Rufina (21-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 3 331
Səs ver:
(səs: 0)
Susmaq bəzən də, hər şeydən, hər kəsdən qaçmaqdır...

8 ay sonra
Bakı şəhəri,..
Soyuq xəstəxana dəhlizi ilə addımlayan gənc adam uzaqdan ona tərəf gələn həkimə işarə edib yanına çağırmışdı. Onun kimliyini anlayan kimi, dərhal yanına qaçmışdı.
- Xoş gəldiniz..
Adam başıyla təşəkkürünü bildirib duruşunu pozmadan :
- Necədi ?
- Həmişəki kimi, yemir içmir, danışmır... Dünən gecə qəribə bir şey yaşanıb.
Maraqla onu dinləyən adam bir qaşını havalandırmışdı.
- Tibb bacısı qapını kilidləməyi unudubmuş..
- Bu barədə dəfələrlə danışmışdıq!
Adamın sərt səsi boş dəhlizdə əks-səda vermişdi.
- Bilirəm, üzr istəyirəm bir daha yaşanmaz. Xəstə...
- Onun bir adı var ! - yenə sərtlini göstərmişdi adam.
- Rufina.. xanım.. otaqdan çıxıb.. Əlil arabalarının birinə əyləşib dəhlizdə gəzirmiş. Bizdə gec xəbər tutduq. Və pilləkənlərin başına gəlib, ayağa qalxaraq arabanı aşağı atıb, ardınca "Bəsdi artıq !" deyə bağırıb.
- Səməd bəy! Mən sizə etibar etdim! Əgər belədirsə mən onu başqa xəstəxanaya aparım?! Siz dediniz ki, onun üçün ən yaxşısı xəstəxanadır! Ancaq mən bir irəliləyiş görmürəm!
- Birdə olmaz... Xahiş edirəm tibb bacısının məsuliyyətsizliyidir. Mən ona lazımi cəzanı verərəm.
- Bu son şansınızdır! Birdə belə hallar yaşansa, xəstəxananı şikayət edəcəyəm! - bir qədər susub qəzəbinin yatmasını gözlədi. - Mən onu görmək istəyirəm.
- Əəlbəttə, buyurun. Otağın nömrəsini bilirsiz.
Güvənsiz baxışlarla həkimi süzüb ağır və yorğun addımlarla palataya doğru irəlilədi. Qapının üzərində kiçik bir ayna vardı. Həmişə gəlib bu aynadan içəridə pərişan haldakı qadına baxıb üzgün şəkildə ayrılardı xəstəxanadan. Yenə də dağınıq tünd sarı saçları üzünü örtmüş qadına baxıb iç çəkdi adam.
-Kürənim...- pıçıltısı aynada buxar yaratmışdı. O qədər yorğun və kimsəsiz görünürdü ki... Niyə həkimi dinləyib burda qoyurdu hələ də onu? Qapını ehtiyatla açıb içəri keçdi. Səssizlik.. heç tərpənməmişdi də. Boş çarpayının ortasında əyləşib başını aşağı salmışdı. Bir addım atmışdı qadına tərəf. Ayaqqabı otaqda "tak" deyə səs çıxarmışdı. Lakin o yenə də tərpənməmişdi. Əlini uzadıb başına sığal çəkmək istəmişdi, bacarmamışdı əli havada qalmışdı. Qəlbində qopan ağrı ona mane olmuşdu. Bu qədər zamandır onun səsini duymaq, gülüşünü görmək üçün əlindən gələni etmişdi. Ortada isə heç bir nəticə yox idi...
Keçib qarşısına əyləşmişdi. Həyəcanlıydı olduqca. Əsən əllərindən hiss etmək olardı bunu.
- Rufina, bəsdi artıq... - bu iki kəlimə öz adından daha tanış gəlmişdi qadına. Bütün bədəni əsmişdi.
Adam kobud əlləriylə çənəsindən tutub qaldırmışdı başını.
- Danış mənimlə, bir söz de...
İsrarla susmağı seçmişdi. Buz kimiydi hər zaman ona istilik bəxş edən əlləri. Qəlbi kimi, ruhu kimi...
- Rufina... üzmə məni bu qədər. 8 aydır sənin səsinə həsrətəm. Bir söz..
Yenə danışmadığı görən adam əsəblə ayağa qalxıb boş və bəyazlardan ibarət otaqda gəzişməyə başladı. Yox, bu belə olmayacaqdı. Yaxınlaşıb kobudluqla Rufinanın qollarından tutub qaldırmışdı.
- Danış artıq! Danış!!
Boş və ifadəsiz baxışlarını adamın üzünə dikmişdi.
- Hər kimsənsə, məni burdan apar...
Danışmasınamı sevinsin, onu tanımamasınamı üzülsün bilməmişdi. Əlini dağınıq saçlarına gətirib sinəsinə sıxmışdı.
- İstədiyin buysa, olacaq. Yetər ki, sən istə...
Özündən kənarlaşdırıb çarpayıya uzatmışdı hissiz qadını.
- Mən həkimlə danışım. Gələcəm.
Otaqdan çıxan adamı üzgün baxışlarıyla yola salmışdı...
Qapını döymədən içəri girmişdi.
Həkim eynəyini şağı salıb ptağına birbaşa daxil olan adamı qəzəblə süzmüşdü.
- Siz..
- Çox uzatmayacam. Mən Rufinanı xəstəxanadan çıxartmaq istəyirəm. - Nnə nə? - üz ifadəsi birdən-birə dəyişmişdi. Ayağa qalxıb qarşısına gəlmışdi adamın.
- Allah eşqinə, siz nə danışdığınızı bilirsiz? Xəstə hələ tam sağalmayıb. Apara bilməzsiniz..
- Sənə onun bir adı olduğunu söylədim ! - barmaqları yığılmışdı.
- Rufina xanımı hələ çıxara bilməzsiniz. Onun sağlamlığı üçün...
- Mən onun sağlamlığını səndən çox düşünürəm! Bu gün çıxaracam. Nə lazımdısa, sənəd falan gətir imzalayım bir an əvvəl bitsin!
Admın qərarı həkimi məmnun etməmişdi. Ancaq əlindən bir şey gəlməzdi.
- Amma... Rufina xanımın anası bu işdən razı qalmayacaq.
- Sənin pulunu anası yox, mən verirəm. Həm anasının vecinə olsaydi bugün burda olardı.
- Bir iki sənədi imzalayarsız bitər..
Həkimin könülsüz danışdığını görən adam kinayə ilə gülmüşdü.
- Narahat olma, istədiyin məbləğ çatacaq.
Eşitdikləriylə gözləri parlayan həkim masa arxasına keçib eynəyini taxmışdı.
- Yarım saata həll olunacaq...

Maşının aynasından arxada büzüşən qadına baxdı. Baxışları nə qədər soyuq olsa da, əvvəlki gözəlliyi və saflığını itirməmişdi.
- Rufina...
Cavab vermədən pəncərədən çölə baxmağa davam edirdi. Başını bulayıb yoluna davam etdi, lakin ara sıra aynadan ona baxmağı da unutmurdu...
Maşını evin önündə saxlayıb arxaya döndü. Rufina çoxdan yatmışdı.
Yumaq kimi yığılıb məsumca yatması adamın üzündə gülümsəmə yaratmışdı. Maşından enib astaca bağlamışdı qapısını. Arxaya keçib eyni səssizliklə açmışdı. Üzünə düşən kürən saclarını arxaya edib "səni sevirəm" pıçıldamışdı.
Ancaq tərpənməmişdi. Ehtiyatla qucağına alıb ayağıyla qapını örtmüşdü. Evə doğru addımlayarkən qucağında bir hərəktlik hiss etmişdi. Gözlərini açıb ona təəccüblə baxan qadını özünə bir az da sıxıb yataq otağına keçmişdi.
- Mən yatmaqdan çox sıxılmışam. - yatağa qoymaq istərkən qadının söylədikləri onu dayanmağa vadar etmişdi. - Mənə soyuqdu.
- İstəyirsən məndə yanında qalım?
Cavab verməmişdi. Öncə Rufinanı yerləşdirib, ardınca özü girmişdi yatağa. Bu güclü və kobud qollar ona güvən verirdi sanki. Başını enli sinəsinə yaslayıb təkrar gözünü yummuşdu istəməsə də.
Az sonra ikisi də dərin yuxuya getmişdi...
Səhər oyandığında Rufinanı yataqda görməyib təlaşla qalxmışdı.
- Rufina?? - hamam otağını, mətbəxi, digər otaqları da gəzib tapa bilməmişdi onu. - Hara getdin axı...
Həyət qapısını açıq görüb qorxmuşdu. Həyətə enmişdi çarəsizcə. Dua etmişdi ürəyondə təki həyətdə olsun deyə. Allah gənc adamın duasını qəbul etmişdi deyəsən. Rufina qollarını belinə dolayıb yaş çəmənliyin üstündə əyləşmişdi. Ara sıra ağacdan tökülən qızılı sarı yarpaqlara baxıb gülümsəyirdi. Bu mənzərəni görüb ağlına gələn fikirlə gülümsəmişdi. İçəri keçib qalın adyallardan birini alıb həyətdə tir-tir əsən qadının çiyinlərinə salmışdı.
Kürəyində hiss etdiyi istiliklə başını qaldırəb gülümsəmişdi.
- Çox gözəldir...
- Nə? - adam deyəsən anlamamışdı onu.
- Payız... - söyləyib başını yanında əyləşən adamın çiyninə qoymuşdu. - Mənə huzur verir.
- Qalx, əvvəl yeməyimizi yeyək, daha sonra yola düşəcəyik. Yolumuz uzundu.
Çiyinlərini çəkib adamın köməkliyi ilə qalxmışdı. Yarım saat ancaq ona yemək yedirməklə keçmişdi. Yorulsa da bu zamandan keyf almışdı. Rufinanın körpə uşaqlar kimi dodaqlarını büzməsi, əlləriylə dodaqlarını qapayıb başını sağa sola çevirməsi xoşuna gəlmişdi onun.
Yeməkdən sonra Rufinanın geyinməsinə kömək edib özü üçün kiçik çanta hazırlamışdı.
- Məncə sənə də isti birşeylər almaq lazımdır. Gedəcəyimiz yer soyuq ola bilər.
Rufinanın reaksiya verməməsi onu ruhdan salmırdı, əksinə, inanırdı ki, bu yolculuq onu rahatladacaq. Mağazalardan birinə gəlib onuçün isti birşeylər, jaket papaq əlcək şərf almışdı. Bu müddət ərzində Rufina heç nəyə qarışmadan maşına əyləşmişdi.
- Həəə, indi yola düşə bilərik! - Əlindəki paketləri arxa oturacağa atıb, daha sonra əyilərək Rufinanın kəmərini bağlamışdı. - bunu bir də açma. Səni yenidən itirmək kimi bir niyyətim yoxdur...

**********************************************************************************

8 ay əvvəl
- Bəsdi artııq!! - eşitdiyim bağırtı sanki qulaqlarımı kar edəcəkdi. Ardınca pillələrdan aşağı nəsə yuvarlanmışdı. Qaçaraq yuxarı qalxmağa çalışarkən, əlimdə hiss etdiyim nəmliklə durmalı olmuşdum. Bu ki, qan idi. Qanı görüb qışqırmağımla daha sürətlə yuxarı qalxmağım bir olmuşdu. Gördüyüm mənzərə isə dəhşətverici idi...
- Alalxaaz!! -yerdə qan içində yatan adamı görüb kəkələməyə başlamışdım. Arabası digər tərəfə düşmüşdü. Yaxınlaşmağa, toxunmağa qorxurdum. Sevdiyim adama kənardan baxmaq, kömək edə bilməmək məhv etmişdi məni. Səsə çölə çıxan Elxanla anası yerdə yatan Alxazı və kənardan donuq halda izləyn məni görüb haray qopartmışdılar. Hay küyə digər qonşular da çıxəb ətrafımıza toplaşmışdılar.
- Toxunmayın! - anaya mane olan orta yaşlı bir adam Alxaza yaxınlaşmışdı. - Mən həkiməm, təcili yardım gələnə kimi gözləmək lazımdı.
- Necə olub görəsən bu?
- Alxaz əlil idi, evdən necə çıxa bilərdi ki?
- Yəgin qapı açıq qalıb.
- Belə də məsuliyyətsizlik olarmı heç... Evdə xəstə var..
Qonşuların danışığına gözüm ixtiyarsız qadına çevrilmişdi.Sanki olanları indi dərk edirmiş kimi dəli hərəkətlə mənə yaxınlaşıb yaxamdan yapışmışdı.
- Sən etdin! Siz həyatımıza girən gündən başımıza gəlməyən qalmadı! Öncə bacın, indi də sən! Nə istədiniz bizdən? Nə istədi o əclaf atan bizdən?!
Susaraq, gözyaşlarımla qarşılıq verirdim içi yanan qadına.
- Danış, susma ! Bir şey de!
- Ana, bəsdi.. Onun günahi yoxdu. Alxaz mənə hər şeyi danışdı. Maşınla qarşılarını kəsiblər. Ondan öncə də liseydə təhdid ediblər. Nəzirxan hər şeyi planlayıb. Günahkar axtarırsansa, onun yaxasından yapış.
Qadının əlləri boşalmış, bunun əksinə mənim yumruğum yığılmışdı. Qəzəbim ağlımı başımdan almışdı. İnsanları kənarlaşdırıb sürətlə pilıələri enib binadan çıxmışdım. Yol boyu yığdığım sürət bir çox halda qəza şəraiti yaratsa da, sağ-salamat gəlib çıxmışdım evə. Ancaq qəzəbim azalmaq əvəzinə daha da artmışdı. Gözümü bürüyən kin, nifrətlə bir-başa atamın iş otağına qalxmışdım. Bütün otağı ələk vələk edib, axır ki, kilidli siyirmədən silahı tapa bilmişdim.
- Nəzirxan! - otaqdan çıxıb atamı axtarmağa başlamışdım. Pəncərədən həyətə girən maşını görüb aşağı enmişdim.
- Nəzirxan ! - harayıma öncə atam mənə tərəf çevrilmişdi. Daha sonra səsimə hər kəs aşağı düşüb əlimdəki silahı görüncə qışqırmağa başlamışdılar.
- Qızım, sən nə edirsən?!
- Mənə qızım demə!! - silahı qaldırıb atama tərəf tutmuşdum.
- Rufu, ağlını başına yığ.
Məni yolumdan döndərmək üçün söylənənlər ksr etmirdi.
- Hicran, Elxana zəng et mənə ver!
Bir söz demədən telefonu mənə vermişdi.
Elxanın söylədikləriylə gözümdən aşağı bir damla yuvarlanmışdı. Ardınca atəş açılmış, atam gözlərimin önündə yerə yıxılmışdı...

Yazar: Dəniz
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 331
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri