Sənə Allergiyam Var (21-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 3 747
Səs ver:
(səs: 0)
Ad'a çox taxılmadan, söhbətin əsas mahiyyətinə qayıtmağı daha üstün tutdum. Həsən illərdi nələr çəkirmiş...
Bu çirkin iş necə baş tuta bilmişdi? O, qız bunu necə edə bilmişdi? Həsənin həyatı ilə yanaşı, mənimdə həyatımı əlimdən almışdı... Bunun üçünmü mən, necə gece göz yaş tökmüşəm? Öz içimdə bütün dünyaya qarşı savaşmışam?
Mənə acınacaqlı halda baxan Həsənə qarşı, daha çox biganə qala bilməyib onu bir anda qucaqladım. Boynuna möhkəmcə sarıldıqda, əlləri ilə belimi sarıb oda məni qucaqladı. Gözlərimi yumub, möhkəmcə sıxmağa başladım. Bəlkədə bu bir yuxu idi? Yox... Onu qucaqladığımı hiss edə bilirdim mən... Qəribə duyğu idi... Əvvəl sevdiyimi hesab edirdim... İndi onu sevmirdim.. Ancaq, özümü ona qarşı borclu hesab edirdim... Yalanların arasında mənim saf hissim batıb getmişdi... Olan mənə olmuşdu?

Dodaqlarını sacımın üstündə hiss etdiyimdə, qulaqlarıma doğru "Daha çox içimdə tuta bilməzdim... Bu yükü tək başıma, daha çox çəkə bilməzdim... Sən Xəyalın yanında olanda, mən hər gün ölürdüm Nəfəs..."dedi. Gözlərimi daha möhkəm sıxıb, onu özümə daha çox çəkdim. Lənət olası, bu hisslərə görə insanlar əzab çəkirdi! Lənət olsun! Özüm güclə ayaqda durmağa çalışarkən, birdə Həsənin gizlətdiyi həqiqətlər ortaya çıxmışdı. Məni yerə vurmaq istərmişcəsinə... Ayaq altında qalan deyildim mən!

"Həsən... Biz bilirsən harda itirdik? Olmazlara meyil edəndə... Biz bir - birimizin olmazıyıq... Acıda olsa bunu qəbul etməliyik"deyərək ondan aralı durmağa çalışdım. Qarşısında dik dayanmışdım. Amma, yeni doğulmuş bir saf körpədən bir fərqim yox idi. O körpə qədər, başqaları tərəfindən qorunmağa məhkum idim mən...

Əllərini belimdən çəkdikdən sonra, hər iki əlimdən tutdu. Ağlamamaq üçün güclə dayandığını gördüm. Buna şahid olmaq çox pis idi. Dodaqların bir - birinə basdırmağa başlayıb, güclədə olsa təbəssüm etməyə çalışdı. Bunu bacarmaq çətin iş idi...

"İçim - içimə sığımır... Qarşımdasan amma sənə əlim çatmır... Tutduğum bu əllərdə mənim deyil... Samirəni sevmirəm... Ancaq onu çox istəyirəm. Ən azından buna çalışıram... Məcburiyyətdən onunla bir yerdəyəm, amma istəmirəmki özünü artıq biri imiş kimi düşünsün. Hec bir qadın belə bir seyə layiq deyil... O mənimlə xoşbəxt olmağa çalışır. Mənidə xoşbəxt etmək istəyir. Sənidə sevdiyimi bilir... Dəfələrlə məndən ayrıl, ona get dedi mənə. Edə bilmədim... Onu üz üstü qoyub, sənə gələ bilmədim. Bu eşqdən əl çəkməyin vaxtıdı... Hər ikimizin yaxşılığı üçün... Onsuz bu eşq, sepin boynundan çıxdığı gün bitmişdi... Xəyal sənə hər seyi unutduracaq. Məncə düz secimdi...
Sən onu sevdin... İndi ondan ayrı dayanıb, başqa səhvlər etməyə davam etmə. Sən sevdiyinə sahib çıx. Nə vaxtsa səni incidib etsə, mən sənin yanında olacam.Bunuda unutma..." deyərək əllərini əlimdən ayırıb ayağa qalxdı. Bir balaca üzündə təbəssüm əmələ gətirib, mənə tərəf əyilərək dodaqlarını alınıma basdırdı. Alınıma dərin bir öpüş qondurduqdan sonra "Kəpənəyi azad etməyin vaxtı idi..."deyib geri çəkildi. Evdən çıxmaq üçün adım atdığında, mən oturduğum yerdə dayanıb onun gedişini izlədim. Qəlbimə bir ox batmış kimi bir hiss daxil oldu. Bu ox məni öldürmürdü, amma məni yaralamışdı. Ağrısına dözmək olurdu, lakin ağrısı məni çox pis incidirdi. Evi tərk edib getdikdən sonra, gözümü yamayan boş tv - yə zillədim. Qara ekrana baxmağa davam etdikcə, bu günə qədər yaşadığım həyatı gözümdə canlandırmağa başladım. Mən Nəfəs idim...
Anam bu adı mənə, atama nəfəs olmağım üçün qoymuşdu. Mən Nəfəs idim... Yəni atamın nəfəsi... Nəfəs olmaq üçün gəldim bu dünyaya mən. Kimisə nəfəssiz buraxmaq üçün yox. Bəs indi niyə özüm nəfəs ala bilmirdim? Nəfəsim kimdə idi? Özünə qayıd Nəfəs... Çünki, sənə bir başqası kömək edə bilməz...

(Saat'lar sonra)
Beynimə ağırlıq edən düşüncələrimi, beynimdən çıxardıb atmaq üçün evdən çıxdım. Yoluma baxmalı, yoluma davam etməli idim. Həsənlə olanlar məni o qədər yormuşduki, Xəyalı sevdiyimi hec düşünmək belə istəməmişdim. Özümə etiraf edə bilmədiyim bir həqiqət idi bu. Sevsəydim belə, mən bir münasibətə hazır deyildim. Üstəlik öyrəndiyim bu həqiqətlərdən sonra, belə seyi hec istəməzdim. Yoluma davam edərkən, telefonuma zəng gəldi. Qrup yoldaşım Gülər zəng etmişdi. Uşaqlar ilə uninin yanında olan kafeyə yığışdıqlarını demişdi. Məndə başım dağılsın deyə, qəbul edib yanlarına getmək qərar aldım. Onsuz başqa bir işim gücüm yox idi. Kafeyə gəldikdə, onları görüb yanına yaxınlaşdım. 5 qız var idi 6 cıda mən oldum. İçmək üçün bir seylər sifariş etdikdən sonra, onların söhbətinə qoşuldum. Nə qədər danışsamda, beynimdə Həsənin başına gələnlər vardı. Mən bunaları düşünərkən, Gülərin "Görün kim gəldi"deməsi ilə qapının girişinə baxdığımda Xəyalı gördüm. Ardıyca isə Rufinanı... Onun köhnə sevgilisini... Niyə eyni vaxtda bu kafedə olmalı idik? Mən olmayarkən, onu yanına almışdı? Yox qısqanclıq deyildi bu...
Fərəh "Nəfəs sən bir ara Xəyal ilə yaxın idin. Nə oldu bu işin axırı?"deyə dediyində gözümü onlardan çəkib "Bir ara elə idi. İndi bir az aramıza məsafə qoymuşuq"dedim. Yenidən Xəyala dönüb baxdığımda, gözlərimiz bir - biri ilə toqquşdu. Altdan - altdan mənə baxırdı...
Dünən gecədən sonra onu ilk görüşüm idi. Rufina mənə baxdığını hiss edəcək ki, sünicə təbəssüm etmeye davam etdi. Bu qız təhlükəli görsənirdi. Onlara baxmağı kəsib qarışma döndüm. Dəqiqələr sonra Xəyalın masalarından qalxdığını gördüm. Gözdən itdikdən sonra, Rufinanın çantasını açdığın gördüm. Ətrafa göz gəzdirməyə başladıqda, nə etdiyinə məna verə bilməyərək, tez telefonumu əlimə alıb telefonumla oynayırmış kimi etdim. Bir gözüm telefona baxarkən, digər gözüm ilə ona baxdığımda çayın içinə nəsə atdığını gördüm. Sonra isə çay qaşığı ilə çayı qarışdırmağa başladığında, telefonumu möhkəmcə əlimdə sıxdım. Adı təsadüf idi deyək, bəs etdiyi bu hərəkət? Rufina... Rufina... Həsənin başına oyun açan qızın adı... Xəyalın köhnə sevgilisi olan qızın adıda Rufina... Həsənin içdiyi içkiyə həb atan qızla, bu qızın eyni olmaq ehtimalı nə qədər idi? Yoxsa mən beynimə çox taxmışdım? Nəyin taxacam axı? Göz görə - görə çayına nəsə qatdı! Xəyalı masaya yaxınlaşan gördükdə, Rufinaya baxdım. Bu gözlərdə şeytanlıq vardı... Bu qız şeytanın özü idi! Xəyal əlini çaya apardıqda, daha çox dayana bilmədim. Səhv ya düz o çayı içməyinə göz yuma bilməzdim mən. İçdiyi an ayağa qalxıb "Xəyal dayan!"deyə qışqırdım. Hec kim vecimə deyildi! Xəyal bardağı masanın üstünə qoyub, ayağa qalxarkən yanına gəldim məndə
"Nəfəs?"dediyində bardığı əlimə alıb yerə çırpdım

"Nəfəs dəli olmusan?"dedi

Ona cavab verməyib, alçaldıcı baxışlar ilə Rufinaya baxmağa davam etdim. Şeytani baxışları bir anda yoxa çıxmışdı. Bu dəfə qorxu onun canına işləməli idi! Çay bardağını sındırmaqla qalmayacaqdım. Masanın üstündə olan, meyvə şirəsi bardağına baxdım. Tam üzünə tökülməlik idi! Bardağı əlimə aldıqda, Xəyal qolumdan tutub "Nəfəs nə edirsən sən!"dedi. Qolumu əlindən çəkib sakitcə Rufinaya tərəf döndüm

"Həsənin sənə salamı var!"deyib meyvə şirəsini üzünü tökdüm. Bardağı möhkəmcə masanın üstünə qoyub iri addımlar ilə kafedən çıxdım. Belə bir şeytanlığın təsadüfü ola bilməzdi... Mən saf olan, baş obraz qızı deyildim...
Bütün əsəb canıma işləməyə davam edərkən arxamdan gələn səs "Nəfəs məni gözlə! Nəfəs!"dedi. Xəyal ardımca gələ bilmişdi...
Onu gözləyən deyildim... İrəli getdikcə, qaçıb yanıma gəldiyini hiss etdim. Qarşıma keçib dayandıqda, əlini dizlərinə qoyub dərindən nəfəs almağa başladı

"Baş bəlası imişsən sən" dedi

Baş bəlası deyildim... Başqa seçənəyim yox idi

"Qarşımdan çəkil, yoluma davam edim"

"Niyə belə bir sey etdin? Həsən nə əlaqə?"

"Rufinanın pis işləri olduğunu bilirsəndə hə?!"

"Bilirəm... Sən hardan bilirsən bəs?"

"Çox gülməlisən! Bunu bilə - bilə niyə onunla görüşürsən sən?!"

"Atamla atası arasında bir az söz söhbət olmuşdu. Onları bir araya necə gətirə bilərik deyə, söhbət edirdik. Söhbət edirdikdə, sən bunları hardan bilirsən? Nəfəs bir cavab verəcəksən mənə?"dediyində gözlərimin qarşısı bulanıqlaşmağa başladı. Əllərim ilə gözlərimi ovuşdurmağa başladığımda "Çayına həb qatdı... O qız... O qızz.."deməyə davam edərkən, gözlərimdəki bulanıqlaşma qaralmağa doğru getdi.

Sadecə "Xəyal... Xəyalll mən hec nə görmürəm" deyə bildim... Xəyalın məni tutduğunu hiss etdikdən sonra, sonrası qaranlıq oldu...

Bölüm sonu
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 747
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri