Zümrüdü İşıq (13-cü bölüm FİNAL)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 4 505
Səs ver:
(səs: 1)
"Yarım qalmış Sonlar olmur... Yarım qalmış, insanlar olur..."

Son aylarda yaşadığım hadisələr, məni yerdən yerə vurub, bir küncə atmışdı. O küncdə tək olduğumu düşünərkən, digər küncdə mənimlə eyni acıları, məndən daha əvvəl çəkən bir insanla qarşılaşmışdım. Qorxu hissi mənim içimə işləmiş bir vəziyyətdə idi. Ayaqda durmağa gücüm olmasa belə, məcburən hər seyi silib ayağa qalxıb, həyata qarşı dik dayanmalı idim. Bunu necə bacaracağım haqqında hec bir fikirə sahib deyildim. İndi ağılımdan nə keçirdi, onu belə bilmirdim. Bildiyim tək sey özümə bu həyatı daha çox zindan etməməyim idi. Mən bir küncdə oturub, ağlamaqla mənim hec bir işim düzəlmirdi. Bunun mənə faydası yox idi. Onun üçün Arasın əlindən şokaladı alıb yeyərək, evə daxil olduq. Onunla aramda olan sərhədi yıxmaq vaxtı idi bəlkədə...
Səhər yeməyimizi yedikdən sonra bərabər evi təmizləməyə başladıq. Evi təmizləyərək həm əylənmiş, həm gülmüş, həmdə gözlərimi ondan hec çəkmədən gördüyü işlərə diqqətlə baxımışdım. Bu mənə olduqca, yaxşı gəlmişdi. Günortaya 3 cür yemək bişirmişdik. Bu qədər yeməyi niyə bişirdiyimizi bilmirdim. Çox yorulduğumdan özümü qonaq otağındaki, divana atıb uzanaraq "Aras, o qədər yeməkləri kim yeyəcək?"dedim. Yanıma gəlib yerə çökərək "Birazdan arkadaşlarım gelicek. Onlarla birlikde süpriz birisi daha gelicek" dedi. Dostlarının olduğunu unudurdum, arada. Onsuzda bu evdə varla yox arasında bir sey olduğumdan, onları çox görmürdüm. Dostlarını pas keçib, süpriz dediyi insana taxıldım. Kim gələcəkdi?

"Süprüz insan kimdi? Adını de görüm"deyib uzandığım yerdən qalxaraq, oturuş vəziyyətinə keçdim.

"Süprizler diyilmez, kücük" deyib gülərək ayağa qalxdı.

Süprüzlər deyilməyəcəksə, niyə daha əvvəldən bu haqqda insana xəbər verirlirdi?
Ağzımı açıb ona cavab vermək istədikdə, qapı zənginin səsini eşitdim. Dostları idi ya süprüz dediyi biri?

Aras bir kənara çəkilib "Kalk kapını kendin aç" dedi.

Yerimdən işıq sürəti ilə ayağa qalxıb, qapıya yaxınlaşdım. Qapını açıb, qarşımda onu gördükdə, qəhər hissi boğub bir - birimizə möhkəmcə sarıldıq.Şahnaz "Dəli qız mənsiz həyatına davam etmək, istəyirdin sən"deyib məndən ayrıldı.
Onu 3 aydan sonra qarşımda görmək, məni təxmin edə bilməyəcəyiniz qədər xoşbəxt etmişdi. Çünki, 3 ay idi insan üzü görmürdüm mən. Telefon işlətmədiyimdən, hər kəs ilə əlaqəmi qırıb atmışdım. Necədə, kicik amma bir o qədərdə məndə böyük yaralar açacaq səhvlər yol veribmişəm. Amma hər dəfəsində olduğu kimi, bu səhvimdə Aras düzəltmişdi.
"Şahnaz, bağışla məni..." deyib təkrar onu qucaqladım. Əvvəlki həyatımda olan, günlərim kimi...

"Sən Arasa dua elə. O, olmasaydı sənin harda olduğunu bilməyəcəkdim" dedi.

İçim rahat bir şəkildə, səssizcə bizi izləyən Arasa tərəf dönüb "Çox sağ ol... Həyatımı mənə geri qaytaran adam"dedim.
Sadecə, kicik bir təbəssüm edib "Hayatının geri kalanıda, zamanla sana geri dönecek. Her sey olmasada, bir çok sey eskisi gibi olucak" dedi.
Buna hec bir şühbəm, yox idi daha...
Şahnazı daha çox qapı arxasında saxlamayıb içəri keçdik. Ev əhlinin geri qalanı bir azdan gələcəyi üçün, hər üçümüzdə işə qoyulub süfrəni hazırlamağa başladıq. Dünənin gecəsindən, bu günün səhərindən sonra özümü yenidən doğulmuş kimi hiss edirdim. Üzümdə yavaş - yavaş açan təbəssümlər ilə yenidən həyatın nəbzini tutmağa bacarmışdım. Mən tək deyildim... Mənim arxamda, böyük bir ailə vardı...
Arasında dostları gəldikdən sonra, hər birimiz geniş masa arxasına keçib yemək yeməyə başladıq. Furkan ilə Şahnazın söhbətləri ilk tanışlıqdan düz gəlməyə başlamışdı. Arya hər an mənə sarılıb, üzümü öpücüklərə boğurdu. Onunla eyni acını, paylaşdığımıza ara - sıra inana bilmirdim. Necə ruhu bu cür gözəl qalmışdı? Süfrədə bitən çörəyi görüb, ayağa qalxaraq mətbəxə keçdim. Bu sırada yanıma Mervenin gəldiyini gördüm. Mənə hələdə məsafəli, amma bir o qədərdə cana yaxın davranırdı. Bunların ikisinin bir arada olmasına özüm belə inanmırdım. Bəlkədə, yazığı gəlirdi?
Çörəyi doğradıqca "Sana yardım edeyimmi?" dedi. Gülümsəyərək "Çox sağ ol, amma onsuzda doğrayıb bitirdim" dedim. Bunu deyərkəndə bir gözüm Arasda idi. Onunda gözləri bizim üstümüzdə idi.

"Aysu, ben böyle seyleri pek beceremem ama inan hepsi geçicek... İyi olucaksın... Aras var, biz varız... Biz bir aileyiz" deyib qoluma yumşaqca toxunaraq yanımdan getdi.
Bəlkədə, indi ürəyindən keçmişdi belə bir sey etmək... Yeməkləri yedikdən sonra, hər kəs tək nəfər kimi süfrəni yığışdırmışdı. Çay qonaqlığı isə oğlanlardan olacaqdı. Çay süfrəsində də gülərək hamı bir - biri ilə söhbət etdi. Həyat, öz axışı ilə davammı edirdi?
Bu günün sonunda otağıma gəlib, tək qala bilmişdim. İçimdə yaranmış olan kicik sevinc hissi üzümü güldürürdü. Və mən buna qarşı gələ bilmirdim. Bu gün bu otağa, ikinci gəlişim idi. Oda gecə düşdüyündən gəlmişdim. İçimdə olan rahatlıq ilə tavanımda yanıb sönən ulduzlarıma baxdım. Onlar mənim hər anıma şahid olmuşdular. İlk dəfə bunları aldıqda, Arasın dediyi kimi ulduzlar yanıb, sönürdü. Amma yenə təkrardan yanmağa başlayırdılar. Məndə bir ulduz idim. Məndə yanıb, sönürdüm. Amma məni təkrar ayağa qaldıran Aras idi. Arasa qarşı daim atmaqda olan heyranlığım idi... Ona heyran olmağım, bir məcburiyyət deyildi. Mən bunu məcburiyyətdən saymırdım. Ona heyran olmağım, mənim ürəyimin dərinliklərindən gələn bir sey idi. Arasın bu saatlarda otağıma daxil olacağını bildiyimdən, çarpayımın digər kənarına çəkilib, bir hissəsini boş qoydum. Dediyim kimidə, dəqiqlər sonra qapı döyüldü, içəri daxil oldu. Boşda qalan yatacağa göz altı şəkildə baxıb "Prenses burası benimmi?" dedi.
Orası, onun idi. Onun yeri, mənim yanım idi...
Başımı aşağı doğru yellətdikdə, səssiz şəkildə yanıma, qolarını çarpaz şəkildə birləşdirərək uzandı. Mənə baxmadan, başını yuxarı edib ulduzları izlədi.

"Yıldızlara benzemene sevindim... Artık, sende onlar gibisin..."dedi.

Bunu deməsini ondan çox gözləyirdim. Məni sevindirən, növbəti bir sey olmuşdu.
"Ulduzun biri inanmağı və güvənməyi öyrənib... Bu iki hissi, öz içində yaşaya bilir" dedim eyni onun kimi qollarımı birləşdirib tavanıma baxaraq. Ulduzlara baxsam belə, üzündəki gülüşü hiss etdim.

"Bu iyi bir sey" deyib başını mən tərəfə döndü. Necədə təvözükar bir sey idi. Bu yaxşıya işarət idi. Amma mənim yenə də tam ola bilmirdim.
"Yatmaq vaxtıdı... Gözümüzü yumub, xəyallarımız ilə yataq" deyib gözümü yumdum.
Məni özünə tərəf çəkib "Şimdi böyle rahat uyuya bilirsin"dedi. Hec bir etiraz etmədən, başımı sinəsinə qoyub, digər əlimi isə ürəyinin üstünə qoyub gözlərimi yumdum. Hec nə düşünmək istəmədən, beyinimdə hec nəyi götür qoy etmədən, özümü yuxunun qollarına təslim etdim.
Səhəri gözlərimi yuxudan acdıqda, onunda ayıldığını hiss edib ondan bir az kənara durdum.
"Günaydın, mis kokulum" deyib gözlərini ovuşdurduqda, ona eyni istlik ilə yanaşdım.
"Sanada günaydın" deyərək çarpayıdan ayağa qalxdım. Özümü ac hiss etdiyimdən "Mən çox acmışam. Qalx ayağa aşağı düşüb yemək yeyək"dedim. Yorğanı üstündən ağır bir yük kimi götürüb, yerindən aşacaq kimi ayağa qalxdı.

"Bu gün dışarda yiyelim. Hazırlanman için de 10 dakikan var" deyib yanıma gəlib üzümə bir öpücük qonduraraq otaqdan çıxdı. Etiraz etmək haqqı belə verməmişdi mənə. Öpücüyünü isə hec demək istəmirəm...
Hazırlaşıb evdən çıxdıqdan sonra bir məkana gəlib, səhər yeməyimizi yedik. Hə, iştahla yemək yeyə bilmək üçün darıxmışdım. Və süfrədə nə var nə yox, hamısını yeyib bitirmişdim. Arasla evə getməyim şəhəri gəzməyə başladıq. Onunla kəşf etdiyim bir necə yer olmuşdu. Son olaraq buz kimi havada dəniz kənarında idik. Bura gəlməyimi özüm istəmişdim... Dəfələrlə gəldiyim yerə, bu dəfə yanımda onunla birlikdə gəlmək mənə bu yeri daha fərqli hiss etdirmişdim. Uzaqdan gedən gəmiləri seyr edib dərin bir ah çəkərək "Uzaq bir yola çıxmaq şansım olsaydı, məndə gedərdim"dedim.

Əminəm hər kəs ən çətin, ən acı anında yaşadığın yerdən qaçıb getmək istəyib. Məndə cansız biri olsamda, aranızda olan sizdən biri idim. Nəfəs almıram deyə, məni yox saya bilmərsiz...

Aras dəqiqlər sonra "Gidelim..."dedi.

Ona başa düməyən gözlər ilə baxdım. Hara gedəcəkdik? Sözün gəlişi, dediyim bir söz idi.
Bir sey demədiyimi görüb "Gitmek istemiyorsunmu?"dedi təkrar.

"Getmək istəyirəm... Həmdə çox uzaqlara. Elə bir yerə getmək istəyirəmki, orda məni hec kim tanımasın. Orda özümə yeni bir həyat qurum. Yaşamağın nə olduğunu, hiss edim"dedim.

Gözüm hələdə getməkdə olan gəmidə idi. Bu getmək hissi anidən içimə dolan, kicik bir dəlilik idi.

"Peki yanında banada yer varmı?"dedi.

Gözlərimi dənizin uzaq sahilindən çəkib, gülümsəyərək "Hara gedəcəyimdən aslı olmayaraq, yanımda sənin olmağını istəyirəm. Mən inandığım, güvəndiyim yeganə tək insansan sən. Məni sevdiyin qədər, səni sevə bilməsəmdə sənə çox heyranam... Yaşıldan maviyə çevrilən gözlərinə, mənə hər gün çobanyastığı gülü alıb, hər axşam bərabər ulduzulu tavanımızı seyr edəcək qədər sənə çox heyranam. Bu heyranlığımda, hər keçən gün dahada artırır"dedim.

Hə, uzun aradan sonra ona qarşı bu cümlələri bu yerdəcə çəkinmədən qura bilib, demişdim. Üzündəki təbəssüm artmağa başlayıb "Bir delilik yapıp, Türkiyeye gidelimmi? Senle ben ikimiz bir arada, istediyin gibi yeni bir hayat kuralım orda. Ben sana aşık, sen bana hayran... Güzek ikili olub, yaşayıb gideriz orda" dedi.

Ciddi idimi dediklərində? Bu dediklərinə razlıq verməli idimmi?

"Hadi, kabul et. Lüften, papatyam..." dedi sevincək halı ilə.

Ortada birdən - birə getmək fikirinə düşən mən, bu fikirə isti yanaşıb, getmək istəyən Aras vardı.

Yaşıl işıq görsənirdimi həyatımda?

Burdan çıxıb, sanki evə gedəcəkmiş kimi, normal və rahat şəkildə "Sen nereye, bende oraya... Kabul ediyorum" deyib ayağa qalxıb "Bekle, beni İstanbul..."deyə bağırdım.
Sonra ona dönüb baxdım. Bu vaxta qədər üzündə belə bir böyük sevinc hissi görməmişdim.

"Mutlu olmak sırası, şimdi bizde" deyib məni qucaqladı. Qucaqlamağına qarşılıq verərək məndə onu qucaqladım. Bakıdan İstanbula,uzun bir yolumuz vardı. İstəklərimizin var olacağı yerə həyat qurmağa, yeni bir sevgi hekayəsi yazmağa gedəcəkdik...

Son

Müəllif: Goncha

Ps.İstanbul - İstəkilərimin bulunduğu yer❤
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 505
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri