Dünya əhalisi təhlükə içindədir

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 1 871
Səs ver:
(səs: 2)
Alimlər gələcəyimizi təhdid edən ən önəmli xəstəliklərdən birinin miyop olduğunu bildirib.
  
Kembric və Olster Universiteti də daxil olmaqla, 5 ən məşhur təhsil ocağının professorlarının gəldiyi qənaətə görə, son 5 il ərzində miyop insanlığın gələcəyini təhdid edə biləcək ən təhlükəli xəstəliyə çevrilib.
 
Belə ki, Avropa və ABŞ-da əhalinin 30-40 faizi miyopdan əziyyət çəkir. İngiltərədə 5-7 yaşlarda olan uşaqların 5 faizi miyopdur.
 
Beş il öncə Asiya ölkələrində miyopdan əziyyət çəkənlər əhalinin 20 faizini təşkil edirdisə, indi bu rəqəm 80 faizdir. Gənclərin isə 90 faizi miyopa yaxalanır.
 
25-29 yaşlarında olan miyop xəstələrinin sayı 55-59 yaşındakılardan çoxdur.
 
Universitet məzunlarının bu xəstəliyə yaxalanma ehtimalları 16 yaşından sonra məktəbə getməyənlərlə müqayisədə 2 dəfə daha artıqdır. Alimlər bunu ağıllı telefon və planşetlərlə əlaqələndirir. Körpəlikdən etibarən saatlarla süni işıq yayan bu cür cihazlara baxmaq gözü həddən artıq yükləyir. Mütəmadi olaraq yaxına baxdıqda gözün uzağa baxmaq funksiyası korlanır, göz tənbəlləşir. Bunun qarşısını almaq üçün gün ərzində mümkün qədər uzağa baxmaq lazımdır. Kompüter qarşısında əyləşənlər 20 dəqiqədən bir ən az 20 saniyə uzağa baxmalıdırlar.
 
Qeyd edək ki, alimlər miyopa yaxalananların qısa müddətdə bu qədər artmasının təkamülün yeni mərhələsinə doğru getdiyimizin əlaməti ola biləcəyini, 50 il ərzində insanların uzağı görmə funksiyalarını həmişəlik itirə biləcəklərini deyir.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1 871
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri