Bir cüt qanad (20-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 274
Səs ver:
(səs: 0)
Lucifer digərlərinin yanında öz yerini hazırlayan iblisi geri çəkərək “ gözünü qızdan ayırma,” – deyib yerdəki Cənnət bıçaqlarından birini götürdü.
İblis əlindəki bıçaqla mənə yaxınlaşıb arxadan qollarımı tutdu. “ Sadəcə gözünü məndən ayırmamağını dedilər, səfeh.”
“ Səsini kəs.” – deməklə kifayətlənən iblis qolunu avtomobil kəməri kimi belimə elə doladı ki, bir saniyəlik nəfəsimin kəsiləcəyini düşündüm.
Xanımlara qarşı nəzakətli davranmaq lazım olduğunu iblisə
deməyə hazırlaşmışdım ki, qapı bir zərbə ilə sona qədər açıldı. Qaranlıqda yanan məşəllərin kölgəsi üzərinə düşən
Emmanueli duruşundan tanımışdım. Özündən əmin bir şəkildə sinəsini önə doğru qabardıb qollarını yumruq şəklində hər iki yanında sıxmışdı. Boynunda və qarnındakı kəsikdən axan qan izləri bura qədər gəlməyin asan baş vermədiyini göstərirdi. Amma buradakılarla mübarizə daha çətin olacağa bənzəyirdi, nə də olmasa, çöldəki iblislərin Cənnət bıçağı yox idi. Bir mələyi – Emmanueli öldürmə gücünə malik olan Cənnət bıçağı...

Emmanuel Lucası qarşısında görən kimi “ sən?” – deyə soruşdu.
“ Bəli, mən.” Lucifer əlindəki bıçağı irəli uzatdı.
Öndəki iblis ilk hücuma keçən oldu. Cənnət bıçağından bərk yapışıb Emmanuelin üstünə atıldı. Bu onun üçün bir uşaq oyuncağıymış kimi sadə əl hərəkəti ilə iblisdən xilas olub kürəyindən bir zərbə endirdi. İblis önə doğru əyilib bir neçə addım getdikdən sonra özünü güclə saxladı və geri döndüyü zaman Baliel də ona qoşuldu.
Amma Balielə qarşı Emmanuelin şansı, görünür, çox da yüksək deyildi. Baliel bir yumruq ilə Emmin qarın boşluğundan vurdu. Mələk ikiqat olub dərhal özünü ələ aldı. Boynunu kəsmək üçün bir neçə millimetr məsafədə olan bıçağı havada tutaraq Balielin qolunu itələdi. Yerində fırlanaraq iblisin yaxasından tutub yerə çırpdı.
“ Emmanuel...” – deyə qışqırdım arxadan gələn iki iblisə qarşı onu xəbərdar etmək üçün. Ancaq bu istədiyim nəticəni vermədi. Emmanuel bir anda gözünü rəqibindən ayırıb mənə zillədi və bu ani diqqətsizlik içəri girən iki iblis üçün çətinliklə ələ düşən böyük bir şans oldu.
Üzü qanlar içərisində olan iblis Emmanuelin boynundan dirsəyi ilə vurub yerə yıxdı və digərinin köməyi ilə hərəsi bir tərəfindən bütün gücləri ilə bərk tutaraq saxlamağa nail oldular. “ Bağışla, Emmanuel.” – dedim. İblis əlindəki bıçağı
boğazıma dayadı.
“ Sənin günahın deyildi.”
Lucifer “ gözlərim yaşardı.” – deyərək axmayan yaşları silirmiş kimi əlini gözlərinə yaxınlaşdırdı.

“ Emm, o...” – dedim hələ də qarşısındakı Lucasa qəribə baxışlar ilə süzməyə davam edərkən. “ ... əslində Lucas deyil.” İnanılmaz bir izah!
“ Nə? Necə?”
“ O, Luciferdir.” – dedim.
“ Lucifer?”
Bu dəfə araya girən Baliel oldu. “ Nə oldu? Yoxsa bura gəldiyin o əvəzolunmaz Cənnətində adı dillər əzbəri olan birini tanımırsan?” Balielin səs tonunda bir sualdan əlavə, ittiham və kinayə də mövcud idi.
Emmanuel bir anda səssiz qalaraq mənə baxdı.
“ Sənə işarə etdiyim anda başınla geriyə zərbə vurub iblisdən xilas ol və əlindəki bıçağı götür.”
“ Yoxsa sən əslində heç bir mələk belə...”
Emm Luciferin sözünü sona qədər dinləyib göz qapaqlarını
yumdu və bunu bir işarə olaraq qəbul etdim.
Başımın düşündüyümdən daha bərk olmasını dilədim. ( Başı bərkitmək üçün hansısa bir üsul var idimi?) Və halsız bədənimdə geriyə qalan gücümü toplayıb iblisin üzünə zərbə vurdum. Qolları az da olsa, boşalaraq geriyə bir addım atan iblisdən qurtuldum. Buna hazır olmayan iblisin əlindəki bıçağı almaq üçün hərəkətə keçərkən Emmanuelin də çoxdan işə başladığının fərqinə vardım.
Emmanuel iblisin əlindəki Cənnət bıçağını alıb arxadan gələn digərinin ürəyinə sapladığı zaman bədəni alov alaraq geriyə qara küllər qalana qədər yanmağa başladı.
BİR DƏQİQƏ !!!
Bıçaq qırmızı rəngdə idi? Emmanuelin – bir mələyin əlindəki Cənnət bıçağı parlaq mavi olmalıykən onda qırmızı idi. Bu axı necə ola bilərdi? Yoxsa bu qədər müddətdə o...

TANRIM !!!
Bütün bu düşüncələr məni əsas işimdən bir qədər uzaqlaşdırıb iblis hücumlarından əlindəki alov saçan bıçağı ilə mübarizə aparan Emmanuelə baxmağıma səbəb olmuşdu ki, öz döyüşümə qayıtdığım zaman iblisin bir yumruğu ilə qarşılaşdım. Üzü üstə yerə dəydim və gözümün önünə tökülən saçlarımı geriyə atıb ayağa qalxdım. İblis əlindən saldığı bıçağı götürərkən Lucifer məni arxadan tutdu. Onun bir insandan fərqsiz olduğunu xatırladığım zaman ayağını tapdaladım və bir kişinin ən həssas yerindən dizimlə vurduğum zərbə nəticəsində Luciferi özümdən uzaqlaşdıra bildim. “ Burada bir insandan fərqsiz olduğunu özün demişdin.” – deyib Cənnət bıçağı ilə üzərimə gələn iblisə tərəf döndüm.
Arxadan gələn işartı və hədsiz istilik nəticəsində bir iblisin
daha yoxa çıxdığını anladım.
İblislər ölərkən hara düşürdülər?
Boş bir vaxtda bu sual ətrafında da fikirləşməyə dəyərdi.
Başımı aşağı əyib yumruqdan qaçdım və mələk güclərimlə iblisin topuğundan vuraraq yerə yıxdım. Bir qədər uzağa düşən bıçağa dərhal sahibləndim. Əlimdəki gözəlliyə təslim olaraq iblisin həyatına son verdim. Onu alovlar içərisində yanmağını izləyərkən içimdə qəribə bir hiss baş qaldırdı. Bundan xoşum gəlmişdi.
“ Lənət olsun.” Emmanuelin səsinə geri döndüm. İki iblis və Balielin əhatəsində sağ qalmaq üçün çalışırdı və yaralı idi. Ayağındakı və kürəyindəki bir neçə kəsikdən qan əvəzinə qırmızı alova bənzər işıq çıxırdı. Bu Cənnət bıçağının açdığı yaralar olmalı idi və onu həddindən çox gücsüz etmişdilər.
Ona necə kömək etməli idim?
Tanrım, mənə yardım et.

Saçımdan yapışan bir cüt əl ilə qışqıraraq geriyə döndüm. Qarşımdakı Luciferə qarşı bir həmlə etməyə vaxt tapmadan burnumdan dəyən yumruq ilə səndələdim. Lucifer əlimdə bıçaq olan biləyimi geriyə bükərək barmaqlarımı açmağı bacardı. Qolumu buraxmayaraq bıçağı götürdü. İti ucunu boynuma dirəyib qulağıma pıçıldadı. “ Onun nə olduğunu bilirsən?” Emmanuelə baxdım. Əgər az əvvəl əlindəki bıçağı görməsəydim, bu suala düşünmədən cavab verə bilərdim. Amma indi...“ Mələk deyil.” – dedi. “ Buna əmin ola bilərsən. İblis də deyil.” Nə? “ O, bir Günahkardır.”
“ Günahkar?”
Əlini gözlərimə yaxınlaşdırdı. “ Onun əslində necə göründüyünü bilmək istəyirsən?” Bunu istəyirdimmi? Əlini açıb ovcunu gözlərimin üzərinə qoydu. “ İndi gözlərini aç və onun əsl üzünü gör.”
Qorxurdum. Günahkarın nə olduğunu və onun necə göründüyü bilmirdim. Amma əlimdə bu şans var idi. Bunu dəyərləndirməli idim? Yoxsa bunun mənim üçün heç bir mənası olmamalı idi? Bəlkə də ən yaxşısı bütün bunları məhz Emmanuel ilə aydınlaşdırmalıydım.
“ Gözlərini aç və bax, Clara.”
Lakin digər tərəfdən də onun əsl kimliyini öyrənmək istəyirdim.
Və bu hər nə qədər çətin olsa da, gözlərimi açdım.
Bütün bədəni kömür rənginə bürünmüş, qapqara nəhəng qanadları olan iblislərə qarşı döyüşən birini gördüm. Bu, Emmanuel olmalı idi, amma onun görünüşü...
“ Aman Tanrım.”
Bütün bədəni bir yanğından çıxardılmış cəsəd kimi idi. Dərisi tanınmaz hala düşmüşdü. Nə üzü, nə gözü, nə ağzı...

İnsan olduğunu bildirən heç nəyə sahib deyildi. Bir də bütün
bədəninə iri tikanları olan dəmir zəncirlər bağlanmışdı.
Gözlərimdən axan bir damla yaşla nə edəcəyimi bilmədim. İblislərmi, yoxsa az öncə gördüyüm insana zərrə qədər belə bənzəməyən Emmanuelmi? Bu ikisi arasında seçim edəcək dərəcədə çətin vəziyyətdə qalmışdım.
“ O, cəhənnəmdən çıxardılmış Günahkardır.” – dedi Lucifer və yenidən əllərini gözümə sürtdü. Bununla da həqiqətlər arasındakı pərdə yenidən yarandı və Emmanuel o mifoloji Tanrılara bənzətdiyim füsunkar görünüşünə geri döndü. “ Və nə üçün bura göndərildiyini bilirsən?”
“ Onu Uriel göndərib.”- dedim. Ən azından onun haqqında bildiklərimin və mənə danışdıqlarının bir qismi doğru olmalı deyildimi? “ Məni qorumaq və Cənnət bıçağı ilə içimdəki ruhu azad etmək üçün.”
“ Və səni öldürmək.” Luciferin qulaqlarımdan daxil olan səsi beynimdə əks-səda verərək bütün hüceyrələrimin sızlamasına səbəb oldu. Məni öldürmək. “ İçindəki ruhdan azad olmağın yeganə yolu Cənnət bıçağını ürəyinə saplamaqdır.” – dedi.
“ Nə fərqi?” Olmayan cəsarətimi topladım. “ Siz də məni
öldürməyə çalışmırsız ki?” “ Orası elədir.”
“ Ən azından Emmanuel tərəfindən öldürülsəm, sizin Cənnətlə bağlı gözəl ideyalarınız da suya düşmüş olar.” – deyərək Luciferin boğazıma dolanmış qolunu dişlədim. Qışqıraraq qolunu çəkdi və bundan istifadə edib onu yerə yıxdım.
Dərhal sıçrayaraq yerindən qalxdı. Bıçağın dəstəyi ilə gicgahımdan bir zərbə ilişdirdi. Bir insandan fərqsiz olsa da,

daha güclü olduğu aydın idi. Amma mənim bədənimdə mələk ruhu vardı ki, bu da münaqişəsiz mənim daha üstün olduğumu göstərirdi.
Buna inanaraq sinəsindən yapışdım. Böyrümə vurmaq üçün hazırlaşdığı bıçaq olan əlini eyni mənə etdiyi kimi geriyə bükərək barmaqlarının bıçağın dəstəyini buraxmasına çalışdım və buna da nail oldum. Bıçağı onun ürəyinə saplayıb xilas olmaq istəsəm də, həyəcan və qorxudan titrəyən əllərim ürəyi ilə qarnının yerini səhv salmağı bacardılar.
Yerə yıxılan Luciferi buraxıb Emmanuelə tərəf dönərkən Balielin onu tutduğunu, iblisin isə bıçaqla boğazını kəsməyə hazır olduğunu gördüm. Hər nə qədər mənə dediyi yalanlar üzündən ondan nifrət etməyə başlasam da, iblislərlə müqayisədə doğru tərəfi seçdiyimə inanırdım.
Cənnət bıçağını iblisə nişan alaraq kürəyindən vurdum və Emmanuel qışqıran iblisin sədaları altında Baleilin əlindən xilas olub mənə tərəf qaçdı.
“ Clara, yaxşısan?” – soruşdu. Mənə baxan yaraşıqlı üzü, bir anda gördüyüm qapqara sima ilə əvəz olundu. Ondan qaçmaq istəsəm də, bunu etmədim.
“ Dərhal buradan çıxmalıyıq.”
Emmanuel əlimdən tutaraq qapıya tərəf qaçmağa başladı. Nəhayət, xilas olduğuma sevinmişdim ki, ürəyimdəki bir sancı ilə yerə yıxıldım. Son anda birisi bıçağı mənə tuşlamağı bacarmışdı.
“ Lənət olsun, yox...”
“ O, bizə lazımdır.” – Balielin səsini eşitdim uzaqlardan.
Gözlərim yumulmağa can atardı. “ Bunu ağlınızdan çıxarın.”

Emmanuelin aşağı əyilən gölgəsini və halsız bədənimin yerdən yavaşca qalxdığını hiss etdim.
Sonra isə hər şey qaralmağa və görüntü ilə birlikdə səs də yox olmağa başladı.

Yazar: Murad Cəfərov
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 274
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri