Məni tək qoyma, ölərəm (11-ci bölüm)

Müəllif: Onun_Mələyi
Şərhlər: 12
Baxılıb: 4 578
Səs ver:
(səs: 0)
Vüqar içəri girib əlindəki dərman poşetini masanın üzərinə qoydu .
Yasəmən Sevincə göz vuraraq öpmək bəhanəsilə qulağına pıçıldadı.
"hadi göriyim seni"
Sevincin gözlərinin içi gülürdü.Həyacandan yanaqlarının qızardığını artıq hiss edirdi.
Yasəmən otaqdan çıxmaq istəyəndə Vüqar ona səsləndi.
-Dur Yasəmən.Mənidə gözlə,məndə aşağı düşürəm.
- Yox Vüqar,birimiz Sevincin yanında qalmalıyıq axı -dedi Sevinci işarət edərək.
-Hə hə.Düz deyir Vüqar.Sən mənim yanımda qal. Dedi Sevinc,Sonrada dediyi sözdən biraz utandı.
Vüqar gözləmirdi deyə sevindi.Sakit balaca uşaq kimi gəlib Sevinc'in yanındakı skamyada oturdu.
-Vüqar...əslində mən...Mən...
Başını aşağı saldı.utanıb dırnaqlarını didişdirirdi.
Sonra Vüqarın maraq doğuran gözlərinə baxdı.
O Sevincin sakitcə nə dəyəcəyini gözləyirdi.
O an Vüqarın əlini tutdu.
-Vüqar...Mən artıq sözü yubatmaq yadaki səndən nə isə gizlətmək istəmirəm.
Sən bilmirsən bəlkədə səni necə çox sevdiyimi..
Hə Vüqar mən səni çox sevirəm!.Sevmişəm və sevəcəmdə. !
Vüqar Sevincindən yerlərə göylərə sığmırdı.
Sevincin tutduğu əlini qaldırıb öpdü.Sonra isə alnına bir öpüş qondurdu.
-Məndə səni çox sevirəm dəlim !..Nə yaxşıki varımsan!
Bu arada Sevinc'im sənə bir sürprizim var.
-Aa...Demək sürprizin varmış..Nə sürprizdi o elə?
-Yum gözlərini.Ovcunu aç.Gözlərini hələ açma haa..
Sevinc Gözlərini yumub ovcunu açdı.Sonra gözlərini də açdı.Ovcunda bir cüt sırqa vardı.
-Ama...bu sırqa səndə hardandır?
-Bəs nə bilmişdin gözəlim.Bilirəm ki bu sırqanı sənə atan hədiyyə etmişdi.Səndə çətin vəziyyətə düşəndə onu satdım.Yadındadırsa bir küçədə rastlaşmışıq.Onda səni izləyib hara getdiyi bilmək istədim.Sən qızıl dükanına girəndə şübhələndim. Səndən sonra mən girib bu sırqanı aldım.
Sənin bir gülümsəmən üçün.
-Sevinc nə dəyəcəyini bilmədi.Yenə kövrəldi.
Vüqarın boynuna sarıldı.Təşəkkür elədi.
Onu necə çox sevdiyini deyib dururdu.

O gündən Vüqarla Sevinc teldə danışır,Çox zaman Uniyə belə birlikdə gedirdilər.
Rahilə xala(İlk bölümdə Sevincə elçi gələn) bir neçə dəfə Sevinclə oğlunu evləndirmək məsələsini Rasimə demişdi.
Rasim də olan bitəni qohumu Rahiləyə anlamışdı.Sevincin könlü başqasında idi.
Rahilə də kor peşman evə qayıdarkən Yasəmənı görüb bəyənmişdi.Araştırıb ,axtarıb saxlayıb Sevincin ən yaxın dostu olduğunu anlamışdı.
El adətiylə Yasəmənə elçi göndərmişdilər.Yasəmən də oğlanı görüb bəyənmişdi.Bu evliliyə heç birinin narazılığı olmamışdı.
Beləcə onlarda nişanlanıb Unini bitirdikdən sonra evlənəcəkdilər.

Bir gün Sevinc açarıla evin qapısını açıb evə keçdi.
Evə girəndə şok vəziyyətdə idi.Evin hər yeri talan talan olmuşdu.Kimsə evə oğurluq etməyə gəlmişdi.
Sevinc kirayəçi qızların otağını yoxladıqdan sonra onların oğurluq etdiyini anladı.
Yasəmən nişanlısıyla gəzməyə çıxmışdı deyə narahat etmək istəmədi.Vüqara zəng vurub olan bitəni danışdı.
Vüqar evə gələndə qapı açıq idi.Hərşey alt üst olmuşdu.Evdə dəyərli nə vardısa hamısı oğurlanmışdı.
Sevinc Vüqarı görən kimi ona sarıldı.
"Məni TƏK QOYMA,ÖLƏRƏM"
Dedi ağlayaraq.
Vüqar Sevinci sakitləşdirib Polisə apardı.Polis axtarışlara başlamışdı bilə.
Nəhayət dələduzların qrup şəklində işlədikləri məlüm oldu.Hamısı cəzasını çəkmək üçün həbsxanaya atıldılar.

Müəllif:Onun_Mələyi
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 4 578
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri