Yara'na məlhəm (16-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 4 681
Səs ver:
(səs: 1)
Sofiyanın dilindən
Bu həyatda insanlar 2 yerə ayrılır. Bir dünyaya gələndən şanslı olanlar, birdə mənim kimi bextsiz onlar. Azdan çoxdan hekayemi bilirsiz. Adım Sofiyadı... Anam məni dünyaya gətirəndə, bu dünyadan köçüb... Bunun bədəlini mən hələdə tək başıma ödəyirəm. Uşaqlıqdan ata sevgisi nədir bilmədim. Ağlım kəsəndən beynimə yalnız bir söz həkk olundu "Ananı sən öldürdün! Sən qatilsən!" Mən istəməzdim anam ölsün... Balaca bir körpənin axı nə günahı ola bilərdi? Dünyaya gəlmək şansı öz əlimdə olsaydı, təbiki bu cür zalım dünyaya göz açmaq istəməzdim. Sevgisiz böyüdüm... Anasız böyüdüm... Ən pisi atam ola-ola atasız böyüdüm... Mənim hec uşaqlıq xatirəm olmadı. Yaşıdlarımın əlində oyuncaq kukla olarkən, mənim əlimdə həmişə bir ağac budağı olardı... Yaşıdılarım bir yerdə oynayarkən, mən səssizcə hər zaman onları izləyən biri olardım. Onların saçları daranmış, hamar bir veziyyetdə olarkən, məndə dağınıq olardı. Uşaq vaxtından səssiz-səssiz ağlamağın nə olduğunu öyrəndim mən. Atam olacaq insan 2 ci dəfə ailə həyatı qurduqda, 8 yaşım vardı... Atam məni belə sevməzkən, ögəy anam olacaq insan məni necə sevə bilərdi? Zaman keçdikcə atamın həmin qadından övladı oldu. O övlad çox sevildi... Mən isə hər zamanki kimi sevilməyən övlad oldum.Bir sözlə həmişə atam dediyim insana 'yad' oldum. Böyüdükcə hər şeyi daha yaxşı dərk edirdim. Mən insanlar tərəfindən sevilmirdim. Yalnız başıma öz işlərimin öhdəsindən gəlməyi öyrənməyə başladım. Həyat mənə başqa varinat buraxmamışdı. Böyüdükcə, keçer sandım... Amma keçmədi... Dəyişən tək şey, yaşımın artması oldu. Böyüdükcə, dərdlərim dahada artmağa başladı. Ağlamadığım bir gün olmurdu.
Bu yaşıl gözlər hər zaman ağlamağa məhkumdu. Həyata küsgünəm... İnsanlara incikəm mən... Məni anlamayan hər kəsə nifrət edirəm... Məktəbdə belə bir dostum, tanışım yoxdu.

Mənə hətda 'Kölgə' deyirlər... Çünki, hec kimə qaynayıb qarışmıram. Həyatdan bir gözləntim belə yoxdu. Özüm üçün yaşayıram... Özümə hər dəfə çoxlu sözlər verirəm. Amma hec bir zaman tuta bilmirəm. Sadecə virtualdaa dostlarım var. Onlar məni saf adlandırır. Dedikləri kimiyəm... Safam... Həyatım belə sıradan gedərkən, həyatıma Kamranın daxil olması ilə dəyişməyə başladı. Kamran məktəbdə tanınmış biri idi. Hec vaxt ağlımın ucundan Kamran ilə bu qədər yaxın olacağımız keçməzdi. Daha doğrusu hec kim ilə yaxın bir münasibətdə olacağımı sanmazdım. Kamranın mənə qarşı davranışları fərqli idi. Mənə kömək edirdi. Düzün desem bu hərəkətini sevmeyə başlamışdım. Çünki, hər zaman mənimlə idi. Atamdan görmədiyim qayığını ondan görürdüm. Amma ağlımda daima bir sual yaranırdı 'Niyə...?' Həqiqətən niyə mən? Mən yaralı biri idim...Yaralarım qabıq tutub, yenidən qanayırdı.Bir gün bu yaralar tamimi ilə qapanacaqdı? Ya yaramın üstünə daha bir yara acılacaqdı? Onunla hər sey gözəl gedərkən bu gün dostları ilə etdiyi hərəkətə əsəbləşmişdim. Onlar əylənsədə mən əylənə bilmirdim...
Mən bir insanın acısına gülə bilməzdim. Onlar məni ələ salsalarda, mən onlar kimi deyildim. Onlarla aramda bir fərq olmalı idi.
Amma ya Kamran və dostlarının etdiyi? O dostlarla məndə əlaqə qurmağa başlamışdım. Artıq insanlara qaynayıb qarışmağı öyrənmişdim. Hər sey Kamranın sayəsində olmuşkən, niyə belə bir şey etmişdi. Məni düşünürdü, məni qoruyurdu. Amma səbəb nəydi. Son dəfə maşında ona demek istediyim sualı verib "Niyə?" dedim. Maraqlı idi... Bilmək istəyirdim... Ondan nə cavab alacağımı belə bilmirdim. "Sofiya..." dedi mənə baxaraq. Daha sonra əlini yumruq edib, açaraq saclarını qarışdırmağa başladı. Onu əsəbləşdirdiyimin fərqində idim. Sözünün ardın gətirməsini gözləyərək, gözlərimi ona dikdim. "Niyəsi çox sadədi. İnsanların səni incitməsini istəmirəm. İS-TƏ-Mİ-RƏM"deyə son sözlərini hecaya bölərək yüksək səslə söylədi. Mən bu cavabı gözləmirdim... Hansı cavabı gözlədiyimidə bilmirdim... "İstəməməyinin səbəbi nədir axı?"dedim. Bu söhbətin axrı hara gedib çıxacaqdı? "Sofiya, niyə sənə qarşı edilən hər seyə göz yumursan? Niyə özünü zəif göstərirsən?"dedi. Maraqlı suallar idi... Hər kəsin cavabını bilmək istədiyi bir suallar idi. Niyə belə idim? Niyə onlara cavabın vermirdim...
Səsimi temizləyib içimdəkilərin ona demeye başladım. "Mənim kim iləsə mübarizə aparacaq halım yox idi... Mənim içim yara içində idi... Ağlayanda sığınacağım bir atam yox idi... Günlərin bir günü idi. Təxmini 12 ya 13 yaşım olardı. Bu məktəbdən əvvəl oxuduğum məktəbdə eyni ilə belə bir vəziyyətlər ilə qarşılaşırdım. Bir gün qızın və oğlanın biri bütün rəngli karandaşlarımı alıb sındırdılar. O gün sinifdə hamı mənə güldü. Dayana bilməyib onların üstünə gedib onlarla dava etdim. Sonda günahkar mən çıxdım... Məktəbə atamı çağırdılar. Atamla evə gəldik. Divarın bir küncünə qısılıb qaldım. Yolda mağazaya girib çoxlu karandaşlar almışdıq. Bunlarla nə edəcəyi haqqında təbiki bir fikrim yox idi. Aldığı qələmləri çıxardıb bir bir gözümün önündə sındırmağa başlayıb yerə tökdü. Mənim isə gözümdən yaşlar sel kimi axırdı. O gün ilk dəfə anadan yetim qalmağın nə demek olduğunu anladım. "Bunlara görə mən o məktəbə getdim hə?! Mənim başımı yerə əyirsən ancaq?! Kaş doğulmasaydın! Rədd ol indi gözümün önündən!"demesi ilə qacaraq otağıma girmişdim. Nəydi axı günahım? Mən öz haqqımı tələb edib onlarla dava etmişdim. Amma haqqlıya bu dünyada yer yox imiş... Mən uşaq yaşdan bu dünyanı görə-görə gəlmişəm. 18 yaşım olsada 50 yaşlı bir insandan bir fərqim yoxdu.. Mən ad günümü belə bilmirdim Hec vaxt bir tortum olmadı... Arzu tutub bir şam üfləmədim... Palçıqdan tort düzəltdim mən... Bütün arzularım, istəklərim bir palcıqdan ibarət oldu.." dedim göz yaşlarımı silərək.Ona baxdıqda onunda gözündən bir damla yaşın axdığını gördüm. "Daha tək deyilsən Sofiya... Səni qoruyan mən varam... Mən səni tək qoymaram... Mən sənə atanın etdiklərini etmərəm"deyib məni özünə tərəf çəkərək, mənə sarıldı. Kamran güvən qoxurdu... Onu möhkəmcə qucaqlamağa başladım. Ondan başqa kimsəm yox idi. Ona qarşı sehv etmişdim. Onu günahlandırmalı deyildim."Bağışla məni.."dedim. Dodaqlarını saclarımda hiss etdikdə, nəmli gözlərimi yumdum. "Sən məni bağışla... Necə dərin yaralara sahib olduğunu bilmədən, gözünün qarşısında O insanlara işgəncə verdim. İndi səni daha çox anlayıram.. Birlikdə hər seyin öhdəsindən gələcəyik"dedi. 'Birlikdə' sözü ondan, məndən bəhs edirdi... Mən Kamranın əlin tutmuşdum və tutduğum əli məndə buraxmaycaqdım..Tək deyildim daha... Dünyaya meydan oxumaq sırası, bu dəfə məndə idi.

Bölüm Sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 681
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri