Bir gecəlik günah: Əmanət (3-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 5 429
Səs ver:
(səs: 0)

Hüzunlu idi Sənanın baxışları. Məzar kənarında əyləşib "İlk sən tərk edib, getdin bizi... O gedişin ardından illər keçir"dedi. Sənan hec yorulmadan hər həftə sonu Məryəmin məzarına baş çəkərdi. Sevdiyinə sadiq qalmaq, bu olsa gərək. Ölən öldükdən sonra daha qiymətli olur sanki. Sağ ikən niyə bu dəyəri göstərmirik? Gərək insan ölüb sonra dəyər görsün? Hec səbəb olmadan, durun indi sarılın sevdiklərinizə.. Sarılmaq üçün, ölümü gözləmək lazım deyil.. Yoxsa bir gün məzarına sarılarsız.. Sənanın içindəki məyusluq, gec qalmışlıq hissi hec vaxt bitməyəcəkdi. Vicdanı hər zaman sızlayacaqdı onun.. Tək təsəllisi Bahara layiq, bir ata olması idi.
"Bildiyin kimi Bahar tələbə olandan bir az daha böyüyüb. Böyüdükcə nağıllardan ayılmaq vaxtdıda çatır artıq. Kimindənsə xoşu gələcək və ya yaxudda sevəcək. Sonsuza qədər məni sevə bilməz. Nə də mən onun kiməsə qarşı, olan hisslərini əngəlləyə bilmərəm. Bunun üçündə çox qorxuram. Ya yanlış bir insana könül versə? Mən sənə layiq bir sevgili ola bilmədim vaxtında. Ya sənə yaşatdıqlarımı, kimsə mənim qızıma yaşatmaq istəsə? Düşüncəsi belə mehv edir məni... Sevgi insanı deyişdirib, tam başqa biri edir. Baharın dəyişməyini istəmirəm mən. Amma əlimdən hec nə gələ bilməz. Qanadı olub, ucmaq istəyən birinin qanadın qıra bilmərəm.. Hər sənin yanına gələndən, kaş sağ olaydın deyirəm. Bu deyişim hec neyi deyişdirmir bilirəm. Rahat yat məzarında..."

Sənan ayağa qalxıb məzarlığı tərk etdi. Bahar isə tanıdıq qızlar ilə univeristetin yanındaki, gənclər üçün açılan özəl kafedə idi. Bu kafe çöldən şirin bir yer kimi görsənsədə, içərisi olduqca qarışıq idi. Bahar kimi sadə insanlar bu kafenin özəlliyini bilmirdi. Bahar qızlarla maraqlı söhbət edərkən, içəri Rüzgar ilə keçən dəfə yanında gördüyü əsmər oğlanın girdiyini gördü. Rüzgar içəri girərkən ətrafa baxış atmışdı. Və gözləri Baharın gözlərini tapmışdı. Rüzgar Baharı gördükdə dodağının kənarı qıvrılıb, boş masalardan birinə keçib oturdu. Bahara baxış atıb gülürdü ancaq. Bahar isə Rüzgarın bu baxışlarından narahat olmuşdu. Rüzgarın diqqətini Baharın hec nə içməməsi çəkmişdi. Yanındaki qızlar isə ona baxıb söhbət edirdilər. Deyəsən, söhbətləri Rüzgardan gedirdi. Ayan Bahara dönüb "Bir az əvvəl kafeyə girən oğlanı tanıyırsan?"dedi. Bahar yalandan gülümsəməyə çalışıb "Yox kimdiki?"dedi. Ayan baxışların Rüzgardan çəkib "Rüzgardı adı.
Amma ona Rüzgar yox daha çox 'Qarışıq maddə'deyirlər. Çünki çox qarışıq bir insandı. Yaraşıqlıdı hə?" deyib yenidən Rüzgara baxdı. Masada Rüzgar haqqda söhbetlər gedərkən, Bahar ayaq yoluna getmək üçün masadan qalxdı. Buranın görnüşü labiriniti xatırladırdı adamı. Dolama yollar ilə irəlləyərkən, qara rəngli qapıdan səslər gəldiyini eşitdi. İlk öncə bu səsləri önəmsəməsdə, daha sonra kiminsə 'yalvarıram vurmayın' sözünü eşitdi. Qapıya yaxınlaşıb səsləri dinləməyə başladı. Səsi olduqca kobud çıxan biri "Sənə malları təhfil ver dedim. İstifadə elə deyil!"dedi. Mallar? Həmin adam hansı mallardan danışırdı? Bahar bunları fikirləşərəkən, qapı onun üzünə açıldı. Qarşında 40 yaşlarında, qara kostuyum geyinib, orta boylu olan adamı görüb donub qaldı. Adamın isə Baharı görəcək qaşları çatıldı. Əlin qaldırıb Bahara vurmaq istəyəndə Rüzgar həmin əli tutub "Qız mənlədi! İşin olmasın!"deyib Baharın əlindən tutdu. Bahar isə hec nə anlamış deyildi. Nə baş verirdi?

Bölümün Sonu...

Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 5 429
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri