Sabahı gözləyir yorğun gözlərim

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 1 945
Səs ver:
(səs: 0)
Sabahı gözləyir yorğun gözlərim,
Gecənin ən zülmət çağıdır indi.
Həsrətdə dağ olub, bişən dərdlərim
Yorğun gözlərimin dağıdır indi.

Nə vaxt görəcəyəm mən onu bir də?
Həsrətdən məsləyim hey ahu-zardır.
Həsrətdən alışan sənsiz sətirdə
Sənli xəyalların fəryadı vardır.

Gecələr sənsizlik imtahanından
Ümidim kəsilir, ilhamım keçir.
Günəş də ilhamın gurultusundan
Doğulmaqdan qorxur, yaman gecikir.

Zehnimdə yarışan düşüncələrim
Qoparır ömrümdən saniyələri.
Duyğular zehnimin dərinliyindən
Zülmətə sovurur düşüncələri.

Gecə qaranlığı çökür üstümə,
Tək qara qələmim yetir dadıma.
Gündüzlər düşüncə ovçusu ağlım
Gecələr ov olur duyğularıma.

Orxan Umar
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 945
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri