idi. Hiddətimdən bir söz deyə bilməmişdim.
- Bəsdi artıq, özünə gəl! Sən bu deyilsən!
Əsəblə əlimi çəkdiyimdə qadının qışqırtısını zarımaq əvəz etmişdi. Əlimdə qalan topa saçı üstünə atıb gözümü Səfiyyə xaladan çəkməmişdim.
- Al bu murdar saçlarını, rədd ol! Gözüm birdə səni görməsin.
Hamı susqun halda etdiyim hərəkətləri izləyirdi. Anam yenə "biabır oldum" sifətini almışdı.
- Gəl canım, biz yuxarı qalxaq...
Hicranın toxunmasıyla qolumu çəkib üzümü yenidən Səfiyyə xanıma tutmuşdum.
- Özüm gedərəm. Tək qalmaq istəyirəm.
Qadınlar kənara çəkilib mənə yol verdiyində qapının önündəki atamı görüb əsəbim daha da artmışdı. Lakin bir söz demədən yuxarı qalxıb özümü nənəmin otağına salmış, qapını da içəridən kilidləmişdim.
Qapıya söykənib dərin nəfəs almışdım. Otağa göz gəzdirdiyimdə içimin yandığını hiss etmişdim. O zaman ağlımdan bir fikir keçmişdi..
Görəsən, anam öldüyündə bu qədər üzüləcəkdimmi?
Komputere yaxınlaşıb son dəfə nənəmlə dinlədiyim musiqini qoşmuşdum.
Unuda bilmirəm... Unuda bilmirəm..
Yatağına girib nənəmin yorğanına bərk-bərk sarınmışdım. Nənəm qoxurdu yatağı. Gözümdən süzülən yaş yastığı islatmışdı. Barışa bilmirdim onu ölümü ilə. Unutmuşdum hər şeyi hər kəsi... Alxazı belə...
- Rufina, qızım aç qapını biraz danışaq.
Səfiyyə xalanın qapını döydüyünü, mənimlə danışmaq istədiyini anlayırdım, vurduğu sillənin məni özümə gətirtmək üçün olduğunu da bilirdim. Lakin, ayağa qalxıb qapını açacaq taqəti özümdə tapa bilmirdim.
- Xahiş edirəm. Səni incitməyəcəm.
Açmaq fikrim yox idi. Yorğanı başıma çəkib qışqıra-qışqıra ağlamağa başlamışdım. Çünki, içimdəki yanğı heç cür sönmək bilmirdi.
- Yaxşı, səni tək buraxıram. Ağlayıb rahatladığında mütləq danışarıq. Bunu bil ki, səni öz qızım kimi çox istəyirəm.
Addım səsləri gəlmiş, getdiyini düşünsəmdə yanılmışdım. Daha biri gəlmişdi və qapı önündə söylədiklərini içəridən aydın eşidə bilirdim.
- Çox sağol Səfiyyə, qızımla özüm danışaram. Onun anası mənəm.
- Bunu xatırlatmağına ehtiyac yoxdur, bilirəm.
- Ona görə davran.. Qızım məndən başqasıyla danışmaz, dərdləşməz...
Yorğanı üstümdən atıb, çarpayıdan enerek qapını amışdım. Anam üzünə təbəssüm qondurub əlini uzatdığında geri çəkilmişdim.
- Gəl Səfiyyə xala, mənim sənə ehtiyacım var.
Anamın üzü birdən birə düşmüşdü. Səfiyyə xala isə iki yol arasında qalmışdı.
- Xahiş edirəm...
Çarəsiz qaçıb içəri girmişdi. Bir qaşımı qaldırıb qapını anamın üzünə çırpmışdım.
- Niyə belə etdin axı. Anan çox üzüldü.
- O sizə elə gəlib. Nə isə, buyurun, nə danışmaq istəyirdiz.
Uzanıb əlimi tutmuşdu.
- Bilirəm, yaralısan. Məryəm ananı hər kəs kimi mən də çox istəyirdim. Elə, aşağıdakı hər kəs. Nənənin xətrini istədikləri üçün bugün hamı bura toplaşıb.
- Gəlməsinlər, Səfiyyə xala. Onlar mənə acımı xatırladırlar.
- Gözəl qızım. - saçıma tumar çəkdiyində gözlərimi yummuşdum. - Bu acı həmişə səninlə olacaq, necə ki, sevgisi səninlədir.
- Axı, mən onun yoxluğuna alışmamışam.
Ağladığımı görən qadın məni qucaqlamışdı.Məndə qucağına sığınıb ağlamağımı sürətləndirmişdim.
- Həyatın qanunu budur qızım. Bir gün gələn, bir gün gedər. Nənən gedib, lakin onun xatirəsi sevgisi, ruhu həmişə səninlə olacaq. Bax burda. - məni özündən kənarlaşdırıb qəlbimi və başımı göstərmişdi.
- İndi istəməsin, səni yaman çox sevirdi Məryəm ana. Dilində həmişə sən vardın.
- Səfiyyə xala..
- Can bala.. Ağlama, keçəcək. Zamanla hər şey keçəcək.. - başıma tumar çəkərək məni təsəlli edirdi.
- Ssizdən bir şey istəyə bilərəm?
Gülümsəmişdi. Ancaq gözlərinin dərinliyindəki acını görə bilirdim.
- Əlbəttə.
- Başımı dizlərinizə qoya bilərəm?
Qadının üzü birdən birə canlanmışdı.
- Heç soruşmağa dəyməz... - Gözlərimi yumaraq minnətdarlığımı bildirmiş, ehtiyatla başımı dizlərinə qoymuşdum. Çox yorğun hiss edirdim özümü dünən gecədən.
- Əgər, yuxuya keçsəm, məni mütləq oyadın. Nənəmin dəfnində yatmaq istəmirəm.
- Narahat olma mənim balam. - əyilib yanağımı öpmüşdü. Gözlərimi qapayib səssizliyi içimə çəkmişdim. Zeynəb də çoxdan susmuşdu...

Otağa girdiyimdə işıqları yandırsamda, yanmamışdı. Daha da qaranlığa qərq olmuşdu. Ağır hava vardı otaqda. Bəzən öskürək tuturdu məni. Gözlərimi geniş açaraq nəsə görmək istəsəmdə mümkün deyildi. Qorxu vardı içimdə.
- Rufina, qızım...
- Nənəə?!
Otağı dörd dönsəm də, heçnə görməmişdim.
- Hardasan nənə? Axı səni görə bilmirəm.
- Mən burdayam. Sakit ol.. Səndən bir istəyim olacaq.
- Söylə nənəm. Nə istəyirsən. Nə olar, gəl yanıma. Sənin üçün darıxmışam.
Qaranlıq otaqda əllərimi uzadır, nəsə hiss etməyə çalışırdım.
- Ağlama. Bu mümkün deyil. Səndə bilirsən. Görüşəcəyik. Amma indi deyil. - bir qədər sükut çökmüşdü. - Gec olmadan oyan və atana mane ol. Məni Nurun yanında dəfn etməsini istə. Oyan qızım. Oyan gözəlim...

- Oyan qızım. - gözümü açıb məni təbəssümlə izləyən Səfiyyə xalaya baxmışdım.
- Nə oldu? Dəfn etdilər nənəmi hə? Niyə məni oyatmadın Səfiyyə xala.
Təlaşla qalxıb otaqda gəzişdiyimi görən qadın məni saxlamışdı.
- Sakit ol, yarım saata aparacaqlar, məni oyat dedin məndə oyatdım.
- Yarım saat? Atam.. hardadır atam?
Təəccüblə üzümə baxmışdı.
- Aşağıda olar hər halda. Sakit ol biraz.
Başımı iki yana çevirmişdim.
- Sakit ola bilmərəm. Onunla mütləq danışmalıyam. Nənə...
Özümü çölə atıb pillələri iki iki enmişdim.
- Ataa, hardasan ataa?!
Önümə ilk çıxan anam olmuşdu, atamın harda olduğunu soruşduğumda bağçada olduğunu söyləmişdi.
- Nə olub ay qızım?
Anamın sualına əhəmiyyət vermədən çölə çıxmışdım. Gördüyüm mənzərə olduqca təəccüblü idi. Atam Şamillə söhbət edirdi, ən qəribəsi isə, Şamilin əlinin atamın çiynində olması idi.
Məni gördüyündə söhbətini bitirib yaxınlaşmışdı.
- Nə olub? Niyə çöldəsən?
- Məyər mən ev dustağıyam? - nifrətimi gizlətməmişdim. - Səninlə bir məsələ haqqında danışmaq istəyirdim.
Arxaya dönüb kişilərə ani bir nəzər salmışdı.
- Söhbətini sonra etsən olmaz? Cənazə qalxmalıdır.
- Olmaz! - həyətdə gəzişən Şamil səsimi eşidib mənə tərəf baxmışdı.- Elə dəfnlə bağlıdır.
- Nə istəyəcəksən? Bax, molla meyidin bir gün daha qalmaaına icazə verməz.
- Nə meyid?! O mənim nənəmdi, səninsə anan! Mən... nənəmin Nurun yanında dəfn edilməsini istəyəcəkdim.
- Nur??
- Hə, öldürdüyün qızın Nur!
Çənəsini qaşımış və gözlərini məndən qaçırmışdı.
- Axı qəbr qazılıb, onu babanın yanında basdıracaqlar.
- Özün bilərsən. Bu səni bağışlamağım üçün ilk və son şansındır...
Son dəfə arxada nigaran halda mənə baxan Şamilə nəzər salıb içəri keçmişdim. İnşAllah atam bağışlanmaq istəyirdi...
Yenidən nənəmin yatağında yumaq kimi yığılaraq onunla keçirdiyim illərə ağlayırdım. Başımda şiddətli ağrı vardı.
Hava çoxdan qaralmışdı. Atam güclə mollanı yola gətirdiyini söyləyib nənəmi Nurun yanında dəfn etdirmişdi. Qəbrin yenidən qazılması vaxt almışdı. İki saat sonra, axşam saatlarına dəfn olunmuşdu. Onsuzluğa alışa bilmirdim. Sanki, baş ucumda hələ də nəfəsini hiss edirdim. Qapının döyülüb açılmasına əhəmiyyət verməmişdim.
-Quzumm - Hicran diz üstə çöküb başımı sığallamışdı. - Gəl biraz yemək ye, səhərdən dilinə birşey vurmursan.
- İstəmirəm, rahat burax. - arxamı dönmüşdüm.
- Hmm, sənə bir şad xəbər versəm necə.
- Heç bir xəbər məni şad edə bilməz.
Ofuldamışdı. Bezgin üz ifadəsi aldığına əmin idim. Ancaq qəribədir, heçnə vecimə deyildi.
- Əminsən? Məncə bu xəbər səni çəkəcək.
Reaksiya vermədiyimi görüb danışmağına davam etmişdi. - Şamil gəlib, aşağıdadı. Alxazdan xəbər gətirib.
Alxazın adını eşidib, dünəndən bəri unutduqlarımı xatırlamışdım. Arxamı dönüb maraqla onu dinləmişdim. Ancaq ifritə Hicran bu dəfə susmağı seçmişdi.
- Nə deyəcəksən de, əsəbiləşirəm.
Dodaqlarını bir-birinə sıxıb başını iki yana çevirmişdi.
- Aşağı en özündən öyrən.
Çarpayıdan enib Hicranı itələmişdim.
- Yıxdın məni, yavaş.
- Öl elə.. - dilimdən ixtiyarsız tökülən kəlmələr yenə acımı xatırlatmışdı mənə. Gözlərim dolmuş, yerə yıxılmış Hicranı qaldıraraq sarılmışdım ona.
- Bağışla Hici, bağışla. İstəmədən söylədim. Ölmə, sən ölmə nolar.
Titrəməyimə qorxmuşdu qız, başıma tumar çəkib sakitləşdirməyə çalışırdı.
- Sakit canım. Hər şey yaxşıdı, mən burdayam. Ölənə qədər səninləyəm.
- Ölüm demə mənə...
- Yaxşı, sən necə istəyirsən. Gəl əyləş biraz. Özümə gəl.
Üzümü silib cib dəsmalımla burnumu təmizləmişdim.
- Yaxşıyam canım. Mən Şamillə danışım.
Hicran yaxşı olduğuma əmin olduqdan sonra aşağı enmişdim. Şamil beton üzərində əyləşib, olduqca dərin düşüncələrə dalmışdı. Ayaq səslərimə gəldiyimi anlamış olacaq ki, qalxıb mənə yaxınlaşmış və heçnə demədən sarılmışdı. içimdə qəribə bir burulğan əmələ gəlmişdi, özümü olduqca yüngül hiss edirdim özümü.
- Səndən öteri yaman nigaran idim.
Necə hiss edirsən özünü? Allah rəhmət eləsin. Nə hiss etdiyini anlaya bilirəm.
Ondan aralanıb nəzərlərimi yerə dikmişdim.
- Allah razı olsun. Yaxşıyam. Ancaq çətin ki, mənim yaşadığım acını bilə biləsən.
Barmağıyla yanağım boyunca süzülən yaşları silmişdi.
- Anamı unudursan...
Utanmışdım onun cavabına.
-Sənin üçün edəcəyim bir şey var? Nə istəyirsən?
- Heçnə, mən... - ayaq üstə dura bilməyəcəyimi anlayıb çökmüşdüm. İri qollariyla belimi sarıb yerə düşməyimə əngəl olmuşdu. Başımı qaldırıb üzünə baxmışdım.
- Alxaz necədir?
- Yaxşıdır, olduqca yaxşıdır. Palataya köçürüblər. İndi onu düşünmə zamanı deyil. Rufina, aç gözünü.
Çətinliklə açmışdım. Qorxu dolu ifadə olan üzü mənə çox yaxın idi.
Gülümsəməyə çalışdığımı hiss edirdim.
- Mən yaxşıyam...
Yanımızda qaraltı hiss edib çətinliklə başımı döndərmiş, bizi əsəblə süzən atamı görmüşdüm. Gerisi yuxu kimi gəlmişdi...

Yazar: Dəniz
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 250
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri