Gülüş ömrü uzadır, ağlamaqla isə....

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 446
Səs ver:
(səs: 0)

Emosional göz yaşları sayəsində arterial qan təzyiqi tənzimlənir, damarlar genişlənir 
Məlum olduğu kimi, gülüş ömrü uzadır, ağlamaqla isə iş düzəlmir. Alimlərin fikrincə, gülüşlə immuniteti, ağlamaqla sağlamlığı möhkəmləndirmək olar. Britaniya və ABŞ-da göz yaşlarının öyrənilməsi üçün genişmiqyaslı tədqiqatlar aparılıb. 
ABŞ-ın Minnesota və Britaniyanın Lankaster universitetlərinin alimləri ağlamaq və onun orqanizm üçün nəticələrinin öyrənilməsi ilə məşğul olmuşlar. Demə, ağlamaq faydalıdır, lakin nə vaxt və nə qədər ağlamağın da əhəmiyyəti vardır. 
Minnesota Universitetinin alimləri qısa müddət ağlayan adamların 88,8 faizinin səhhətinin yaxşılaşdığını müəyyən etmişlər. Məsələ burasındadır ki, insan onu ağlamağa vadar edən stressdən azad olur. Ağlayarkən orqanizmdə ürək tutmasına səbəb olan maddənin ifrazı baş verir. Bundan əlavə, ağlama dərindən nəfəsalma ilə müşayiət olunur. Bu isə stress hormonu olan kortizolun səviyyəsini azaldır. 
Professor Uilyam Freyin sözlərinə görə, göz yaşları emosional və fiziki ola bilər. Birinci göz yaşlarına səbəb stress vəziyyətidir. Bu göz yaşlarının tərkibi ağrı zamanı yaranan göz yaşlarından fərqlənir. Emosional göz yaşları sayəsində arterial qan təzyiqi tənzimlənir, damarlar genişlənir.

Redaktə etdi: PURE LOVE

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 446
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri