Mütəxəssislər ət xörəklərinin yanında portağal şirəsi içməyi məsləhət görürlər. Onların fikrincə, ətin tərkibindəki vitamin və minerallar portağalın ehtiva etdiyi C vitamininin təsiri ilə daha faydalı hala gəlir.
Portağal şirəsi sayəsində ətin tərkibindəki zülal, həmçinin dəmir, sink kimi minerallar, o cümlədən, B12 vitamini orqanizm tərəfindən daha səmərəli istifadə edilir.
Orqanizmin ətin tərkibindəki amin turşularından faydalana bilməsi üçün də C vitamininin qəbul edilməsi vacibdir.