Bir cüt qanad (23-cü bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 300
Səs ver:
(səs: 0)
Emmanuelin arxasınca evə daxil olarkən, zalın ortasındakı kreslonu qaldırdığının və bir az aralıda yerə qoyduğunun şahidi oldum. Bunu niyə etdiyini anlamağa çalışırdım ki, döşəmənin üzərində kiçik dairəvi formada bir çıxıntı gözümə dəydi.
Emmanuel astaca aşağı əyilib dəstəyi tutaraq yuxarı çəkdiyi anda yerdə bir qapının açıldığını gördüm. Sakit və təmkinli bir şəkildə pilləkanlarla aşağıya düşdü.
Aşağı enib-enməmək arasında qərarsız qalsam da, orada nə olduğunu görmək üçün birinci seçimin üzərində dayandım. Və Emmin arxasınca zirzəmiyə endim.
İçəridə yanan yeganə lampa buranı az da olsa, işıqlandırmışdı. Torpaq zəminə addımlarımı atıb Emmi izlədim. Çox da hündür olmadığı üçün başımı azacıq əymək məcburiyətində qalmışdım.
Emmanuel bir anda dayanıb arxaya döndü və nəyisə təqdim
edirmiş kimi, əllərini açaraq irəli uzatdı. “ TA DAM”
Ta dam?
“ Qarşınızda bizi iblislərin məskəninə aparacaq xəritə.”
Emmanuelin arxasından çıxıb irəli doğru başımı uzatdığım zaman qarşıma iri bir xəritənin çıxacağını gözləyirdim. Amma

gördüyüm qolları divara zəncirlənmiş bir qara dərili insan oldu. Başını bizə doğru qaldırıb gözlərini açdığı zaman əslində onun bir iblis olduğunu gördüm. Özümdən asılı olmadan yarım addım geri çəkilməli olsam da, Emmanuelun belimə qoyduğu soyuq əli qəribə bir şəkildə sakitləşməyimə səbəb oldu.
“ Emmanuel bu ki...”
“ Evindən yazını götürməyə gəldiyim zaman bu yaraşıqlı ilə tanış oldum və dostlaşmaq qərarına gəldim.” İblisin çənəsindən tutaraq başını yuxarı qaldırdı.
“ Ömrünün sonuna qədər gözləməli olacaqsan, Cəhənnəm məhkumu.”
Raymond mənə baxıb qaşlarını oynatdı. “ İddialıdır.” – dedi və qəfl sağ yumruğunu sıxıb iblisin qaşından bir qan şəlaləsi yaratdı.
İblis qorxmadığını ifadə edən baxışlarını bizim üzərimizdən çəkmədən “ bunu necə etməyi düşünürsən?” – deyə soruşdum.
“ Görəcəksən.”
Günahkar özündən olduqca əmin görünürdü. Amma bu əminlik ifadəsi ən az onun qədər də iblisin üzündə yer almışdı.
Raymond heç nə demədən köynəyinin düymələrini açmağa başladığı zaman onun ağlından keçənləri oxuya bilmə bacarığımın olmasını dilədim. Soyunaraq bir iblisi razı salmağı düşünmürdü, düzdü?
İblis gülərək “ məndən olsa, onu seçərdim,...”- məni
göstərdi. “ ... amma başlanğıc üçün sən də heç pis deyilsən.”
İblisin üzündəki ürəkbulandırıcı ifadəni silmək üçün ona yumruq vurmaq istəyirdim ki, sağ olsun, Emm bunu mənim əvəzimə etdi. “ Yerinizi tapacağım zaman üzündəki bu ifadəni yenidən görmək istərdim.” – dedi iblisə.

“ Tam olaraq bunu necə edəcəyini izah etməyin
mümkündürmü?”
“ Əlbəttə...Onun beynində səyahətə çıxaraq digər iblislərlə olan əlaqəsindən istifadə edib gizləndikləri deşiyə bir baş çəkəcəm.”
“ Amma bunun nə qədər təhlükəli olduğu haqqında
məlumatın varmı?” – soruşdu iblis meydan oxurcasına. “ O hansı təhlükədən danışır?”
Raymondun yerinə bu sualıma cavab verən iblis oldu. “ Bunu etdiyin zaman sənin bütün həyat enerjini özümə çəkib alovların qucağına yollaya biləcəyimi nəzərinə çatdırmaq istərdim, sevgili Günahkarım. Və bu baş verdiyi halda, buradakı bədənin küləkdə sovrulan toz dənəciyi kimi ətrafda uçuşmağa başlayacaq.”
Bu ki düşündüyümdən belə təhlükəli idi. “ Bunu etməməlisən.” – dedim. Bir an Raymondun cəhənnəmə sürükləndiyini və bədəninin gözümün qarşısında toza döndüyünü xəyal etdim. Və inanılmaz dərəcədə sürətli bir şəkildə bu düşüncəmdən dərhal azad oldum.
“ Səndən icazə istədiyimi xatırlamıram.”
Bu qədər dikbaş və axmaq olmaq məcburiyyətindəsən?!!!
Qolundan tutaraq özümə doğru çəkdim. “ Bu, olduqca
təhlükəlidir.” “ Bilirəm.”
“ Yəni bundan imtina edirsən?”
“ Əlbəttə...” – dediyi zaman üzümdə yaranan gülümsəmə cümlənin sonundakı “ ... xeyr.” - inkarı ilə yerlə-yeksan oldu.
Onun üçün niyə narahat olurdum ki? Nə də olsa, sonda
gözünü belə qırpmadan qanadlara olan sevgisi üzündən Cənnət

bıçağını ürəyimə saplayacaqdı. Zərrə qədər belə vicdan əzabı çəkmədən bunu edəcəkdi.
Amma buna razı olduğu andan etibarən məni maraq içində boğan bir başqa sual var idi və “ bunu nə üçün edirsən?” – deyə soruşdum, nəhayət ki.
Məndən daha hündür olduğu üçün burada ikiqat qalan Emmanuel lampanın işığının əksi düşən mavi gözlərini gözlərimə kilitlədi. Bədənimi soyuq buz dalğası ilə bürüyən baxışlarını çəkərək “ sənin üçün etdiyimi düşünürsənsə, səhvin var.” – dedi. “ Tək istədiyim iblislərin gizləndiyi yeri tapmaq və bıçağı ələ keçirməkdir. Sən və ailən vecimə belə deyilsiz.”
Birinin bu qədər soyuqqanlı olacağını düşünməzdim...
Raymond iblisin yanına gedib qarşısında durdu. Köynəyi çıxardaraq qollarını önə doğru açıb, sanki, idman qabağı isinmə hərəkətləri edirmiş kimi tərpənməyə başladı.
“ Elə isə başlayaq.” Dərindən bir nəfəs alıb baş barmaqlarını iblisin gicgahına yerləşdirərək başından tutdu.
İçimdən bir hiss dərhal Emmin qarşısına keçməyi və onu dayandırmağı desə də, həmin səsə qulaq asmadım. İşini davam etdirməsi üçün bir neçə addım geriyə gedib taxta sütunlardan birinə söykəndim.
Onların qarşısında olmadığım üçün iblisin, ya da mənə mələk olduğunu deyən həmin yalançının üz ifadəsindən xəbərsiz idim. Lakin qəribə bir hal yaşanmamışdı, dizləri üstdə yerdə oturan iblisin önündə onun bir qaya kimi tərpənməz dayanmasından başqa.
İblislərin əlində olduğum zaman Baliel eynisini mənə də etmişdi. Beynimin alovların içərisinə atılmış bir parça kağız kimi necə yandığını hələ də xatırlayırdım. Ağrısını hələ də təzəymiş kimi hiss edirdim. Dözülməz idi... Emmanuelin də

etdiyi bunun kimi bir şey olmalı idi. Ancaq tək fərq keçmişi deyil, iblislərarası əlaqədən istifadə edərək onların hal-hazırda olduqları yeri tapmalı idi. Düşünüyüm zaman bunun mümkünsüz olduğunu anlamaq heç də çətin deyildi. Və sizə milyon dollarlıq bir sual – evimizin yandığı gecədən bu günə qədər yaşadıqlarımın hansı sizə görə adi bir hal idi ki?
Xəyallara dalmağa davam edərkən gözümün önündə bir işıqlanma olduğunu hiss etdim. Bunun nə olduğunu aydınlaşdırmaq üçün dərhal dünyama geri qayıtdım.
Bir az irəli getdim.
İblis idi...
Bir az daha irəli getdim və alov qırmızısında bir işığa büründüyünü gördüm. Bu Cənnət bıçağı ilə kəsilmiş iblisin bədənindən çıxan qan əvəzi qırmızı işığı xatırladırdı, amma ortalıqda Cənnət bıçağı olmadığına görə bunun səbəbi nə ola bilərdi ki?
Səbəbini öyrənmək üçün bir qədər də yaxınlaşdığım zaman Emmin bədənin bütünlüklə qırmızı damarlarla örtüldüyünün şahidi oldum. Bədəni yeni püskürmüş vulkanın ətrafa səpdiyi və ölüm deyə bağıran lavanı xatırladırdı. Gözümün önündə Emmanuelin görünüşü canlandı - əsl görünüşü. Və bu ona çox yaxın idi. Tək fərq insan olduğunu xatırladan dərisi və siması qalmaqda idi.
Amma hələ ki...
Deyəsən, iblisin dediyi baş verirdi. Onun enerjisini özünə çəkərək yenidən çıxmaq üçün məni öldürməyə hazır olduğu həmin cəhənnəmə geri yollayacaqdı.
Amma ona hələ ehtiyacım var idi.
Ailəmi xilas edənə qədər ona ehtiyacım var idi...

Nəsə etməliydim. Emmanueli xilas edə bilmək üçün nəsə
etməliydim. Amma nə?
Əlimi onu iblisdən ayırmaq üçün uzatmışdım ki, bir anda Emmanuelin nəriltisi ilə geriyə doğru səndələdim. Bu adi bir qışqırıqdan çox zəlzələ altında qalmış və üzərindəki iri beton parçalarının ağrısı ilə qışqıran birini xatırladırdı. Qışqırıq getdikcə güclənməyə başladığı zaman boş gözlərlə onu izləməkdən başqa əlimdən heç nə gəlmirdi. İblisi əhatə edən cəhənnəm alovunu xatırladan qırmızı işıq bağırtılar içərisində qalan Emmanuelin bədəninə də nüfuz etməyə başladı. Getdikcə artan işıq bütün dünyanı məhv edə biləcək gücdə olan nüvə partlayışını xatırladırdı. Hər an partlayaraq özləri ilə birlikdə məni də tikəm ələ gəlməyəcək bir şəkildə hissələrə ayıra biləcəyindən qorxmağa başladım.
“ Emmanuel...” Ancaq qışqırtım Emmanuelin səsinin qarşılığında quyunun dibindən gələn uğultuya bənzəyirdi. Onun məni eşidə bilmədiyinə əmin olsam da, bunu bir daha sınamağa qərar verdim. “ Emmanuel...”
Yenə eyni nəticə ilə qarşılaşdım. Bütünlükdə Emmanueli əhatə edən qırmızı işıqlar bir anda alovlarla əvəz olundu. Gözümün qarşısında alovlar içərisində yanan Emmanuel qışqırmağa davam etsə də, əlini lənətə gəlmiş iblisin başından çəkmirdi. Ya da çəkə bilmirdi. Bəlkə artıq bütün idarə iblisin əlində idi və Emmanuel buna qarşı çıxa bilmirdi.
“ Ona qalib gələ bilərsən...”- deyə bir yalan uydurdum. Çünki artıq iblis üstünlüyü ələ almışdı və Emmanuelin hansısa bir çıxış yolu olacağından şübhəli idim. Lakin olmalıydı. İblisin əlindən xilas olmalı və mənə kömək etməliydi. “ Emmanuel...bunu bacara bilərsən...iblisdən daha güclü

olduğunu bilirəm...ona qalib gələ bilərsən...bir az daha cəhd
göstər...”
Bunların bir xeyri olacağına ümid etməkdən başqa heç nə edə bilməzdim. Alovlar artıq o qədər güclənmişdi ki, onların vücudları belə görünməz hala gəlmişdi. Bir tonqalı xatırladan çıtırtı səsləri və getdikcə artan yanıq qoxusu ətrafı bürümüşdü. Özümü yanmaqdan qorumaq üçün geriyə çəkildim. Bir vedrə su gətirib üzərilərinə tökməyi belə düşündüm, fəqət bunun da işə yaramayacağından əmin idim. Bu alovu yaradan iblis idi – bir cəhənnəm sakini, alovdan yaradılmış bir lənətli. Suyun onun üzərində təsiri olacağına inanmırdım.
Və qəfl sönən alovların ardından başımın üstündə işıq saçan lampa partlayaraq ətrafı zülmət qaranlığa qərq etdi. Nə olduğunu anlamağa çalışaraq əlimi irəliyə doğru uzatdığım zaman çiynimdən aldığım bir zərbə ilə yerə yıxıldım. Dirsəklərimi soyuq torpağa basaraq özümə dəstək verib dikəldim və bir qaraltının zirzəminin pilləkanlarına çıxaraq qapını açdığını gördüm. İçəri düşən işıq ilə bunun həmin iblis olduğunu gördüm. Amma..
“ Emmanuel...” – səsləndim örtülən qapının ardından ətraf qaranlığa qərq olarkən.
Gələn bir xırıltılı səsin “ onu qaçmağa qoyma.” – deməsiylə bunun Emmanuel olduğunu anladım. Səsi inanılmaz dərəcədə zəif çıxsa da, sağ olduğunu görmək sevinməyimə səbəb olmuşdu. “ Onu... qaçmağa... qoy...ma...” Və səs kəsildi.
Dərhal Emmin yanına gedib onun nə vəziyyətdə olduğuna baxmaq istəsəm də, içimdə bir hiss Günahkarın sözünə qulaq asmağıma şiddətlə tövsiyə edirdi. Yerimdən qalxaraq dərhal zirzəmidən çıxdım.

Evin qapısının elə həmin an çırpılaraq örtüldüyü iblisin yenicə qaçdığını göstərirdi. Vaxt itirmədən arxasınca özümü çölə atdım.
Amma şahidi olduğum hadisə sayəsində yerimdə donub
qaldım nə edəcəyimi bilmədim...

Yazar: Murad Cəfərov
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 300
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri