Doğru qidalanmanın bu qədər zəhmətli olması çatmazmış kimi, bir də istədiyiniz məhsula hədsiz qiymətlərlə çatmaq böyük haqsızlıq. Buna görə həm qidalandırıcı, həm də ucuz olan yeməkləri və necə hazırlamanız lazım olduğunu sizin üçün yığdıq.
Portağal
1 böyük portağal (ya da kiçik bir stəkan portağal suyu) gündəlik C vitamini ehtiyacınızın hamısını qarşılayar. Ayrıca strukturca mənada əhəmiyyətli olan B9, B1 və A vitaminlərini də ehtiva edər. Əhəmiyyətlə ifadə edək:portağal suyunu meyvə sıxacağı ilə hazırlamaq sağlamlıq baxımından ən faydalısıdır.
Əlbəttə sağlam qidalanmanız üçün bu yeməklərin yanında daha bir çox qidanı qəbul etməniz şərt. Ancaq uyğun qiymətlərinə qarşılıq ehtiva etdikləri yüksək qida dəyərləri sayəsində, digər yeməklərin arasından sıyrıldıqlarını xatırladaq.
Mərcimək
Paxlalılar ailəsi ümumiyyətlə ucuz amma bəsləyici olmalarıyla önə çıxar. Maddələr mübadiləsi üçün son dərəcə faydalı olan B9 və B1 vitaminlərini yüksək nisbətlərdə ehtiva edər. Manqan və dəmir qaynağı olaraq da olduqca zəngindir.
Yumurta
Vitamin baxımından bir xeyli zəngin olan yumurtanı bir çox şəkildə bişirə bilərsiniz. Səhər ya da günorta yeməyində qəbul etdiyiniz 1 yumurta, gündəlik B2, B12 və B5 vitamin ehtiyacınızın 10%-ni qarşılayar. Tək ağılınızdan çıxarmamanız lazım olan bir şey var; bu vitaminlərin hamısı yumurtanın sarısında iştirak etməkdədir.
İspanaq
Əgər ispanağı sevirsinizsə, çox şanslısınız. Olduqca faydalı olan bu yaşıl yarpaqlı tərəvəz, K, A, B9, C, B2, B6, E, B1 vitaminlərini ehtiva edər. Ayrıca dəmir və kalsium mənbəyidir. İspanağın bir başqa gözəl yanı da çiy olaraq qəbul edildiyində çox daha faydalı olmasıdır.