Kəpənəklər azaddır (17-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 997
Səs ver:
(səs: 0)
Elnarə əlindəki kağızları bərk-bərk sıxıb xəstəxanadan çıxdı. yanındakı Nazilə qolundan tutub, dayanmadan danışsa da o sanki eşitmirdi. Qapıdan 4-5 addım ayrılmamış, cəld Naziləyə dönüb fısıltıya bərabər səslə dedi:
- Sus! Sus xahiş edirəm.
Nazilə Elnarənin bəm-bəyaz olmuş üzünə dərin kədərlə baxıb, səsi titrəyərək dedi:
- Eliş... Eliş gedək bir yerdə oturaq, çay içək. Özünə gəl.
Elnarə Nazilənin mərhəmətli baxışları altında əzildiyini hiss edib, dərindən nəfəs alaraq əlini yox mənasında yelləyib dedi:
- Yox. Mən evə gedim. Bunu Ceyhuna deməliyəm.
- Demə Eliş. Yəni sonra deyərsən. Həm nə bilirsən, bəlkə səhvdi cavablar?
Elnarə acı-acı gülümsəyib:
- Bəsdi. 10 dəfə də, 100 dəfə də test etsək, eyni cavablar çıxacaq. Mən evə gedirəm – deyib, arxasını dönüb yola tərəf addımladı.
Əli ilə taksiyə işarə edib, dayanan avtomobilə mindi. Adresi dedikdən sonra, başını şüşəyə söykəyib yola baxdı. Gözündən yaşlar axarkən, əkimin dedikləri beynində səslənməyə davam edirdi. “xəstəliyiniz çox irəli gedib”, “bu vaxta kimi necə hiss etməmisiz axı?...”, “dəqiq deyil, amma böyük ehtimalla yumurtalığınızı amputasiya etməli olacağıq...”, “ bəli, bu sizin ana olma şansınızı azaldacaq və digər yumurtalığa keçmə ehtimalı da var”. Indi də, həkimi dinlərkən də anladığı tək şey bir daha ana ola bilməyəcəyi idi. Nə özü, nə də Ceyhun işləri səbəbi ilə uşaq istəmirdi hələ ki, hət da bu haqda düşünməmişdilər də. Lakin bu an ana olmayacağını bilmək incidirdi Elnarəni. Nə xəstəliyinin ciddiyyəti, nə də başqa fəsadları ola bilməsi vecinə deyildi. Bu an sadəcə əsla sahib olmadığı və sahib ola bilməyəcəyi bir şeyi itirmək yandırırdı ürəyini-analıq.
Elnarə taksidən enib, sürücünün pulunu verdi. Qarşısındakı binaya baxıb, dərindən nəfəs alaraq özünə gəlməyə çalışdı. Lakin göz yaşları yanaqlarından süzülməyə davam edirdi. Sonunda özünü toplayıb binadan içəri keçdi. Hər pilləni çıxdıqda daha da gücsüzləşirdi sanki. Pilləkənin məhəccərindən tutub özünü yuxarı dartırdı. Evinin qapısı önünə gəlib, bayaqdan yerlə sürüdüyü çantasından açarları götürüb qapını açdı. Içəri keçib, Ceyhunun masanın arxasında əsəbi şəkildə kağızları qaraladığını görüb təəccübləndi. Bayaqdan güclə saxladığı yaşlar gözünə dolarkən, səsini titrəməsini güclə gizlədib dedi:
- Sən niyə tez gəlmisən?
Ceyhun başını kağızlardan qaldırmadan:
- Gələ bilmərəm? Bura mənim də evimdi.
- Bilirəm. Mən sadəcə senin evdə olmana təəccübləndim. Son vaxtlar axşamlar belə evə gəlmirdin.
Ceyhun onun Nilayın yanına getməsini nəzərdə tutduğunu qalxıb, qəzəblə ayağa qalxaraq qışqırdı:
- Hə, gəlmirdim. Işim var idi çünki. Indi işim bitdi artıq, birdə ora getməli olma...
Ceyhun səsini kəsib, Elnarənin yaşlı gözlərinə baxdı. Ilk dəfə idi onu ağlayan görürdü. Təlaşla ona doğru bir addım atıb dedi:
- Sən yaxşısan? nə olub? mən qışqırmaq istəmədim, bağışl...
- Bu gün həkimə getmişdim.
- Hə? Niyə?
- Hamilə olduğumu düşünürdüm.
Ceyhun nə hiss edəcəyini bilməyən bir baxışla ona baxdı. Sevinməsi gərəkdiyini xatırlayıb, gülümsəyərək dedi:
- Hamiləsən?
Elnarə gözündən axan yaşlara rəğmən, olduqca ruhsuz bir ifadə ilə dedi:
- Yox. əksinə, mən əsla ana ola bilməyəcəm.
- Nə?!
Ceyhun təəccüblənməyə macal tapmamış, Elnarə yerə çöküb hönkürtü ilə ağlamağa başladı. Ceyhun nə edəcəyini bilməz tərzdə ona baxdıqdan sonra, cəld yanına çöküb qolları arasına aldı. Nə qədər sakitləşib, nə olduğunu söyləməsini istəsə də, Elnarə “mən əsla ana olmayacam” deyə ağlamağa davam edirdi. Sonunda onun əlindəki üstündə xəstəxana simgəsi olan qovluğu görüb, cəld əlinə aldı. Içindəki kağızlara cəld göz atıb, nə isə anlamağa çalışdı. Birdən həkim rəyinə göz atıb, Elnarənin üzünü əlləri arasına alaraq dedi:
- Sən xərçəngsən?
Elnarə Ceyhunun gözlərinə baxıb, başını yellədi. Birdən qollarını boynuna dolayıb, pıçıldadı:
- Mən əsla ana ola bilməyəcəm.
Ceyhun Elnarənin saçlarını sığallayıb, onu təskin etməyə çalışırdı:
- Narahat olma, düzələcək. Sabah həkimə gedərik, daha yaxşısına, hətda xarici ölkələrə. Müalicə olunarsan, keçər bu xəstəlik.
Ceyhun təlaşla sözləri sıralayıb, Elnarəni sakitləşdirməyə çalışsa da, əslində onun nəyə ağladığını anlamadığı bəlli idi. 5 yaşında belə gəlinciyə ana olan bir qadına “ana ola bilməzsən” sözünün necə böyük acı olduğunu hardan bilə bilərdi...
Ceyhun səhər durduqda Elnarənin çarpayıda olmadığını görüb təəccübləndi. Gecə boyunca belə hıçqırıqları kəsilməzkən, səhər heç bir şey olmamış kimi işə getməsinə inanmaq istəmirdi. Yerindən qalxıb, hazırlaşaraq qonaq otağına keçdikdə yanıldığını anladı. Elnarə divanda əyləşib, boş nəzərlərini divara dikmişdi. Onun gəldiyini hiss edib, Ceyhuna baxaraq gülümsədi.
- İndi yaxşısan?
Elnarə “hə” mənasında başını yellədi.
- Yaxşısansa gəl həkimə gedək. əminəm Rasimin tanıdığı yaxşı həkimlər var, yəni onun tanımadığı adam yoxdu. Gecikmədən başlayaq müəlicəyə.
Elnarə yenə “hə” mənasında başını yelləyib, birdən ciddi görkəm alıb dedi:
- Mən boşanmaq istəyirəm.
Ceyhunun danışmasına fürsət verməyib, ayağa qalxaraq davam etdi:
- Bunu çoxdan düşünürdüm. O gün dediyin kimi, bizim heç xatirəmiz yoxdu. Bir-birimizi sevmirik və başa düşmürük. Bəlkə də sən- səsinin titrəməsini dayandırıb- bəlkə də sən başqasını sevirsən.
- Yox, elə bir şey...
- Sözümü kəsmə xahiş edirəm. Uzatmağın mənası yoxdu. Ikimiz də xoşbəxt deyildik, bitsin.
Ceyhun ona tərəf bir addım atıb, nə deyəcəyini bilmədən əlləri ilə boynunu tutdu. Sakitləşməyə çalışıb, Elnarənin qolundan tutaraq dedi:
- Bax, bunu xəstəliyindən qorxduğun üçün dediyini bilirəm, amma artıq yüzlərlə müalicə növü var. Sənin də sağalacağına əminəm. Belə etmə, boşanmaq nədi?
Elnarə soyuq bir şəkildə qolunu çəkib:
- Bu mənim qəti qərarımdı. Sən də razısan?- deyərək, onun gözlərinə baxdı...

Yazar: Cəmilə Məmmədli
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 997
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri