Yara'na məlhəm (20-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 4 591
Səs ver:
(səs: 1)
Saat 10 yarısıdı... Həzin may küləyi əsir... Dəniz kənarında oturub, son zamanlarda yaşadığım həyatı gözümün önündən keçirərəm. Harda səhv etmişəm? Oxuduğum bir kitabda belə bir cümlə vardı "Yara ile alay eder, yaralanmamış olan..." Mənki, yaralanmamış biri olsamda, onun yaralarına gülməmişdim. Əksinə onun yaralarını sağaltmağa çalışmışdım. Amma görmədiyim bir sey vardı... Mən onun yaralarını sardıqca, özümdə yaralanırdım. Başlarda niyyətim ona kömək etmək olsada, sonradan işin içinə sevginin girə biləcəyini təxmin etməmişdim... Peşmanmıyam? Yox əsla... Amma içimdə bir yerlərdə bu gün həqiqətən qəlbimin qırıldığını anladım... Onun bir günahı yoxdu... Günah məndədi... Bu gün Salehi onun yanında görüb, ora getdikdə ondan üzr istədiyini dedi. O an yaxasından yapışdığım əlimi çəkib onu divara itələmişdim. Bir üzrlə keçərmiş yəni? Daha ona bir şey demədən məktəbdən çıxmışdım. Bütün gün boyu boş-boş şəhəri dolaşıb durdum. Bu arada bir işdə tapdım. Yaxın dostumun kafesində axşamlar canlı çıxış edəcəkdim. Bunu sizə bildirməmişdim bu vaxta qədər. Amma mənim çox gözəl səsim var. Mən ona görə həyatımı dəyişdirmişdim. Məndə öz zəhmətim ilə pulumu qazanacaqdım. İndi isə bu dəniz kənarında oturub, dənizin dalğasına baxıram. Dalğalar necədə bir irəli, iki geri gedir... Eyni insan kimi... Bu gün Sofiyadan hec xəbərim olmadı... Nə yazdım, nə zəng etdim... İşin qəribə tərəfi oda nə yazdı, nə də zəng etdi... Əslinə qalsa ürəyim dəli kimi indi onu görmək istəyir. Ona belə davranmağa haqqım yoxdu. Mən ona bir yük olmaq istəmirəm. Bilmirəm, özümü qəribə hiss edirəm. Nəfəsim, çatmır sanki... Ya da mənə elə gəlir... Bilmirəm... Mən bunları düşünərkən, telefonumun mesaj səsi məni düşüncələrimdən ayıltdı. Ekranda "Cəsarət" yazısını görəndə gözlərimə inana bilmədim. Hələdə, adı Cəsarət qalmışdı... O mənim cəsarətimin əsəri idi... Gecikdirmədən mesaja daxil oldum. "Kamran... Bu gün elə çıxıb getdin.Və bir daha hec nə yazmadın... Sona qədər dinləsəydin məni? Çox sıxıram səni? Sənə ehtiyyacım var..." Mesajı oxuyub dodaqlarımı bir birinə basdırıb ilk 1 dəqiqə dərin bir nəfəs aldım.Həqiqətən, boğulurdum daha.. Onun mənə ehtiyyacı vardı! Mənsə burda oturub beynimdə qurduğum senariyə əsasən həyatımı müzakirə edirdim! Ondan sıxıldığımı sanıb... Ahh yaşıl gözlüm elə olmadığını bir bilsən... "Mənimdə sənə ehtiyyacım var... Yaşıl gözlərinə doya-doya baxmaq istəyirəm... Sənə sarılmaq istəyirəm ... Sənin saçlarına toxunmaq istəyirəm...Nə çox sey istəyirəm elə deyilmi?"yazıb göndərdim. Daha nə olursa olsun. Ondan hisslərimi gizlətmək istəmirdim. Mənim olsun istəyirdim... Mənə aid olsun istəyirdim. İmtahanlara son 10 gün qalmışdı... Məktəbdə bitirdi artıq. Yeni bir həyata atılacaqdıq. Bu yeni həyatda onun yanımda olmasını istəyirdim. Ətrafında yeni insanların olmasını və daima gülməsini istəyirdim. Telefonumun mesaj səsini eşitdikdə ürəyim daha sürətli döyünməyə başladı. "Bizim evin yaxınlığında boş bir park var. Ora gələ bilərsən? Sənə danışacaqlarım var..." Mesajı oxuyar oxumaz "Yaxşı" yazdım. Nə danışmaq istəyirdi görəsən? Vaxt itirmədən ayağa qalxdım. Ən yaxşısı bir taksiyə minib getmək idi. Yoxsa bu ayaqla saat 12 yə ancaq orda olardım. Dediyi parka giriş etdikdə ətraf işıqlı idi. Amma hec kim yox idi. Sanki, tərk edilmiş bir park idi. Skamekaların birində oturan Sofiyanı gördükdə ona tərəf addımlamağa başladım. Məni görəcək əlini boş olan yanına vuraraq "Otur səndə"dedi. Bir şey demədən yanına oturdum. Səsszlik idi... Yaşıl gözlərini mənə dikdi.. Nə deyəcəkdi axı? "Kamran... Sözümü kəsmədən məni dinlə... Bu gün çox düşündüm... Saleh məndən üzr istədi. Daha bir, iki cümlə dedi... Yəni peşamdandı falan.. Bir çox nağıl danışdı mənə. Ona deyiləcək bir cavabım olmadı. Amma mən hec kimin düşmanı deyiləm. Nə də kiminsə mənim düşmanım olmağını istəmirəm. Onsuzda məktəbin bitməyinə son 2 həftə qalıb... Birdə onlarla yollarım hec kəsişməz. Amma sən həmişə mənim yanımda olacaqsan... Bilmirəm, bu il uniyə qəbul ola biləcək ya yox... Çünki, işdən çox vaxt tapıb məndə oxuya bilməmişəm dərsləri... Amma oxumaq istəyirəm.. Yeni bir həyat istəyirəm.Yeni həyatımda sənində olmağını istəyirəm... Səni yaxımda saxlamaqla sənə zərər vermiş olmuramki? Mənim ehtiyyacım olan tək şey sənsən... Buna egoistlik deyek.. Çünki səni paylaşmaq istəmirəm... Varsan mənimlə yeni bir həyat qurmağa?" dedi və əlin mənə uzatdı. Mən az öncə dəniz kənarında boş-boş düşüncələr fikirləşərkən, qarşımda durmuş bu qız mənə əlini uzatmışdı. Mən ona uzatmışdım... O tutmuşdu... Bu dəfə rollar dəyişmişdi. Mən o əlləri tutmuşdum onsuzda... Əlindən tutub onu özümə tərəf çəkərək möhkəmcə qucaqladım. "Sofiya... Səninlə nəyinki bir həyat qurmaq, sənə ömrümü vərərəm mən..."deyib alından öpdüm. Könül ona sevdiyimi acıqlamağımı istəyirdi. Amma edə bilməzdim... Səni sevirəm sözü, ona hiss etdiklərimin qarşısında aciz qalardı. Bəzən, bir 'ad' qoymadan sevmək ən gözəldir. Ona baxdıqda gözün yumlu idi. Amma gözündən bir damla yaş yanağına düşdü. Əlim ilə göz yaşını sildikdə. İç çəkib "Mən hazıram... saclarımı aça bilərsən"dedi ağlayaraq. Mən ona qıya bilmirdim... Necədə məsum idi. Gözlərin yummuş, saclarını açmağımı gözləyirdi. Əllərimi yavaşca hörüklərinə gətirdim. Cəsarət edə bilmirdim... Bu hörüklərin mənasın bildikdə, onun üçün necə əhəmiyyətli olduğunu anladıqda içimdən bir seylər qopmuşdu. Məndə göz yaşlarıma hakim ola bilməmişdim... Onun acı çəkməyinə daya bilmirdim. Saçlarının hörüklərini yavaşca acdıqda, Sofiyanın ağlayış səsləri dahada şiddətlənmişdi... Saclarını tam açdıqda əlimi daraq kimi edib darmağa başladım. Saclarının qoxusu burunuma dolduqda dayana bilməyib ona tərəf daha çox yaxınlaşıb saclarını qoxulamağa başladım. "Ağlama daha... Gözlərini aç.." dedim. Qollarını boynuma dolayıb mənə möhkəmcə sarıldı. "Sənin sayəndə..."dedi. Saclarından bəhs etdiyini anladım... Onun üçün nə qədər çətin olsada, bu gün ilk addımını atmışdı. Bu gün məndə ilk addımı atmışdım. Yeni həyata ilk addımlarımızı atmışdıq bu gün. Bu gün bizim tariximiz idi...

Bölüm Sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 591
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri