3X & 1S - Müzakirə meydanı (6. hissə)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 13
Baxılıb: 2 514
Səs ver:
(səs: 2)
Bu gün də bir maraqlı mövzu ətrafında userlərimizin fikirləri ilə tanış olacağıq. Mövzumuzu isə saytımızın subay sağlıq qızlarına göndərdim bu dəfə. Sualı bu cür qoydum:

" Gənc qız olaraq xəyallarında qurduğun bir oğlan obrazı varmı? Ümumiyyətlə gələcək həyat yoldaşında görmək istədiyin xüsusiyyətlər nələrdir? Sevgilin varsa bəs o sənin kriteriyalarına uyğun birisidir yoxsa hansısa mənfi cəhətləri var? "

Gəlin gözəllərin cavabları ilə tanış olaq.

3X & 1S - Müzakirə meydanı (6. hissə)
Salam canim lahiyende menede yer verdiyincun cox sağol
Elbetteki hami kimi menimde xeyallarimda qurdugum oglan obrazi var konkret kimese benzedmeyim ama men hemise deyirdimki hundur boy boy boxunlu biri olsin aile quracagim insan
Cox yarasigli olmasada olar men yungul tebietli oglan sevmirem kisi cizgileri olan yani basa dusersen ne menada sert cizgileri olan agir tebietli qasqabagli oglan xoslayiram.sevdiyini sahiblenen hem romantik eyni zamanda ciddi.diyerdim ele biri olsunki o ancag mene gulsun menimcun gulsin basqalarina qarsi sert ciddi olsun.ailesine bagli,meni basa dusen en esasi menimle dost ola bilen biri olsun
aha sevdiyim var xasiyyeti gorunusude ele tamda istediyim kimidi duzdu biraz okuzluyu var coxdaaa romantik deyil. ama istediyiiim bir cox xasiyyeti tamda axtardigim kimidi Onda.bezen deyillerki mene o cox eqoistdi sertdi ozun beyenendi onu nece sevirsen ama dogurdanda o onlara gore eledi mene qarsi mulayim semimi qaygikesdi.hersey bir yana biz cox ela dostug hemde.yani herseyimizi bir birimize danisib meslehet alirig.birde mene guvenmesi onda en cox xosima gelen cehetidi.en esasi men hemise diyerdim aile quracagim insan namaz qilan olsun dinine bagli biri olsun. Yani bəzi insanlar varki menimcun namized olanlardan dinenn danisanda qeribe qarsiliyrdilar ya icki icen adamla menimki duz gelmirde.odu hemise dua edirdimki menim istediyim kimi dinin seven hormet eden biri olsun.min sukir ikimizde namaz qilirig en boyuk arzumuz geleecekde birlikde oruca namaza qalxmagdi.hemise dua ediremki allah mene o gunleri yasatsin.insallah bir gun sene onun yoldasi olarag yazaram :dua:


Mən çoxlarından fərqli olaraq öz qismətimlə çox uşaq yaşlarımda qarşılaşmışam. O zamanda da mənim ağlımda hər hansısa bir oğlan obrazı normal olaraq yox idi. Ancaq özüm uşaq olsamda fikir verirdim ki, özünə hörmət qoyur, ciddidir, yüngüllükdən, səviyyəsizlikdən uzaqdır. O özüdə uşaq idi ancaq özünü çox mədəni aparırdı. Mənimdə diqqətimi bu çəkdi. Və beləcə başladı... Mövzudan çox uzaqlaşmadan bu fikir ətrafında öz mövqeyimi bildirim ki, mənim üçün mədəniyyət, səviyyə hər şeydən üstündür. Yəni kiminsə yanında utandırmasın o mənə bəsdi. Ona görədə mənim üçün əsas özəlliklərdən birincisi mədəniyyətdir!
Ailəsinə bağlı olub, ailəsi üçün çalışması çox vacib şərtdir. Çöldə qazanıb çöldə xərcləyən kişidən ailə başcısı olmaz. Ailəsini korluq içində yaşadıb kehvinə pul xərcləyən kişidən də kişi olmaz! Ona görədə Allah heç kimi bu sarıdan bədbaxt eləməsin. Az qazansın ancaq ailəsinə xərcləsin...
Söyüş söymək...Elə qızlar var ki, buna şərait yaradıb icazə verirlər istədikləri oğlan və ya nişanlıları qızların yanında nalayiq ifadələr işlədir. Təsəvvür edin evləndikdən sonra o ailədə necə abu-hava olar. Beləcə aradan hörmət, izzət qalxdıqdan sonrada get-gedə irgən.iliyə, şiddətə doğru yol alır münasibətlər. Ona görədə çalışıb hörməti əldən buraxmıyasan. Sevgi gəlib keçici bir hissdir ancaq hörmət qalıcıdı və qorunmasıda çətindir.
Sevdiyim insan var və çox şükür ki, bu sadaladıqlarım kriteriyalara uyğundur. Çox mənfi xüsusiyyətləridə var məsələn, hədsiz qısqanclığı... Ancaq heç kim 4/4-lük deyil bir çox yaxşı xarakterlərinə görə bu qısqanclığının üstündən keçirəm. Demək olar ki, artıq uyğunlaşmışam, problem yaratmıram. Uğruna bir çox itirmişəmsə, hər kəsi qarşıma alıb onu gözləmişəmsə deməkki evlənməyə dəyər biri ilə bir yerdəyəm. :02:
Pisi yaxşıya yazanda Allah dolanmaq çətin olur. Ona görədə Allah hər kəsi öz tayına qismət eləsin. Kim necədirsə o cürdə qisməti çıxsın qarşısına.
Mənim üçün çox xoş oldu bu mövzuda müzakirə etmək. Dəvətin üçün çox sağol Arzu bacı. :20:


Əvvəla xanımlrımızı salamlayıram.Her zamaki kimi layihen mükəmməldir.
Layihende mene yer verdiyin üçün teşekkür.Bezi layihelere qatılmadım seçkilik olmasın hemin vaxtlar problemlerim var idi ona göre qatıla bilmedim.Qızlarımız incimesin.
Her genc xanımın nece deyerler öz ağ atlı şahzadesi var.Menim xeyalımda teesüfki ne evlenmek , ne sevgi , ne de bir oğlan yoxdur.Menim seve bilmemeyimin sebebi mehz evvel başımdan uğursuz bir sevginin keçmesi olub.Teesüfki bu uğursuz sevgi menim sevgiye inancımıda yox etdi.Nece xarakterli oğlan istemeyime geldikde sadece bu xarakterli oğlannarı beyenirem:
1. Merd olmalıdır sözbütöv olmalıdır
2. Bir oğlan ailesine qarşı qayğıkeşdirse yaxşı övladdırsa o tebii ki yaxşı heyat yoldaşı olacaq
3. En esası sedaqetli olmağıdır.Xeyanet esla bağışlanmaz.Bir defe xeyanet edilse bağışlamaram.
Oğlannarda sevmediyim menfi xususiyyetler şit zarafat eden yersiz her şeye gülen ve arvadbaz oğlannarı sevmirem.

Gördüyünüz kimi hər 3 qızımız ali savadli qızlardır. Elə yaşdadırlarkı artıq həyat yoldaşlarında görmək istədikləri cəhətləri dəqiq bilirlər, seçimim də bu üzdən onlar oldu.
Sagolun canlar, iştirak etdiz vaxt ayırıb fikir bildirdiz. Allah hər üçünüzə tam ürəyi istəyən kimi oğlan qismət etsin, sevgilisi olan qızlarımız da sevdiylərinə qovuşub xoşbəxt olsunlar. Bəxtinizi Allah gözəl yazsın.:dua:


Digər subay qızlar da mövzuya fikirlərini bildirməyi unutmasınlar, hamınızın fikri maraqlıdır cünki.
(səs: 2)
Şərhlər: 13
Baxılıb: 2 514
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri