Fərəhin şansı (2-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 3 638
Səs ver:
(səs: 0)
Allahım qorumuşdu bizi. O qədər insan içində mən, yanımdaki oğlan birdə Fərəh sağ idi. Bəziləri ölmüş, bəziləri isə çox ağır yaralı idi. Düzdü bizimdə yaramız vardı. Ağrı, acı çəksəkdə amma hər şeyi ayırd edə bilirdik. Qəza yerinə polislər gəlmişdi. Fərəh isə ağlayırdı dayanmırdı. Yanına gedib qucağıma aldım. “Ağlama gözəl qız, ağlama” dedim. Amma əlimdə deyildi, mən özümdə ağlayırdım. Birdən bizi kiminsə qucaqladı. O idi.. Yanımda oturan oğlan.. “Şşş sakit...” Fərəhi öz qucağına aldı. Fərəh onu möhkəmcə qucaqladı. Bir anda ağlaması dayandı.Sonra xəstəxanaya gəldik. Yaralarımızı sardılar. Burdan çıxıb, polis idarəsinə getməliydik. Diqqətimi bir şey çəkmişdi sadəcə adınını belə bilmədiyim oğlan həm mənim həmdə Fərəhin yanında idi indi. Bizi tək qoymurdu. Demək insanlara qarşı ön yarğılı olmaq lazım deyilmiş. Polisə gəldik. Məlumat aldıqki. Fərəhin atası ölüb. Anası isə komaya düşüb. Ən pisidə hec bir qohumları yox imiş. Çünki Fərəhin anası və atası yetimlər evində, böyüyüb biri birin sevib sonra evləniblər. Gözüm dolub durmuşdu. İndi necə olacaqdı? “Qız bizdə qalsın anası sağalana qədər” dedi oğlan. Polis rəisi gözünün yumub acıb “Yaxşı Nihat bəy. Sizin ailənizi tanıyırıq sizdən ziyan gəlməz” dedi. Demək adı Nihat imiş. İdarənin həyətinə düşdük. Bayaq danışdığı Xəyyama zəng edib yerimizi dedi. Sonra mənə döndü. “Adını belə bilmədyim xanım qız bu balacada səndə bir müddətliyinə qalacaqsız məndə” Şokda idim. Şok üstünə şok yaşayırdım indi. ”Xanım qız deyiləm adım Mehridi! Mənim yerimə niyə qərarlar verməlisən sən?!” Mənə baxıb kinayəli şəkildə güldü “Hər şeyin o avtobusda qalıb, hələ üstəlik-üstəlik evdən qaçmış bir qızsan, harda qalmağı fikirləşirsən?” Dayan-dayan bu oğlan mənim qaçdığımı hardan bilirdi axı? “Şoka düşmə sport çantana paltar yığmısan, sənəd falan götürmüsən, həmdə avtobusda sanki tikan üstündə oturmuşdun, bunları biləməyəcək qədər uşaq deyiləm. Niyə qaçdığın mənə maraqlı deyil, sadecə məndə qalacaqsan artıq söz istəmirəm.” Bir az sonra Xəyyam adlı dostu gəldi. Oda şokda idi. Maşınına mindik. Təxmini 1 saatlıq yol getdikdən sonra böyük bir evin qarşında dayandıq. Fərəh qucağımda yatmışdı. Qapını açıb içəri keçdik. Çox yorulmuşdum, həmdə çox... Olanlar məni alt üst etmişdi.. Heç tanımadığım bir oğlanın evində idim indi. Birdə qucagımda bir körpə.. Baş verən qəza alt-üst olmuş həyatımı dahada darmadağın etmişdi. Bundan sonra necə olacaqdı? Bir qəpiksiz nə edəcəkdim mən? Yaşadığlarım 19 yaşlı biri üçün çox acı idi. Fərəhə baxdım. Məsumcasına bir uşaq. Qucağımdan divana qoydum. Sonra isə Nihata döndüm. Mətbəxə keçib su içirdi. Mənim ona baxdığımı görüb əli ilə işarət edib yanına çağırdı. Sanki xüsusi qulluqçusuyam!
Nihat: Nə istəsən soyducuda var bir şeylər hazırlayarsan, axşam gec gələcəm, nömrəmidə deyirəm yaz bir şey olsa zəng edərsən
Mehri: Telefonum .. qəzada yox oldu..
Nihat: mənim evdə telefonum olmalıdı onu verərəm indi.
Nihat öz otağına qalxıb işlənmiş telefonlarından və nömrələrindən birin Mehriyə uzadır. Bu an Fərəh yuxudan ayılıb olara baxır. Sonra isə ağlamağa başlayır.
Mehri: ağlama Fərəh ..(özünüdə gözü dolur, qucağına götürür) bir söz de ..
Sanki Fərəh hər şeyi anlayırdı... Filmlərdən çox görmüşdü bu səhnəni.. Dilindən “nə ata nə də ana hardadadır” kəliməsi çıxırdı. Uşağın psixologiyası alt – üst olmuşdu. Mən öz problemlərimi unudub, Fərəhlə məşğul olmalı idim. Amma uşaq saxlamaq nədir bilmirdim.. “Nihat bəlkə getməyəsən bu gün sən, mən tək başıma üstəsindən gələ bilməyəcəm deyəsən...”
Nihat: getməliyəm.. evdən qacmağı bacarmısansa bunuda bacararsan.
Mehri: necə insan sən! Ölümdən döndük biz ölümdən! Hec nə olmamış kimi necə davrana bilirsən axı! Necə!
Nihat: nə etməliyəm hə?! Qızı orda qoyardım? Bu qədər çətindi baxmaq!
Mehri: başa düşümürsən ... mən özümdə yaxşı deyiləm ... boğuluram ...
Mehri divanda əyləşdi. Fərəhi qucaqlayıb hönkür-hönkür ağlamağa başladı. Çox qorxmuşdu çünki. Nihat onun bu halına dözməyib qucaqlamışdı oları. “Yaxşı.. getmiyəcəm ..özünə gəl səndə..” Nihat atasına zəng edib gəlməyəcəyini dedi. Ailəsinin qəzadan xəbəri yox idi. Elə istəmişdi çünki. Axşam idi artıq. Mehri ilə Fərəh tv qarşısında cizgiyə baxırdılar. Hər şey Fərəh üçün idi. Nihatda onların yanına əyləşdi. İnana bilmirdiki cizgiyə baxır indi. Fərəh başın qaldırıb Nihata baxdı.Nihatda ona. Qucaqladı Nihatı. Nihata yad olan duyğular idi bunlar.Biləmədi nə etsin.. Oda sarıldı Fərəhə..
Fərəh: məəyim yuhum cəyir məyimlə yatın
İkisidə dönüb Fərəhə baxdı. Fərəhin səsin ilk dəfə idi eşidirdilər.. Amma Fərəhin dediyi? Birlikdə yatmaqda nə idi? Amma balaca qızcığazın istəyi? O bağlanmışdı bizə..
Nihat: Mehri gedin yatın siz
Fərəh: səndə gəl
Nihat: mən gələ bilmərəm balaca
Fərəh: yoyar (dodaqların büzmüş, sallamışdı.)
Nihat: Olmaz

Bölümün Sonu ...


Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 638
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri